top of page
Bəhai Dini Azərbaycanda
Mirzə Ələkbər Sabir

                                               Baki Bəhailəri                                                                                                      Balaxanı Bəhailəri

Bəhai Milli Qurultayı, o zaman hamı iştirak edirdi  - 1927

Azərbaycanda Gözləyənlər

Bəhai Dini Şimali Azərbaycanda

 

Hələ Həzrət Bəhaullahın sağlığında Bəhai Dini Şimali Azərbaycanda, xüsusi ilə, Bakıda, Naxçıvanda, Balaxanıda, Gəncədə, Bərdədə, Göyçayda, Salyanda, Xıllıda (indiki Neftçala), Şəkidə, Şamaxıda, Port İliçdə və s. yerlərdə öz ardıcıllarını tapmışdı. Hamısından çoxsaylı Balaxanı Bəhai İcmasında (yüzlərlə), sonra Bakı Bəhai İcmasında (yüzlərlə), Gəncə Bəhai İcmasında (onlarla), Bərdə Bəhai İcmasında (onlarla), Salyan  Bəhai İcmasında (onlarla), seçilmiş şuralar -- Yerli Bəhai Ruhani Məhfilləri fəaliyyət göstərirdi.

Bakı bəhailəri uşaq əxlaq dərsinin iştirakçıları.   Aşağıda Bakı bəhailəri. Əyləşənlərdən (soldan 2-ci)Qafar Səfərov. Ağa Qafar əmi, tez-tez bizə gəldiyindən yaxşı xatirimdədir. Onun oğlu Azərbaycan Neft və Kimya İnstitutunun dosenti idi - kimyaçı alim.

Bakıda təzə iman gətirənlərdən biri Molla Əbu Talıb və onun iki oğlu Əli Əşrəf və Ağabala idilər. Hər iki qardaş daş üzrə təcrübəli usta olublar. Bakıya həzrət Əbdül-Bəhanın Karmel dağında Həzrət Babın Məqamının tikintisinə başlaması haqqında xəbər çatanda, Əbu Talıbın oğulları öz xidmətlərini həzrət Əbdül-Bəhaya təklif etmişlər. Təklif qəbul olunmuşdu və Əbu Talıb oğulları ilə Müqəddəs Torpağa getmiş və orada Həzrət Babın məqamının (Mavzoley) tikintisində iştirak etmişdilər. Usanmaz zəhmətlərin şərəfinə həzrət Əbdül-Bəha Həzrət Babın məqbərəsinin iki qapısına onların adlarını vermişdir.*

Əli Əşrəf və Ağabala Bakıya qayıdırlar, onların atası isə ömrünün axrına qədər Müqəddəs Torpaqda xidmət üçün qalır. Müqəddəs Torpaqda olan zaman Əbu Talıb Həzrəti Əbdül-Bəhanın adı ilə bağlı olan iki müqəddəs Rizvan və Firdovsi bağlarını birləşdirən torpaq sahəsi alır. Daha sonra bu torpaq sahəsi dinə hədiyyə verilmişdir. Hal-hazırda bu torpaq sahəsi Əli Əşrəf bağı kimi tanınır. 

Baxmayaraq ki, 1896-cı ildə Bakıda artıq bəhai ziyarətçilər üçün ev tikilmişdi, onun genişləndirilməsinə ehtiyac var idi. 1905-ci ildə bu məqsədlə Əbu Talıbın iki oğlu bu evin dizaynı və tikintisini öz öhdəliklərinə götürmüşdülər ki, bu ev müsafirxana (ziyarətçilər evi) və böyük yığıncağlar üçün işlənsin. 1917-ci ildə burada bəhai uşaqları üçün əxlaq dərsləri, ibtidai məktəb yaranmış və bəhai ədəbiyyatı nəşrinə başlanmışdı. Eyni zamanda Azərbaycanın müxtəlif rayonlarında Dinin yayılması baş verirdi və 15 bəhai mərkəzi fəaliyyətə başlamışdı.

Sabirabad bəhailərindən Çəlləkçi Ələkbər (orta sırada sağdan birinci) təqribən 1965 –ci illərdə onun 120-dən çox yaşı olarkən bizim evdə qonaq qalmağı yadımdadır. Ortada ağ paltarda Ağa Seyyid Əsədullah, - İzzəddin Əyyubov Məşədi Hüseyn oğlunun qeydləri, onun əlyazmasından olduğu kimi verilir, - “o, Həzrət Əbdül-Bəha tərəfindən Əmini-Sandıq, yəni yığılan ianələr və  və Hüququllah üzrə məsul şəxs” 

Əbdülxaliq Yusif
Hüseyn Cavid
Üzeyir Hacıbəyov
Ağa Musa Nağıyev
Atatürk Qazı
Əbdülqədir İsmayılzadə
Babam Məşədi Hüseyn
Uşaqların Əxlaq Dərsi
Dr. Fürutən
Ruhiyyə Xanım
Şəhidlər və Şahidlər
Zərgərov Əsədulla
Fərəc Qasimov
Heydər Əliyev və Din
Simurq Mədəniyyəti
Sovet Hakimiyyəti

Keçmiş Çadrovıy küçəsi 216 (indiki Mirzağa Əliyev), 

1882-ci ildən Bəhailərin Müsafirxanası

Rafael Huseynov
Manaf Suleymanov
Şahidlərin Xatirələri

Mirzə Ələkbər Sabir -1909-cu il. Balaxanı müəllimləri arasında

Mirzə Ələkbər Sabir (1862-1911), Azərbaycanın görkəmli şairi, Balaxanı bəhailəri ilə sıx əlaqədə olmuş, məclislərdə iştirak etmiş, Kərbəlayi-İmran Cəfərovla Dinin prinsiplərini tez-tez müzakirə etmiş və Hədiqə Cəfərovanın söylədiyinə görə, bəhailiyi qəbul etmişdir. Kitabın sonunda bu məsələ daha geniş şəhr edilir.

Deyilənə görə məşhur akademik Heydər Hüseynovun (Stalin mükafatı laureatı, Azərbaycan Marksizm-Leninizm İnstitutunun direktoru) "XIX əsr Azərbaycan fəlsəfi fikrinə dair" əsərində Azərbaycan şairlərindən birinin Hz. Babı qəbul etdiyini göstərmişdir. Bu məsələnin əlavə araşdırılmaya ehtiyacı vardır.

 

Akademik Heydər Hüseynov atam (Əyyubov İzzəddin) Tibb universitetində oxuyarkən (1935 - 1939) ona fəlsəfə fənnindən dərs demiş və onun sayəsində vaxtı ilə, Sovet dövrü üçün səciyyəvi olaraq, ateist kimi formalaşmışdır. Ikinci dünya müharibəsi zamanı cəbhədən qayıtdıqdan sonra atası Məşədi Hüseynin din dostu Bakıda, İçərişəhərdə yaşayan (dağlı) südçü Ağadadaş əmi (vaxtı ilə müəllim işləmiş, dərin dini və tarixi biliyi və bir çox dilləri bildiyindən, heç də dövrünün ziyalılarından geri qalmırdı və onun söhbətlərini dinləmək həmişə mənə də olduqca maraqlı idı) ilə rastlaşır və müharibənin gedişindən narahat olduğunu, alman əsgərlərinin hətta Qafqaza gəlib çıxdıqlarını müzakirə edirlər. İlk dəfə ondan Kitab`i-Əqdəsə əsasən bu müharibədə almanların məğlub olacaqlarını eşidir. 

Kitab-i-Əqdəsdə (K90 və səh.121-də izahı) müharibələrin tarixindən 80 il əvvəl göstərildiyi kimi, (Ey Reyn çayının sahilləri! Biz sizi qan içində gördük və qisas qılıncları sizin üstünüzə çəkilmişdir; və bu bir dəfə də olacaq. Və Biz Berlinin ah-naləsini eşidirik...) əvvəlcədən verilən xəbərin artıq bir hissəsi həyata keçmişdir. Bu məsələyə şübhə ilə yanaşsa da, Kitab-i-Əqdəsdəki bu Yazıların nə ilə nəticələnəcəyini gözləmək qərarına gəlir... Sonralar onun Bəhai Dinini qəbul etməsində bu uzaqgörənliyin də az əhəmiyyəti olmamışdı.

    

Əbdülxaliq Yusif, bəhai, xalq şairi Əliağa Vahidin müəllimi olmuşdur, “Vahid” ləqəbini ona Əbdülxaliq vermişdi. O zaman Qafqazın görkəmli şairlərindən biri, özünün həyat tərzi ilə nümunə idi. 

    

Hüseyn Cavid (1884-1941) - ədəbiyyatımızın görkəmli nümayəndəsi, şair, dramaturq, tarixi və fəlsəfi dramların müəllifi, əsərləri bəhai prinsiplərilə dolu bir mütəfəkkir -bəzi məlumatlara görə Almaniyada olduğu zaman Bəhai dinini qəbul etmişdi. Əsərlərində Bəhai prinsiplərini tərənnüm etmişdir ("Şeyx Sənan": "Din bir olsaydı dünyada əgər, daha məsud yaşardi cinsi-bəşər", “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü” söyləmiş və ya şerlərindən birini "...Nuri Bəha" ilə bitirmişdir). 

Halbuki əsrimizin əvvəlində onun qızı ilə görüşdə Turan xanım mənə bu haqda heç bir məlumatı olmadığını dedi (digər tərəfdən axı atasi həbs olunanda o, məktəb şagirdi idi...). Bu görüş rəsmi bir görüş deyildi, iki dost - Ərtoğrul və Ətaulla və onların ailə üzvləri haqqında oldu. Hüseyn Cavidin oğlu Ərtoğrul dayım Ətaulla Qasimov ən yaxın dostu olub. Həmin o Ətaulla ki, atası Fərəc Qasimov, – məktəbdə müəllim işləyirdi, uğurlu işinə görə Stalin pul mükafatı ilə təltif olunub və onu uşaq evinə hədiyyə edib. Ərəb və fars dillərini mükəmməl bilirdi - sonralar şəhid olub (bir qədər sonra bu məsələyə toxunacağıq "Xalq düşmənlərinin" iki oğlu, iki dost! Ərtoğruldan danışarkən professor Ətaulla Qasimov həmişə onun çox zəkalı, bilikli olduğunu deyərdi, gözləri də həmişə yaşarardı. İndiki Bakıdakı Nəriman Nərimanovun heykəlinin arxasındakı Hüseyn Cavid ailəsinin yaşadığı yeni yaşayış yerini - komani mənə təsvir edərkən ürəyi sıxılardı.....

 

Professor Rafael Hüseynovun "Vaxtdan uca" (Bakı, 1988) kitabında göstərildiyi kimi, dramaturqun həyat yoldaşı Müşkünaz xanıma bəhailərin bir-birini salamlayarkən "Allah-u-Əbha" (Allah Cəlallıların Cəlallısıdır) deməsi çox maraqlıdır... 1989-cu ildə bizim evdə Aşqabaddan müsafirimiz olan azərbaycanlı Mirzə Ələkpər Naci, bəhai olduğu ücun Leninqrad Universitetindən tələbə ikən Sibirə (evlərində onun getdiyi yolun marşrutu olan xəritə indi də xatirimdədir) sürgün olunmuşdur. Sürgündə o Hüseyn Cavidlə bir çarpayının alt və üst mərtəbələrində yatmışdılar. Nacinin gözəl xətti olduğu üçün onu dəftərxanada işlədirmişlər və faktiki olaraq bu da onu Sibir soyuğundan xilas etmişdi.

 

O, barak yoldaşı olan Hüseyn Cavid haqda öz xatirələrini ailəmizə və mənə söyləmiş və bu məlumatları xoşbəxtlikdən, gec də olsa, mən Turan xanıma çatdırmışdım. Mətin xanım təəssüratı yaratmaqla o, məndə indi də onun dəyanətinə böyük qibtə etməklə bərabər, soyuqqanlığına heyran olmuşdum. Görünür həyat onu o qədər sıxmışdı ki, məndən fərqli olaraq, onun üçün bizim görüşümüz xırda bir iş idi. Hər halda məndə belə bir təəssürat yaranmışdı. Çox səmimi keçən bu ilk görüş köhnə qohumların görüşünü xatırladırdı... 

Aşqabad Bəhailəri. Sağdan 1-ci (ayaqüstə) Mirzə Ələkpər Naci, yanında isə onun xanımı.  Oğlu (Naim) və qızı (Qürrətüleyn) onun yolunun davamçılarıdırlar


Üzeyir Hacıbəyov (1885-1948), Azərbaycanın professional musiqi incəsənətinin banisi, SSRİ Xalq Artisti, publisist, dramaturq, pedaqoq və ictimai xadim, akademik özünün əsərlərinin birində ("Ordan burdan") dərin hörmətlə Bəhai Dininin tərəfdarlarının maarifçilik meylini qeyd etmiş və tərifləmişdir.
 
Ağa Musa Nağıyev (1849-1919), mesenat, XX əsrin əvvəllərində adı Azərbaycanın məşhur 11 milyonçular sırasına düşən və onların arasında vətəninə xidmətdə öncül yer tutan, Bakının bəzəyinə çevrilmiş 98 bina, o cümlədən məktəb və 4 xəstəxana tikdirmiş və Şollar suyunun Bakıya çəkilmə xərcinin böyük hissəsini ödəmiş, məşhur milyonçu, bu kimi əməlləri 1908-ci ildə Rus İmperatoru tərəfindən yüksək qiymətləndirilmiş - orden və medallar ilə təltif edilmişdir. Neftdən əldə etdiyi gəliri millətin tərəqqisinə sərf edib. Məhz bu səbəbdən də Bəhai Dininin Azərbaycanda vüsət almasında onun böyük əməyi olmuşdur. O, Bəhai olmuş, hətta sonralar Bakı Bəhailəri Ruhani Məhfilinin fəxri üzvü olmuşdur.

Ağa Musa Nağıyevin nəvəsi Dilarə Fərəc qızı Nağıyeva ilə maraqlı arxiv materillarını araşdırarkən 1919-cu ildə Ağa Musa Nağıyevin vəfatı ilə əlaqədar onun ikinci arvadı gürcü qızı bəhai Liza Qriqoryevna (Cankorova) Nağıyevanın vərəsəlik iddiası ilə Bakı dairə məhkəməsinə müraciəti diqqəti cəlb etdi. (1905-ci ildə pul müqabilində azad etmək məqsədi ilə oğurlandıqdan 2 il sonra, yəni 28 mart 1907-ci ildə bəhai qanunlarına uyğun olaraq, Bakıda rəsmi bəhai kəbini– Hacı Qulam Hüseyn Kələndar tərəfindən şahidlər Kərbəlayi Ağakişi Əliyev, Məşədi Baba Səmədov və Mirzə Əli Əkbər Məmmədxanovun iştirakı ilə - kəsilmiş və 95 misqal qızılı xanımına vermişdi. Bəhai kəbin duası oxunduqdan sonra izdivac rəsmi elan edilmiş və həmin gündən ölənə kimi onlar birlikdə yaşamış və ictimaiyyətə qanuni arvadı kimi təqdim etmişdir. Dövrünün demokratik prinsiplərinə istinad etməsi - hər bir insanın maraqlarının məhz üzv olduğu dini icmanın qanunlarına uyğun olaraq araşdırılması və digər vərəsələri nəzərə alınmaqla var-dövlətin bəhai Müqəddəs Yazılarına uyğun olaraq təxminən 1/6 hissəsinin, notariusun və şahidlərin iştirakı ilə (Mirzə Abdulla Xaliq Yaqubzadə və s.) iddia tələbinin təmin edilməsi təəccüb doğurmaya bilmir. 

Bakı Bəhai Ruhani Cəmiyyətinin (Çadrovaya 226 ünvanında – indiki Mirzağa Əliyev küçəsi) rəsmi blankında sədr M.Tahirov və katib Zərgərovun qolu çəkilmış sənəd iddia tələbini təsdiqləyir. Bundan başqa həmin dövrdə Hayfada Dinin başçısı olan həzrət Əbdül-Bəha Abbasın da iddia tələbini təsdiqləyən qol və möhürü olan sənəd öz növbəsində “İran İmperatorluğunun Konsulluq Agentliyi” tərəfindən İran İmperiyasının Vitse-konsulu tərəfindən təsdiqlənmişdir. Yalnız bu sənədin olması 16 iyul 1913-cü il Qanununa əsasən bəhai izdivacı təsdiqlənmış və vərəsəliyə iddia tələbi təmin edilmişdir.

Tiflis Məhkəmə 7-ci sahəsinin 25 iyun 1919-cu ildəki protokolundan bəhai Mirzə Əli Əkbər Məmmədxanovun bu məqsədlə Fələstinə səfəri və onun Ağa Musa Nağıyevlə 30 ilin tanışı olmaları, onun neft mədənlərinin müdiri və sonralar şəxsi katibi olması öz əksini tapmışdır. Yəni eyni məzmunlu izahatı olduqca maraqlıdır.Yeri gəlmişkən, 1914-cü il Tiflis polismeysterliyi reyestrindən çıxarılışa əsasən bəhailərə öz dini ayinlərinin sərbəst həyata keçirilməsinə icazə verilmişdir. 
 

Azərbaycan Məşihət İdarəsindən şəriət qanunları əsasında təqdim edilmiş sənəddə Bəhai dininin İslamla münasibəti tədqiq edilmiş (yəni müstəqil bir din olması), Bakı Qazılığının 2 sənədi ilə hələ 1919-cu ildə təsdiq olunmuşdu. 

 

Bakı Dairəvi Məhkəməsinin protokolunda qeyd edildiyi kimi, Rus hökumətinin icazəsi ilə Azərbaycanda bəhailər bütün vətəndaşlıq hüquqlarına malikdirlər, Bakıda öz ibadət evləri, Müqəddəs kitabları olan “Kitabi-Əqdəs” və öz qanunları olduqlarından bu din azaddır və dözümlülük statusuna malikdir. Bu isə Azərbaycan Respublikasında Rusiya İmperiyasının Qanunlar Toplumunun qüvvədə olmasını təsdiqləməsi nəticəsində mümkün olmuşdur. 

Birinci arvadı Ummu Salma xanım Kərbəlayi-Cəfər qızı Nağıyevadan fərqli vərəsəyə, şiyə qanunlarına uyğun olaraq, var-dövlətin 1/16 hissəsinə sahib olmuşdur. Daha bir maraqlı məqam isə 13 yanvar 1910-cu ildə Bakı Bəhailərinin “Ruhaniyye” Cəmiyyətinin təsdiq olunmuş Nizamnaməsində Musa Nağıyevin bu maarifçi cəmiyyətin təsisçisi kimi qolunun olması, bütün bəhailərin siyahısının və bu adlar içərisində onun da adının göstərilməsi, 19 yanvar 1909-cu ildə Bakı Bəhai ibadət evinin təsdiqlənmiş tikinti planının olması və s. Bakı Dairəvi Məhkəməsinin 17 fevral 1920-ci il qərarına əsasən Bəhai Dini müstəqil din kimi tanınmış və nəhayət iddia tələbi tam təmin edilmişdir. Bunu yaxşı bilən bəzi ruhani həmvətənlərimiz indiyə qədər (onun Bəhai olduğu üçün) nəslindən olanlardan belə bunun “qisasını” almaq istəyir – məsciddə onlardan birindən nəzir belə qəbul etməmiş və bəhai nəvələrindən birini babi adlandırmışlar. O, kommunistlər vaxtı az incidilməmiş, indi də mollalar ondan əl çəkmirlər...

Oğlunun xatirəsinə yadigar olaraq Ağa Musa Nağıyev şəhərin mərkəzində qeyri-adi saray tikdirmək qərarına gəlir. O, tanınmış polşalı memar İ.Ploşkonu memarlıq nümunəsi seçmək üçün İtaliyaya göndərir. Ploşko örnək kimi Venesiyadakı Palasio Kantariya sarayını təklif edir. 1907-ci ildə Nağıyev “İsmailiyyə” adlandırılan sarayın layihəsini təsdiqləyir və tikinti işləri başlanır. Bu saray öz gözəlliyi ilə Bakının bütün imarətlərini kölgədə qoymuşdu.

 

Binanın alınlığında dördüncü xəlifə imam Əlinin aşağıdakı sözləri həkk edilmişdi:  “İnsan əməyi ilə ucalır və arzularına yalnız zəhməti ilə çatır. İnsan doğulandan ölənə qədər öyrənməlidir. Müsəlmanlar! Sizin dövrünüz sizinlə birlikdə ölür, öz övladlarınızı yeni dövrə hazırlayın! ”                  

 

İ. Ploşkonun sözlərinə görə, Bakının mərkəzində milli ornamentlərlə bəzədilmiş bir binanın layihələndirilməsi onun həyatında ən böyük arzusu olub. O, bu arzusunu “İsmailiyyə” binası ilə həyata keçirib. Hazırda bu binada Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.

Atatürk Qazı Mustafa Kamal Paşa Həzrət Bəhaullahın oğlu Əbdü-Bəha Abbas ilə tanış idi. Onun mülahizələri Bəhai Dininin prinsipləri ilə dolu idi. O, sülhün yer üzərində bərqrar olması üçün "Vahid, dünyəvi, evrensel dinin" və hətta "Birləşmiş Dünya Dövlətinin" zəruriliyini qeyd etmişdir.  (Bax: Boyuk Nütuk, Child 2, səh. 322-323 və 713).

 

Şair Mirzə Əbdülqədir İsmayılzadə, şair Mikayıl Müşfiqin atası, 1860-cı ildə yeni təlimin Azərbaycanın Xızı kəndində, həmçinin, Bakıda yayılması üçün fəaliyyət göstərirdi (O, Müslüm Maqomayevin məşhur “Şah İsmayıl” operasının librettosunu yazmışdır). İran və Rusiya imperiyaları arasında bölüşdürülmüş Azərbaycanın Şimal hissəsində yeni dini rəğbətlə qarşılayırlar. Dinin görkəmli ardıcıllarının adları Şimali Azərbaycanla da bağlıdır. Məhz buna görədir ki, indi də dağlıların bir çoxu bu din haqda yaxşı məlumatlıdırlar. Maraqlıdır ki, cəmiyyətdə babilər haqqında yanlış fikirlər olmasına, böyük əksəriyyətin isə yeni dinin mahiyyətindən xəbərilərinin olmamasına,  müxtəlif əsassız şayiələrə baxmayaraq, babilərin (bəhailərin) maarifpərvər, mədəni, elmə və təhsilə qiymət verən olmaları, qadın azadlığını dəstəkləmələri onlara münasibətdə bir etibar yaratmışdı və hətta təəssübkeş insanlar belə onların tərəqqipərvər və maarifçi olduqlarını dana bilmirdilər. Bəlkə də buna görə idi ki, maarifçilik, təhsil və tərbiyə işində bəhailərin köməyindən imtina etmirdilər. Bunu yuxarıda qeyd edildiyi kimi, mütəfəkkir insanların yazıları və münasibətləri, həmçinin, Hacı Z. Tağıyev kimi bir mesenatın öz uşaqlarının tərbiyəsini bir bəhaiyə (şair Mirzə Əbdülqədir İsmayılzadə) etibar etməsi və ya bisavad olduğu üçün, yalnız Z və T hərflərini tanıdığından, qol çəkərkən ZT və 9 ədəd maili xətt (!) çəkməsi (Nəriman Nərimanovun sözü ilə desək “millətin atası”) sübut edir. 

Mənəvi sərvətlərimiz və örnək mənbəyimiz olan, keçən əsrin iki ən məşhur mesenat millionerlərimizdən birinin bəhai olması və digərinin isə (Zeynalabdin Tağıyev) övladlarının müəllimlərindən birinin (şair Mirzə Əbdülqədir İsmayılzadə) bəhai olmasi və yaxud Azərbaycanın və Türk aləminin ən qabaqcıl zəka sahiblərinin - fəxrimiz olanların bu Əmrə meyilli olmaları və açıq və ya ürəklərində rəğbət bəsləmələri ən azı bizləri bir an da olsa şübhələri kənara qoyub (həmin şəxslərin əsərlərini və ya həyatlarını, əməllərini tədqiq etmək kifayətdir, bu isə müəyyən qabiliyyət və bacarıq, ən azı isə insaf tələb edir), bu məsələyə layiqincə qiymət vermək üçün məgər düşünməyə vadar etməməlidirmi !?

Lakin müasir mənəvi sərvətlərimiz sayılan, azı on akademik və professorlarımızın bu Əmrdən məlumatının olması, bəzilərinin hətta bəhai ailələrindən olmasına baxmayaraq (bir neçəsi istisna olmaqla) bu məsələyə biganəliyi və ya bunu etiraf etməmələri, dünyanın və bizim öz cəmiyyətimizin yeni sivilizasiyaya doğru getməsi ümidlərinin nikbinlik dərəcəsini, təəssüf ki, azaldır.

100 il əvvəl düşünən beyinləri cəlb edən Bəhai dini indi, yüksək texnologiya əsrində, heç bir informasiya qıtlığı olmayan bir şəraitdə, təbliğ işində, bəs nə üçün o vaxtkı səviyyəyə yüksələ bilmir!? Bəlkə insanlarda mənəvi öhdəlik, əhdi-peyman, ədalət hissi ölməkdədir? Bu qədər də biganəlik və riyakarlıq olar ?! "...Siz isə qəflət yerində tam rahatlıqda oturmusunuz və özünüzü xalis dostlardan hesab edirsiniz. Sizin zənn etdiyiniz necə də əbəsdir” 

Azərbaycandan bir çox zəvvarlar müqəddəs Bəhai yerlərini - sürgün yerlərini, sonralar Fələstində (o vaxtlar indiki İsrail dövləti hələ yaradılmamışdı) Dinin mərkəzinə çevrilmiş Əkka və Hayfa şəhərlərini ziyarət etmişdilər. Onların arasında müəllifin babası Məşədi Hüseyn Əyyubov da olmuşdu. (Onu əslən Şamaxıdan olan, tacir Səmədov Hacı Baba, atam ömrü boyu ona bu savab işinə görə rəhmət oxuyardı, – sonradan milyoner Ağa Musa Nağıyevin kontorunda ən etibarlı və mötəbər maliyyə işçisi, həmçinin şair, mübəlliğ Mirzə İsmayıl Müşkat Tiflisdə olarkən təbliğ etmişlər). Məşədi Hüseyn Şəkidə bəhailiyi ilk qəbul edən şəxsdir (və sonradan əmisini, qaynatasını, əmisi oğlanlarını, qardaşlarını və digər qohumlarını da təbliğ etmişdi). Şəkildə onun yanında Balaxanıdan Kərbəlayi İmran (ilk Balaxanı bəhaisi) də vardı. 1914-cü ildə onlar Həzrət Əbdül-Bəha Abbası Əkkada ziyarət etmişdilər.

Məşədi Hüseyn Əyyubov və Kərbəlayi İmran Hayfa şəhəri Mart 1914-cü il.  Hayfa şəhəri Mart 1914-cü il. Həzrət Əbdül-Bəha və zairlər. Yuxarıdan (arxa sırada) soldan 4-cü (əllərini  bir-birinə birləşdirmişdir) Şəkili Məşədi Hüseyn Əyyubov (Əyyubovların ruhani atası), yanında solda Balaxanı bəhaisi Kərbəlayi İmran, sağdakı isə Aşqabad bəhailərindəndir. (İzzəddin Əyyubovun əlyazmasından olduğu kimi).

Babam Məşədi Hüseyn Əyyubov və dostları hər üçü eyni tipli avropasayığı geyimdədirlər. Azərbaycanın ilk bəhailərindən, onların önündə üzü Hz.Əbdül Bəhaya yönəlmiş, ən yaşlı, Bakıdan olan bəhai, Həzrət Bəhaullahın katiblərindən biri olan Mirzə Talıbdır.

 

1882-ci ildə Bakı Bəhai İcmasının yüzə yaxın bəhaisinin toplanıb öz etiqadlarını icra etmələri üçün Çadrovaya küçəsindəki (indiki M.A.Əliyev küçəsi) 216 nömrəli bina alınmışdı.

 

Bəhai Mərkəzi kimi fəaliyyət göstərən bu bina sonralar müsafirxana adı ilə tanınmışdır. Burada müntəzəm olaraq görüşlər, uşaqlar üçün əxlaq dərsi, mənəvi-ruhani mövzularda məşğələlər keçirilir, Dinin tarixi, Müqəddəs Yazılar və dualar öyrənilirdi. 

1882-ci ildə Bakı Bəhai İcmasının yüzə yaxın bəhaisinin toplantı yeri - Çadrovaya küçəsi,

216 nömrəli bina.  Bu binanı artıq 2-3 ildir ki, söküblər və bəhailərin ah-naləsi goylara çatıb.


Uşaq və Cavanların Əxlaq-dərsi Heyəti
 


Bir qrup bəhai, 1924-ci il 21 mart. Müsafirxananın həyətində, İzzəddin Əyyubov (ən aşağıda sağdan 3-cü – qeydlər onun əlyazmasından olduğu kimi verilir), onun çiyni üstə başı görünən qız Ruhəngiz Bağbanzadə, Kərbəlayi İbrahim (məşhur Dadaş əmi), onun yanındakı 4-cü Orucov Nurəddin Balağa oğlu, 7-ci Rizvan Muxtar oğlu (Ata ləqəbi ilə məşhur idi), onun başı üstə Bəhiyyə xanım Şərifova (Ağa Nəsirin gələcək həyat yoldaşı). Oturanlardan soldan 5-ci Rövşənə xanım Məşədi Hüseyn qızı Əyyubova, 3-cü Kitabullah. II cərgə: Cəfər Dadaşov (Çayçı Cəfər – məclisdə çay paylayardı), onun qarşısında oturan Dadaşov Əjdər Əlisoltan oğlu, 3-cü və 4-cü soldan II cərgədə: Kamil və Tofiq Əbdül Vahab oğlu Yaqubovlar (Kamil- Nadya xanımın yoldaşı), 6-cı Münəvvər xanım Yaqubova Əbdül Vahab qızı, yanındakı Ağa Cavad Bağbanzadənin (1937-ci ildə şəhid olub) qucağında oturan –Ruhiyyə xanım Ağa Məsum qızı (Gəncəli Tohidin, Səltənət xanımın və Kəmalə xanımın anası). Oturanlardan sağdan 5-ci Ağa Dadaş Əmi (İçərişəhərli və ya südçü ləqəbi ilə məşhur olan, çoxlarının ruhani atası), 8-ci Çapçı Əli Abbas, şəhid olub. Ayaq üstə duran qızlar sağda I-ci Validə xanım Qasimova Əli Raqib qızı, 4-cü Nuriyyə xanım (Usta əli Əşrəf qızı), 6-cı Səyyarə Əyyubova Məşədi Hüseyn qızı (kəlayağıda), 8-ci İzzət xanım Orucova Mirzə Ağa qızı (gələcəyin kimya üzrə alimi, akademik), 9-cu Qüdrət xanım Yaqubova (gələcəyin həkimi), 10-cu Ruqiyyə usta Muxtar qızı (İrana sürgün edildi), 11-ci Zəbərcəd xanım (Gəncədə gələcəyin Məhfil üzvi), 15-ci Cavahir xanım Orucova, solda ən kənarda duran Məhfilin “xadimi” Ağa Tağı. Yuxarıda ayaq üstə duranlar sağdan 4-cü Əsədullah Yaqubov Əbdül Vahab oğlu (papaqlı), 6-cı Əli, 7-ci Ağa Hüseyn Kərimov Usta Əli Əşrəf oğlu. 12-ci İsmullah Yaqubov, 13-cü Kərimov İsmayıl Əli Əşrəf oğlu. Böyüklərin qucağında oturanlar –Sağdan II Bədiullah Bayram oğlu (İrana sürgün edildi), 5-ci qız Firəngiz Bağbanzadə Dadaş qızı, Südçü Ağa Dadaş əminin qucağında Fəxrəndə xanım (İrana sürgün edildi), 7-ci Orucov Münib Mirzə Ağa oğlu.

Fotoşəkildə indi də həmin binanın fraqmentlərindən müsafirxana tanınır. Həmin şəkildə gələcək kimyaçı-akademik və C.Cabbarlının “Sevil” filmində eyni adlı qəhramanın - azəri qızı İzzət Orucovanın (Müəllfin bibisindən solda 2-ci) da gənclik vaxtının surətini və onun qarşısında oturan ensiklopedik biliyə malik Dağlı Ağadadaş əmini görmək olar. Onun İçərişəhərdə olan evində dəfələrlə maraqlı söhbətlərini mən də eşitmişəm. Südçü Ağa Dadaş əvvəllər müəllim işləyib. Ən maraqlısı odur ki, adları çəkilənlərin əksəriyyətinin övladları, nəvə və nəticələri indi də bəhaidirlər....(Bəhai ailəsində böyüyən uşaqlar dini özləri sərbəst şəkildə on beş yaşından etibarən seçirlər). 
 
Müvvəqqəti Bakıda yaşayan, sonralar ən tanınmış şəhidlərdən olan, Əmrin Əli, Həzrət Bəhaullahın həvvarilərindən biri, Mirzə Əli Məhəmməd Vərqanı (ata və bala) da başqa şəkildə görmək olar –İzzəddin Əyyubovun qeydlərindən. 


Bakı Bəhai İcması

Və Azərbaycanda Sovet Hakimiyyəti

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına qədər və sonralar bir müddət bəhai icmaları heç bir təzyiqə məruz qalmamışdılar.  Məhəmməd Füzulinin şeirlərindən birində “Ey Allah“ kəlməsini  “Ey yoldaş“ ilə əvəz edən kommunist ideoloqları babilik ilə əlaqədar hadisələri də inqilabi hərəkat kimi qələmə vermişdilər. Ən təəccüblüsü isə odur ki, indi də yeni və müxtəlif informasiya və müasir Bəhai mənbələrinin mövcud olduğu bir dövrdə bəziləri hələ də KİV-də köhnə və bəsit məlumatlara arxalanaraq Bəhai Dini haqda həqiqətə uyğun olmayan fikirlər yürüdürlər. 

İnsan körpə çağında, öyrənmək həvəsi güclü olduğundan, çox qulaq asmaqla, eşitdiklərini təkrar edərək danışmağı öyrənir. Yaşa dolduqca isə, əsasən danışmağa güc verib, eşitsə də, təəssüf ki, dinləməyə (oxumağa) həvəs göstərmir...

Şəhidlər və Şahidlər

Faciəli 1937-ci ildə, bütün mütərəqqi adamların NKVD tərəfindən təqib edilməsi və cəzalandırılması zamanı fəlakət bütün ruhanilər və eləcə də bəhailərdən yan keçmədi. SSRİ-də 40-a yaxın mövcud olan bəhai icmaları qanundan kənar sayıldı. 1937-ci il Oktyabrın 13-dən, başlayaraq iki-üç gecə ərzində Bakı Bəhai Ruhani Məhfili və Balaxanı Bəhai Ruhani Məhfili, beləliklə 16 Bəhai həbs edilmişdi. Bu günlərdə DTK-in arxivindən əldə etdiyimiz məlumatlara əsasən, bəhailər 20 il ərzində daima izlənib və mühakimə olunublar.  İki nəfərin hələ 20 iyun1929-cu ildə həbs edildiyi məlum olmuşdur. Bakı Bəhai Ruhani Məhfilinin sədri Zərgərov Əsədulla Abdul Əziz oğlu və katibi Xəlilzadə Mövsüm 1930-cu ildə mühakimə olunmaları və tutularaq 3 illiyə cəza düşərgəsinə göndərildikləri aydınlaşdırılmışdır. NKVD arxiv materiallarından birində deyilir: “Qayıtdıqdan sonra Zərgərov Əsədulla yenidən bəhailər arasında əks inqilabçı elementlərlə əlaqələrini bərpa etmişdir”. 

 

Sovet dövlət sistemi tərəfindən məhdudlaşdırıcı sərəncam verilmişdi. Bəhailərin fəaliyyəti ixtisara salınmış və sonra isə tamamilə qadağan edilmişdi. Bütün ruhani yığıncaqlar, məhfillər də daxil olmaqla, ləğv olmuşdu. 14-21 oktyabr 1937-ci ildə görkəmli icma üzvlərindən çoxu həbs olunmuş və Sibirə sürgün edilmişdilər (Əlavəyə, Qasimova-Əyyubova Minaxanımın tərtib etdiyi cədvələ bax), bəziləri isə Qazaxıstana sürgün edilmişdi, onlar təqribən 37 gün ərzində şəhid olmuşdular. 1937-ci repressiya ilində bütün mülk və mal-dövlətləri müsadirə edilmiş, bir çox ailələr dağıdılmışdı.  
 

 Rusiya, Kislovodsk, müəllifin babası, nənəsi və dayıları

“1935-ci ildə 15 yaşlı Ətaullah valideynləri ilə birlikdə Kislovodskda istirahət edirdi. O, eşitdikdə ki, Emmanuel Lasker buraya gəlir, sonsuz dərəcədə sevinmişdi. Keçmiş dünya çempionu məşhur kurort şəhərinin parkında eyni zamanda oyun seansı verirdi. Onlarca adam Laskerin onların taxtasına yanaşacağı anı səbirsizliklə gözləyirdi. Bunlardan biri də gələcəyin professoru gənc Ətaullah idi. O, adlı-sanlı rəqibi ilə heç-heçə oynadı. O zaman bu görünməmiş müvəffəqiyyət idi”. (X.Ağayeva. Professor Qasimovun “Şahmat Oyunu” kitabı.  “İdman” qəzeti. 27.02.1980.) Ətaullah 1938-ci ildə artıq “Vışka” və s. mərkəzi qəzetlərin qalibi və mükafatçısı olur. O, aforizmlə danışmağı xoşlayardı.“...Biz daşdan möhkəm və güldən zərif olmuşuq” söyləyərdi.

 

Bakıda S.M.Kirovun (Azərbaycan Kommunist Partiyasının Birinci katibi) müavini, ən yaxın silahdaşı, sonralar Leninqrad Vilayət Komitəsinin Birinci Katibi işləmiş (indi də Ukraynada onun adını daşıyan şəhər vardır),  sonralar 1937-ci ildə “xalq düşməni” kimi Sibirə sürgün olunmuş, Yusif Qasimovun əmisi (ona atalıq edib, məşhur Qori seminariyasına göndərib oxudan) Fərəc Qasimov Cəfərqulu oğlu (müəllifin babası), Bakı Ruhani Məhfilinin sədri, ilk şəhid edilənlərdən biri idi (Salyanın birinci bəhaisi olan Qədim Cavadın qardaşı oğlu). Ərəb və fars dillərini mükəmməl bilən Fərəc Qasimov bu dildə yazılmış orijinal Müqəddəs Yazıları oxuyub, sinxron tərcümə edərmiş və məclisdəkilər oxuduğu kitabın Azərbaycan dilində olduğunu güman edərmişlər. O, “Kitab-i-Əqdəs”i ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə etmişdir. 

Bu günlərdə DTK-nin (İndi Milli Təhlükəsizlik Nazirliyinin) arxivindən əldə etdiyimiz məlumatlara əsasən, rəsmi ittiham “xalq düşməni” – “ingilis casusu və ”Bakinskiy Raboçiy ” qəzetinə iftira atmaq” olmuşdur. Bəs bu axırıncı ittiham nə deməkdir? Həmin materiallardan məlum olub ki, bu qəzetdə 1937-ci ilin avqustunda bəhailərə qarşı məqalə çıxmışdır.  Rəsmi ittihamda “Sovet- partiya təşkilatına rəsmi ərizə yazıb, bəhailəri ifşa edən Sovet nəşriyyatına əks-inqlabi iftira atmışdır” göstərilmişdir. “Ədalət xatirinə” demək lazımdır ki, 16 Bakı və Balaxanı bəhailərinin (26 yaşından 87 yaşa qədər müxtəlif sənət sahibləri olan kişilərin adları kitabın sonunda verilir), bir həftə ərzində tutulduğu 1937-ci ilin oktyabr ayında üzərində tez-tələsik aparılan ittiham qərarlarında heç bir maddi sübutun olmadığı daima vurğulanmışdır ki, bu da yəqin ki, gələcəkdə, 1956-cı ildə, şəhid olmuş 16 Bakı və Balaxanı bəhailərinə bəraət qazandırılması üçün səbəblərdən biri olmuşdur. 

Əziz oxuyucu! Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Bəhai şəhidlərinin xatirələrini Azərbaycanda olan şahidlər tərəfindən yazilmışdı və bu xatirələri Siz hərtərəfli burada oxuya bilərsiniz.   Onların xatirələri bizim ürəyimizdədir!

20 ilə yaxın Fərəc Qasimov haqqında heç bir məlumat yox idi. Oğlunun yüksək vəzifəli şəxslərə, hətta BMT-yə qədər bir çox məktublarından sonra prokurorluğa çağrılmışdı və ona bəraət haqqında sənəd verilmişdi. "Xalq düşməni"nin ailəsi Bakıdan, Gəncədən, Salyandan, Balaxanıdan və Bərdədən olan bir çox başqa bəhai ailələri kimi, bu qorxulu damğadan, qonşuların və iş yoldaşlarının istehza və məzəmmətindən azad edilmişdilər. Qorxmuş və üz döndərmiş qohumlar isə yavaş-yavaş əlaqələrini bərpa etməyə başlamışdılar... 

 

Çox xarakterikdir ki, qabaqcadan nəzərdə tutulmuş həbslərdən bəhailər gizlənməyib, hətta onlara - həbs olunanlara qibtə edirlər. Rəsul Xasiyev həbs olunanların ailələrinə baş çəkərkən, deyərmiş ki, "xoşbəxt o adamdır ki, bu Din naminə həyatlarından keçmişdir", bir çoxları kimi o özü də səbirsizliklə o günü gözləyirdi. Bir aydan sonra o da həbs edilmişdi. Çoxları həbs edilərək, Sibirə göndərilmiş, ya da itkin düşmüşdülər. 1938-ci ilin oktyabrında Bakı Bəhai Mərkəzinin binası (XIX əsrin rəsmi sənədləri indi də qorunub, saxlanılır) dövlət tərəfindən müsadirə edilmişdir. (Bax: Manaf Suleymanov "Eşitdiklərim, oxuduqlarım, gördüklərim, Azərnəşr, Bakı, 1996). Yuxarıda fotosu verilmiş, həmin binada 60 ilə yaxın bir müddətdə uşaq bağçası yerləşir.

 

Məşhur yazıçı və alim Manaf Suleymanov kitabında (“Eşitdiklərim oxuduqlarım gördüklərim” Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1987, c.319) həmin bina haqda məlumat verməklə bərabər Musa Nağıyevin də Bəhai olduğunu qeyd etmişdir. (Binanın bəhai mülkü olması haqda XIX əsrə aid olan notarial təsdiq edilmiş rəsmi sənədlər indi də qorunub saxlanılır). Onunla, söhbətlərimizin birində (Biz həmkar idik, eyni institutda, Azərbaycan Neft və Kimya İnstitutunda işləyirdik) kitabında Bəhai dini və icmasına aid bəzi məqamların qeyri-dəqiq olduğunu söylədikdə o, mənə mülayimlə və gülə-gülə kitabının adının birinci sözünü yada salmağı məsləhət görmüşdü.... 

1956-ci ildə verilən ümumdövlət bəraətindən sonra tədricən qorxu hissləri azalır və müəyyən təzyiqlərə baxmayaraq, bəhailər hamılıqla bir yerdə görüşməyə imkan tapmasalar da, müxtəlif mənzillərdə 10 nəfərə qədər yığışırdılar. Sonralar Bakı Ruhani Məhfili fəaliyyət göstərməyə başlayır. Seçkilər keçirməyə hələ imkan yox idi. Ruhani Məhfilə öz aralarında gizli səsvermə yolu ilə (əmələ gələn boş yerlərə) yeni üzvləri təyin edirdilər. Məlum səbəblərə görə Məhfil üzvlərinin sayını 9 nəfər deyil, az seçmək məcburiyyətində qalırdılar. Məhfil üzvlərinin sayı 5 olardı ki, başa düşən olmasın ki, məhfil toplanmışdır. Bayramlar böyük qorxu altında keçirilirdi qonşulara da yığıncaqların səbəbinin ad günü olduğu deyilərdi. Bizim ailəmiz dayım və nənəmlə bir həyətdə Bakıda (Arsen Amiryan küç., 88) keçmiş Parkovıy, indiki M.Hüseyn küçəsində yaşayırdıq. Yadımdadır 1962-64-cü illərdə, hələ uşaq ikən (9-11 yaşlarımda), bəhailəri çoxsaylı qonşuların nəzərindən gizlətmək üçün küçənin o biri tərəfində toplanıb, gələn qonaqları kiçik qrup halında münasib vaxtda həyətə girməyə işarə edərdim. Həmin illər Londonda I Beynəlxalq Bəhai konqresindən (Ümumdünya Ədalət Evinin ilk seçkisinə həsr olunmuş) hazırlanmış slaydlara necə maraqla baxmağımız yadımdadır. 

1981-ci ilin noyabrında qara buludlar yenidən bəhailərin üstünü aldı və DTK tərəfindən bir günlük həbslər başlandı. Dosent Qasimov İsmulla Fərəc oğlunu (müəllifin dayısı) Moskvadan gələn xüsusi bir məktub əsasında, Məhfil sədri kimi, həbs edirlər. Tam araşdırma aparmaq üçün onu birinci dəfə polkovniklə 8 saatlıq yazılı izahat aldıqdsan sonra şərti olaraq evə buraxmışdılar, sonradan ikinci dəfə də generalla görüşdürüb, heç bir səbəb olmadığından yenə də azad etmişlər. Dosent Əsədova Səriyyə  və Dr. Əyyubov İzzəddini iş yerindən birbaşa, xəbərdarlıq verilmədən maşına oturdulub aparırlar. Onları 7-8 saat dindirib 10-12 səhifəlik izahatlar yazdırmışdılar. Onlarda bir  daha evə qayıtmayacaqları hisləri yaranmışdı (!). Onlara bu həbs haqqında bir adama da olsun söyləməyi qadağan etmişdilər. Yenidən dostlarla görüşləri, hətta bəhai qohumlarının evinə getməyə və telefon vasitəsilə "Allahu-Əbha" kəlməsi ilə salamlamağa qadağa qoyulmuşdu. Atam İzzəddin edilmiş hədə-qorxular nəticəsində uzun müddət həmin məsələnin üstünü açmadı (baxmayaraq ki, mən valideynlərimlə bir mənzildə yaşayırdıq) yalnız bir neçə il sonra bu sirri açmışdı. Mən həmin gün onun pərişan və narahatlığını, verdiyi sualları (məni təbliğ edib-etməməsini - səbəbini deməsə də) indi də xatırlayıram. Bir müddət sonra SSRİ DTK-i sədri V.A.Kruçkov Moskvadan Mərkəzi televiziya ilə çıxışlarından birində deyəcək: "Dövlət Təhlükəsiz Komitəsi heç bir vaxt dini məsələlərə qarışmır"(!?).  

 

Yenidənqurma dövründən sonra, SSRİ ərazisindəki cəmiyyətlər arasında və bəzi xarici ölkələrdəki Bəhai İcmaları ilə əlaqələr bərpa edildi, 1988-ci ildən bəhailər Moskvada  və Aşqabadda, həmçinin Bakıda və Kievdə fəallaşırlar. İlk cəmiyyətlərarası əlaqələr Moskvada (Bakıdan olan bəhai Bəhaəddin Orucov vasitəsilə)  və Aşqabadda, ilk qonaqlar -- Mirzə Ələkbər Naci, Aşqabaddan (o, Hüseyn Cavidlə sürgündə yaxın olmuş, onun fikirlərindən, güzəranından bizə bəzi məlumatlar söyləmişdir) və Muzəffər Namdar, Finlandiya  - olmuşlar.

 

Müzəffər Namdar İranda ona təklif edilən neft nazirliyindəki məsul vəzifədən imtina edib, övladları ilə xaricə - təbliğ məqsədi ilə yad ölkədə min cür əziyyətlə yaşamağa- getmişdir. Bu günlərdə DTK-in arxivindən əldə etdiyim məlumatları araşdırarkən daha bir maraqlı məlumat əldə etdim; 1937-ci ilin iyulunda Bakı Bəhai icmasına Moskvadan İran səfirliyinin işçisi iranlı bəhai – Nusrətullah Namdar gəlib. O, İçərişəhərdə, bacısının evində qonaq qalıb. Atası rus qadınla (səhv etmirəmsə, fransiz dili müəlliməsi ilə) evlənib, sonra İrana qayıdıbmış. Deməli, 51 il əvvəl həmin adamın atası insan həyatı ücün belə bir qorxulu zamanda Bakıya gəlir... Belə görüşlər Azərbaycan icması üçün Bəhai Dünya mərkəzi ilə yeganə əlaqə vasitəsi, ümid və sevinc mənbəyi olurdu... 

İlk xarici səfərlər - Finlandiya, Hindistana, İsveçrəyə, Türkiyəyə və minlərlə bəhailərin  yaşadığı başqa yerlərə olmuşdur. İlk mühacirlər ABŞ-dan,  İrandan, İngiltərədən, İrlandiyadan, Yeni Zelandiyadan, Malayziyadan, Filippindən, Türkiyədən və İtaliyadan olmuşdular.

 

Bakı Bəhai İcmasının Azərbaycanın Dini İşlər İdarəsi ilə ilk əlaqəsi 1980-ci illərin axırlarında olmuşdur. O vaxtlar Bakıda 50 nəfərdən artıq bəhai  və bəhaizadə yaşayırdı. Onlar qərara alırlar ki, Bakı bəhailərinin Ruhani Məhfilini təsis etsinlər. Yaxşı yadımdadır, 1990-ci ilin 16 dekabrında, ikinci cəhddə, 50 illik intizardan sonra, yenidən bütün Bakı bəhailərinin iştirakı ilə Bakı Ruhani Məhfilinə seçkilər keçirilir.

Bakı Ruhani Məhfilinin üzvləri, 1990


60-cı illərdə fəaliyyət göstərən Bakı Məhfilinin yeganə üzvü İzzəddin Əyyubov (Müəllifin atası - Şəkildə mərkəzdə əlində Ism`i-Əzəm) sanki, bir estafet kimi Allah Əmrinin İşini, bu vaxta qədər yığılmış əmanətlərlə bərabər, yeni seçilmiş məhfilə çatdırdı. Heç olmasa o, nəinki bu günü gördü, hətta yaşının bu ahıl çağında, gənclik həvəsi ilə, bilavasitə bu işlərdə ən böyük fəallıq göstərdi. Yadımdadır, yeganə rus millətindən olan üzv Yaqubova Nadejda xanım (Semyonovna - 1-ci sıra sağdan 2-ci) digər bir bəhai ilə eyni səs toplamışdılar və bəhai qanununa görə məhz buna görə yenidən yalnız bu iki nəfər arasında seçki aparılmadı və üstünlük milli azlıq təşkil edən icma üzvinə verildi. Onlar bu günün gələcəyini əminliklə bilir və gözləyirdilər. 

Sonra bir neçə ay müddətində Gəncə və Bərdə şəhərlərində də seçkilər keçirilir və Yerli Ruhani Məhfillər bərpa edilir. Bir ildən sonra Salyanda və Balaxanıda, sonra isə Naxçıvanda Ruhani Məhfillər seçilərək fəaliyyət göstərirlər. Balaxanı qəsəbəsində qədim bəhai qəbirlər indi də mövcuddur. 1990-cı ildə onlar bəhaizədələrlə əlaqələr yaratmaqda yardımçı olmuşdurlar - qəbir daşlarının üzərində Tahirə xanımın (Qurrət-ul-Eynin) məşhur şeirlərindən biri ərəb əlifbası ilə nəfis surətdə yazılmışdır – fotoşəkillər son səhifələrdə verilir.

1990-cı ilin noyabrında Moskvada, Azərbaycandan geniş tərkibli bəhai nümayəndələrinin də iştirak etdiyi SSRİ bəhailərinin qurultayı keçirilir. Qurultayda Bəhai Dünya mərkəzindən nümayəndə, Allahın Əmrinin Əli cənab Əli Əkbər Fürutən maraqlı çıxışları ilə qarşıda duran vəzifələrə toxunub, hazırkı cəmiyyətdə bu ideyaların nə qədər həyati və vacib olduğunu vurğulamışdı. 


BƏRDƏ BƏHAİLƏRİNİN QISA TARİXİ

Əmrin Əli Dr. Fürutən bir neçə dili, o cümlədən azərbaycan dilini bilən tarixi bir şəxsiyyətdir. O, Aşqabadda yaşamış (bir müddət də Bakıda olmuşdur), sonra  Moskva Dövlət Universitetini 1937-ci ildə bitirmiş,  tədqiqatçı - alim, uşaq psixologiyası üzrə mütəxəssis, bir neçə kitabın, o cümlədən, bir neçə dillərə tərcümə olunmuş məşhur “Analar, atalar və uşaqlar” kitabının müəllifidir. Bəhai olduğuna və dini söhbətlərinə görə ölkədən İrana departasiya edilmişdir. Sonralar İran bəhailərinin Milli Məhfilinin katibi seçilmişdir. 1988-ci ildə Bəhai Dünya Mərkəzindən bir nəfərin SSRİ-yə gəlməsi xəbəri Bakıya çatanda (o vaxt təyyarəyə bilet bir ay əvvəl alınardı) dərhal hava limanına yollanıb, ilk dəfə onunla Aşqabadda tanış olmuşdum. O zaman Azərbaycanda keçmiş bəhailərin və bəhai övladlarının yaşaması faktı onu çox sevindirmişdi. Axı o, 1930-cu illərdə bir neçə il Bakıda yaşamışdı.

 

Qurultayda SSRİ bəhailərinin birinci və sonuncu Ruhani Məhfil seçilir ki, onun da tərkibində Azərbaycandan iki nəfər seçilir. SSRİ-in dağılması ilə əlaqədar sonrakı illər Ümumdünya Ədalət Evinin göstərişinə uyğun olaraq, Azərbaycan istisna olmaqla, bütün keçmiş respublikaların daxil olduğu beş Regional Məhfil seçilir,  Azərbaycan isə hələlik yeganə ölkə olur ki, onun öz Milli Ruhani Məhfili seçilir.  Bu məqsədlə tarixdə ilk dəfə olaraq, Bəhai Dünya Mərkəzindən -Hayfadan- cənab Məsud Xəmsi təşrif buyurdı və Azərbaycanda ilk Milli Ruhani Məhfil yenidən seçilir.

1992-ci ildə Azərbaycan bəhailərinin  I-ci Qurultayı - Bakı, Bərdə və

Gəncədən nümayəndələr iştirak etmişdi.


Tarix təkrar olunur. 1993-cü ildə Azərbaycan bəhailərinin II Qurultayının gedişi zamanı Amatul-Bəha Ruhiyyə Xanım Rəbbaninin (Bəhai Dininin Vəlisi Şövqi Əfəndinin həyat yoldaşı) şəxsində Dünya Bəhai Mərkəzinin nümayəndəsinin iştirakı ilə Almaniyadan, Hollandiyadan, Fransadan, ABŞ və başqa ölkələrdən gələn qonaqlarla görüşün keçdiyi yerə fanatiklər dəstəsi basqın edir. “Allahu Əkbər”-lə zala soxulanlar bizdən də “Allahu Əkbər” cavabını eşidəndə çaşıb-duruxmuşdular... Orada qarşılarına çıxan qadınlara isə hücum çəkmək təşəbbüsündən belə çəkinməmişdilər. Bu hadisədə çox maraqlı bir məqamlar üzə çıxdı… Bizim tanıdığımız fanatiklərin bəzilərinin sonrakı acı aqibəti isə çox ibrətamizdir.


Əmrin Əli Ruhiyyə Xanım yaşının bu ahıl çağında istirahət etmir, o bütün qitələrdə olmuş, illərlə Afrikada neçə-neçə ölkələrdə yaşamış, dünyanın 180 ölkəsində müsafir olmuş, mötəbər rəsmi görüşlərdə Bəhai Dünya Mərkəzini təmsil etmişdir. Keçmiş ADU, indiki Bakı Dövlət Universitetində (Rektor, professor-müəllim heyyəti ilə, daha sonra tələbələrlə) və Sumqayıt Sənaye və Energetika İnstitutunda geniş və maraqlı görüşlər təşkil edilmişdir. Onu Bakıda olarkən müşayiət etmək və mütərcimlik etmək şərəfi müəllifə qismət olmuşdu.

Sonralar Bakı, Gəncə, Bərdə, Sumqayıt,  Şəki, Quba, Naxçıvan və Muxtar Respublikanın 4 yaşayış məntəqəsində, Balaxanı və Bakıxanov qəsəbələrində Ruhani Məhfillər fəaliyyət göstərirlər.  Şamaxı, Astara, Oğuz, Ordubad, Culfa, Suraxanı, Əmircan, Lökbatan, Şərur, Şahbuz, Nehrəm, Qarababa, Şıxmahmud, İsmayıllı, Ərəfsə, Sis və bəzi ərazilərdə isə bəhailər yaşayırlar. Azərbaycan Bəhai İcması öz sıralarında 2500-dən çox bəhaini - müxtəlif sənət adamlarını və millətlərin nümayəndələrini Həzrət Bəhaullahın Çadırı altında birləşdirir.
 

1999-cu il may ayının 5-də ABŞ-ın Prezidenti Bill Klinton daha üç nəfəri Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komitəsinin üzvü tə'yin etmişdir. Ağ Evdən verilən məlumata (THE WHITE HOUSE, Office of the Press Secretary title: // OLK217 A: / News from internet htm) görə, "Xarici dövlətlərdə dini azadlığın himayə edilməsi Bill Klinton siyasətində birincidir" və "Dini azadlıq Prezident administrasiyasının  xarici siyasətinin ayrılmaz hissəsi olmaqda davam edir". Ümumdünya dinlərinin doqquz nəfər nümayəndələrindən biri də Yel Universitetinin professoru, ABŞ Bəhailəri Ruhani Məhfilinin Xarici işlər üzrə katibi, tarix elmləri doktoru, professor Firuz Kazımzadədir (Kaliforniya). O, xarici ölkələrdə bəhailərə qarşı dini zəmində törədilən repressiyalar mövzusunda, həm Ağ Evdə (Beynəlxalq əlaqələr), həm də Senatda (Beynəlxalq münasibətlər komitəsi) etdiyi çıxışları ilə məşhurdur. Maraqlıdır ki, bu yaxınlarda bir həftə ərzində Azərbaycan rəsmiləri tərəfindən Bakıya dəvət almış 86 yaşlı alim (11.11.2011.), onun “Qafqaz uğrunda mübarizə” adlı kitabı böyük maraq oyatdığından Bakıda rus dilinə tərcümə edilmiş, bilavasitə Azərbaycan Diplomatiya Akademiyasında və s. yerlərdə tələbələrlə ünsiyyəti onun biliyindən bəhrələnməyə imkan yaratmışdır. Bakı Bəhai mərkəzində keçirilən görüşdə onun bizim bəhai tariximizi də dərindən bildiyi məlum olmuş və Şövqi Əfəndi ilə gənc (16) yaşlarındakı ünsiyyəti və xatirələri böyük marağa səbəb olmuşdur. 

Firuz Kazımzadənin atası Kazım Kazımzadə onlarla dilə tərcümə edilmiş “Bəhai Dini Tarixi” kitabının müəllifidir. Kazım Kazımzadə 1918-1919-cu illərdə Bakıda yaşamışdır, o burada universitetə daxil olmaq istəyirmiş. İrandan qayıtdıqdan sonra Şövqi Əfəndinin “Dünya bəhailərinə müraciət” məktubunu və Bəhai Dini tarixinə aid bir kitabı da Əsədulla Zərgərova, o da öz növbəsində bunları Movsum Xəlilzadəyə çatdırmışdır. 

Ruhiyyə Xanım with NSA members of Azerbaijan  in Baku -2nd NSA Convention 1993.

Əmətul-Bəha Ruhiyyə xanımın  Azərbaycan Bəhailəri Milli Ruhani Məhfilinin üzvləri ilə Görüşü, Bakı - 1993-cü il.

Heydər Əliyev və Azərbaycanda Din Siyasəti
 
Gerçəklər və Perspektivlər adı altında keçirilən beynəlxalq konfransda (Bakı, 3-4 Aprel 2007-ci il) digər dinlərin nümayəndələri ilə bərabər, Azərbaycan tarixində ilk dəfə olaraq, bəhai icmasının nümayəndələri də bu mötəbər konfransa dəvət almış və iştirak etmiş, bu sətrlərin müəllifi "Dinlərarası münasibətlər – yeni yanaşmaların zəruriliyi" mövzusunda çıxış etmiş və bu faktın özü 27 xarici ölkədən gəlmiş dini, elmi, diplomatik, siyasi, ictimai və digər təşkilatların nümayəndələrinə bütün dünyaya  tolerantlıq və dini dözümlük mühitinin Azərbaycanda neçə həyata keçirildiyinə bariz nümunə olmuşdur. Bəşəriyyətin birliyinə nail olmaq ücün müxtəlif dinlərin nümayəndələrinin özlərinin üstün olması - dini istisnalıq tezisindən əl çəkməli olmalarının vacibliyi – çıxışın ana xəttini təşkil edirdi.
 

Əgər hər-hansı bir ölkədə Allaha və ətrafındakı yaxınlarına olan sevgi yox olub gedərsə, o zaman o insanlar nifrət və ədavət, xurafat və mövhumata qurşanırlar. Onlar insanların ürəyindən Allahı və Allah xofunu çıxarıb, boş qalan yeri özlərinin uydurduqları yalançı allahlara – irqi, milli, sinfi və dini istisnalığa verir və daha bu kimi qorxunc ideyalara sitayiş edirlər. Bu qeyri-sağlam və dağıdıcı ideyalar cücərib baş qaldırarsa, o zaman bir millət digərinə hakim kəsilər, dərisinin bir rəngi olan insanlar digər rəngi olan insanlardan asılı olar və s. Bu bir sinfin imtiyazlılığının əsaslandırılmasına və digər, qalan insanlar üzərində mütləq hakimiyyətinə gətirib çıxarır. Onlar insan hüquqlarını asanlıqla pozub, insan ləyaqətinə ziyan vuraraq azad seçim hüququnu unudur və dini azadlığı pozurlar. Bu dəhşətli və insanları ucuruma aparan təhlükəli yol insanlara nəinki şərəf gətirmir, sonradan gələcək nəsillərin, milyonlarla insanın utanc yerinə çevrilir. II Dünya Müharibəsindən 65 ildən artıq keçməsinə baxmayaraq (mən bunu Almaniyada olarkən bilavasitə müşahidə etmişəm) almanlar “sanki bizi dəyişdirmişdilər” deyə izah verməyə belə çətinlik çəkib, usanıb, xəcalət çəkirdilər. Belə, əsl insana xas olmayan  hərəkətlər, misallar təəssüf ki, keçmiş SSRİ və ÇXR, İran və digər ölkələrdə müşahidə edilməkdədir.   

 

Atatürk Mərkəzində (19.05.07 BMT-in Azərbaycan nümayəndəliyinin yaxından iştirakı ilə) Dünyada Mədəniyyətlərin Müxtəlifliyi Dialoq və İnkişaf Gününə həsr olunmuş dəyirmi masada dövlət qurumları, Milli Məclis, Milli Elmlər Akademiyası, Ali məktəblər, Konservatoriya, Yaradıcı İttifaqlar, beynəlxalq təşkilatlər və fondların, səfirliklər, dini təşkilatlar, KİV-nin nümayəndələri Azərbaycan kimi həssas bir yerdə son aylarda belə görüşlərin aparılması vaxtında təşkil olunmuş tədbirlərdən olduğu və Azərbaycanın düzgün yolda olması qeyd edilmişdir. Bəhai icmasının da nümayəndələrindən birinin (bu sətirlərin müəllifinin) çıxışında Azərbaycanımızda gedən bu müsbət dəyişikliklər qiymətləndirmiş, yüksək amallarla yaşamağın vacibliyinin əhəmiyyətini vurğulamışdır. Burada vurğulunan dəyərlərin Bəhai Dinində 165 il (!) əvvəl nə qədər vacib olduğu göstərilmiş və həmin dəyərlərin artıq, nəinki kiçik bir model kimi bəhai icmalarında həmçinin müxtəlif ölkələrin konstitusiyalarında, öz əksini müvəffəqiyyətlə tapması göstərilmişdir. Məhz Atatürkün adını daşıyan Mərkəzdə Atatürkün də vaxtı ilə diqqətini cəlb etmiş və yazılarında müraciət etdiyi Bəhai prinsip və dəyərlərinin olması həm yerli həm də xarici ölkə nümayəndələrinin böyük marağına səbəb olmuş, bunun da nəticəsində ən çox suallarla müşahidə olunan çıxışlardan biri olmuşdur.

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar cəmiyyəti, Vətəndaş Cəmiyyətinin beynəlxlaq Mədəniyyət Forumunun təşkil etdikləri mütəmadi seminar və görüşlər son illər Azərbaycanda təşkil olunan ən əhəmiyyətli mədəniyyət hadisələrindəndir. “SIMURG” Assosiasiyasının Prezidenti Kulturoloq-Professor Fuad Məmmədovun (bir çox beynəlxalq və milli akademiyalarının üzvi) yüksək səviyyəli çıxışları Dünya miqyaslı Azərbaycan ziyalılarının ənənələrinin davamçısı olmaqla bərabər, Dövlət qurumlarının, Milli Elmlər Akademiyasının, Ali Məktəblərin rəhbərlərinin, Vətəndaş Cəmiyyəti Beynəlxalq Mədəniyyət Forumunun, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin, Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvlərinin, müəllimlər, məmurlar, sahibkarlar, Milli QHT-nin, Yaradıcı və Həmkarlar İttifaqlarının, Bələdiyyələrin, Beynəlxalq təşkilatlər və fondların, Səfirliklərin, Din təşkilatlarının, KİV-nin nümayəndələrinin də cəlb olunması seminarlarda toxunulan yüksək insani ideyaların tədricən cəmiyyətimizdə kök salacağına ümidlər yaradır. 

Professor Fuad Məmmədov, son kitabı (Культура Управления, Баку, «Апостроф» Çap evi, 2009) müasirlərimizə oxumağa ən çox tövsiyə etdiyim kitablardandır. Yarandığı gündən 20 il ərzində cəmiyyətimizin mənəvi inkişafında olduqca böyük işlər görməkdə olan “SIMURG” Assosiasiyası, məsələn, seminarlarından birini “Həyatımızın məqsədi”nə həsr edilmişdi. Müxtəlif sənət sahibləri və alimlər tərəfindən, müxtəlif fikirlər irəli sürüldü, amma bir cümlə ilə, sadə və bizi xəlq edən Allahın Kiçik Namazdan olan Sözünü çatdırmağımız, məncə, yerinə düşdü; “Ey mənim Allahım, Səni tanımaq və Sənə ibadət etmək üçün məni yaratdığına şəhadət verirəm”. 
 
“Hər bir insanın ürəyinin dərinliyində belə bir inam var ki, həyatın yaşayış uğrunda mübarizənin xaricində daha ayrı bir mənası var. Və belə bir sual qaçılmazdır: doğrudan da, bizim mövcudluğumuzun əsl məqsədi nədir? Mövcudluğumuzun məqsədini bilmək üçün biz ilk növbədə insan varlığının həqiqi təbiətini başa düşməliyik. Biz “insanın təbiəti” frazası üzərində düşünəndə ağlımıza nə gəlir? Bu nəsə müsbət və yaxud mənfi bir şeydirmi? Biz sadəcə instinktlərin, tamahların, ehtiyacların və emosiyaların cəmindənmi ibarətik, yoxsa nəsə ayrı bir şeyi də ifadə edirik? Bizi heyvanlardan fərqləndirən bir şey varmı?
 
Maddi mövcudluğa aid olan çoxlu xüsusiyyətlər vardır ki, bu bizdə və heyvanlarda ümumidir. Lakin bizim ruhani təbiətimiz də var, onu bəziləri qəlb adlandırılar, və məhz bu ruhani təbiətdir ki, bizim həqiqi məqsədimizi müəyyən edir. Hər bir fərdin həyatının məqsədi ruhani keyfiyyətləri və kamillikləri inkişaf etdirmək və Allaha tərəf getməkdir. Bu inkişaf boş ibadətlə baş vermir. Nə də ki buna dünyəvi arzulara həsr olunmuş bir həyatla nail olmaq olar. Bir insanın həyatının məqsədinə nail olmaq - bu da Allahı tanımaq və Ona ibadət etməkdir – bəşəriyyətin kollektiv həyat səhnəsində fəaliyyət göstərməyi tələb edir; bu, cəmiyyətə fədakarcasına xidmətə çağırır. 


 

Bakı bəhailəri Bərdə bəhailərinin qonağı 1995-cı ildə

bottom of page