top of page
Şeyx Əhməd Əhsai

Şeyx Əhməd Əhsai 1840-ci ilin əvvəllərində İranda (şeyxilər təriqəti onun adı ilə əlaqədardır) Sahib - əz Zamanın zühurunun vaxtını hesablayır. Həqiqətən də 1844-cü il mayın 23-də İranda Seyid Əli Məhəmməd və ya Bab Öz Missiyasını elan edir. Dekabrın 20-də 1844-cü il cümə günü (hicri 1260-cı ildə), müsəlman aləminin ziyarətgahı Məkkədə, Kəbənin qapısından tutaraq Hz. Bab zəvvarlar qarşısında yeni dini elan etdi. O, xəbər verdi: "Mən gəlişini gözlədiyiniz Qaim, Mehdi Sahib-əz-Zamanam". İnsanlar Hz. Baba (və onu müşayiət edən cənab Qüddusa) böyük ehtiramla yanaşdılar, lakin min ilə yaxın bir müddət ərzində gəlişini gözlədikləri Şəxsi tanıya bilmədilər və nə yazıq ki, Onun Bəyanatını ciddi qəbul etmədilər. “Yoxdur onlarda elə bir göz ki, Məni görsünlər və tanısınlar....”

Din Vahid, Sonu 
Olmayan Bir Prosesdir

 

Qaim və ya Mehdi Sahib-əz-Zamanla əlaqədar Azərbaycanda müxtəlif inanclar vardır. Bunlardan biri təziyə məclislərində müqəddəs yazılar oxunan vaxt Mehdi Sahib-əz-Zamanın adı çəkilən kimi, molla da daxil olmaqla, bütün məclis əhlinin ayağa qalxıb, ehtiram əlaməti olmaqla əlini sinəsinə qoyub baş əyməklə yenidən əyləşmələridir. Çox maraqlıdır ki, Hz.Məhəmmədin adı dəfələrlə çəkilsə də, heç kəs ayağa belə qalxmır, amma Mehdi Sahib-əz-Zamanın adını eşidən kimi, əsasən, hamı ehtiram göstərməyi özünə borc bilir. Bu bir ritual xarakteri daşısa da, çox adam nə bunun mənasını bilir, nə də nə üçün belə etdiyini izah edə bilir.

Bir Meyvənin çoxlu dənələri

Din vahid, sonu olmayan bir prosesdir “Yəqin bil ki, İlahi Vəhy işığı hər bir Zühurda insanlara onların ruhani qabiliyyətlərinə bilavasitə uyğun şəkildə lütf edilmişdir. Günəşə nəzər sal. Üfüqdə ilk görünəndə onun şüaları necə də zəifdir. Günortaya yaxın onun istisi və işığı yavaş-yavaş artır və bu zaman bütün məxluqatın onun artan təsirinə uyğunlaşmasına imkan verir. Üfüqdə itənə qədər o tədricən qürub edir və batır. Əgər o malik olduğu işığı bütün nuru ilə birdən-birə aşkar etsəydi, şübhəsiz, bütün yaranmış şeylərə ziyan vurardı...”(Həzrət Bəhaullah, Yazılarından seçmələr, 38, Bakı, 2009, səh. 93)

 

Hz. Məhəmmədin nəslindən olan və Məkkənin müqəddəs nayihəsini qoruyana “Ya şərif! Sən ömrün boyu Bizə səcdə etmisən və indi Ali Həqiqəti təsdiqləsən” sözləri ilə başlayan: “Kim ki Quranı nazil edib, bu Kitabı da nazil edib, ondakı hər söz Allahdandır” yazılı müraciətində, onu “Əgər sən Bizə tərəf qayıtsan, hələ ki, vəhy Bizim vasitəmizlə davam edir, səndəki odu işığa döndərərik" deyərək, dinə dəvət etmişdir. (Баб, Избранные из Писаний, Москва, 2006, с.32).
 
Məkkənin Şərifinə ünvanlanmış Lövhdən çıxarış: “Ey Şərif!.. Bütün həyatın boyu Bizə sitayiş etmisən, lakin Biz Özümüzü zahir edəndə, Bizim Bəqiyyətimizə şəhadət verməkdən və Onun, həqiqətən, Ən Uca, Yüksək Həqiqət və Şərəf Sahibi olduğuna şəhadət verməkdən imtina etdin. Beləliklə sənin Rəbbin Qiyamət Günündə səni imtahana çəkdi. Həqiqətən, O hər şeyi Bilən və Hikmət Sahibidir.”
 
“Bəyan” kitabında deyildiyi kimi, “Məhəmmədin çağırışından on iki əsr və yetmiş il keçmişdir və hər il külli miqdarda insan Məkkədə Kəbəni - Allah Evini təvaf etmişlər. Həmin ilin son müddətində ziyarətə yollanan elə bu Evin təməlini qoyan Kəsin Özü oldu. Aman Allah! (Allahu Əkbər!) Orada müxtəlif təriqətlərdən saysız-hesabsız zəvvarlar var idi. Onu heç kəs tanıya bilmədi, amma O, onlardan hər birini tanıdı. Ona yeganə iman gətirən və Onunla ziyarət edən o kəs* oldu ki, onun başı üstündə səkkiz Vahid dövr edir.”(Баб, Избранные из Писаний, Москва, 2006, səh. 78).
 
Məkkəyə ziyarəti Omandan keçdiyindən, Maskat torpağında O, məşhur müsəlman üləmalarından biri Süleymana müraciətində “Bu torpaqdan Müqəddəs Evə yollandıq və geriyə dönərkən yenidən həmin sahilə yan aldıqda müşahidə etdik ki, sən bizim müraciətlərə diqqət yetirməmisən və sən əsl inam əhlindən deyilsən” sözləri olan məşhur müraciətini  (Баб, Избранние из Писаний, Mockвa, 2006, с.37) etmişdir. (Yeri gəlmişkən, müəllif Omanda işlədiyi vaxtlar yerli bəhailər ilə birlikdə  Hz.Babın Məkkəyə yollanarkən mindiyi gəminin yan aldığı sahili, həmin sahilin dəqiq yeri nəsildən-nəsilə ötürülür, böyük ehtiramla ziyarət etmişdi).

 

Molla Sadıq Vənəndli
Əbdül Kərim Ordubadi

İranda başlayan Babilik tezliklə Şimali Azərbaycana da yayılır. Həzrət Bab İranda Öz Missiyasını elan etdiyi vaxt Onun şagirdlərindən biri Ordubadın Vənənd kəndindən olan Molla Sadıq Vənəndli yeni Təlimi elan edir, on minlərlə əhalini ətrafına toplamağa müvəffəq olur. Bu zaman Ordubad camaatı daha böyük qorxunun qarşısında qalır. Rusiya höküməti Behbudov adlı generalı 5 min nəfərlik ordu ilə Molla Sadığı həbs etməyə göndərir. Çox güman ki, yerli mollalar tərəfindən qızışdırılan rus məmurları əvvəlcə Molla Sadığı Tiflisə, sonra da Varşavaya sürgün etmişdilər. Naxçıvanın xanı və onun naibi Şeyxəli bəy də "şeyxi" təriqətindən idilər. (Bax: M.S. Ordubadi, “Həyatım və mühitim”, Azərnəşr, Bakı, 1996)

Molla Sadığın doğma yerindən sürgünündən sonra, onun şagirdlərindən biri, Seyid Əbdül Kərim Ordubadi tərəfdaşlarının icmasına başçılıq etdi. Seyid Əbdül Kərim Ordubadinin ruhani rəhbərliyinin dövrü Həzrət Babın elanından əvvəl və Onun şəhidliyindən sonrakı vaxtı əhatə edir. Maraqlıdır ki, Şimali Azərbaycanda Bəhai Dininin tarixi həmin dövrdən başlanmışdır və bu fakt heyrət doğurmaya bilmir. Deyilənə görə, mühazirələrinin birində o, mühazirəsini saxlayaraq demişdi: “İndicə Həzrəti Babı edam etdilər.” Sonralar edamın günü və saatı təsdiqlənmişdi. Həzrət Bəhaullah Qafqaza ünvanlanmış lövhündə təsdiq etmişdi: ”Əbdül Kərimə ruhani qavrama əta edilmiş və o, Allahın ilahi mərhəmətinin dəryasını dərk etmə qabiliyyətinə malik olmuşdur”. 

.

Hələ də yerli ruhanilər tərəfindən qızışdırılan rus məmurları Əbdül Kərimi həbs edib, onu Smolenskə (Rusiya) sürgün etdilər. On ildən çox çəkən sürgündən sonra, Ona Azərbaycana qayıtmağa icazə verdilər, amma doğma Ordubada qayıtmağı qadağan etdilər. Onun ölümünün vaxtı və yeri bilinmir.
 
Həzrət Bab (1819-1850) İranda müsəlman ruhaniləri tərəfindən kəskin müqavimətlə rastlaşdı. Ərəb dilindən tərcümədən Bab - "qapı" mənasını bildirir. Həzrət Bab ruhaniləri açıqcasına cəhalətdə və tamahkarlıqda ifşa edir. Yeni Dini qəbul edənlərə qarşı müsəlman ruhanilərinin kəskin təqibləri başlanır. Ruhanilərin amansız təqiblərinə baxmayaraq, özlərini babi elan edənlərin, yəni Həzrət Babın ardıcıllarının sayı gündən-günə artırdı. Bundan əlavə, onların sırası ruhani mühitindən gələnlərlə də sürətlə artırdı. İran şahı Məhəmməd Qacar Həzrət Babı gizli olaraq Azərbaycanda yerləşən Maku və sonra Çehrik qalalarında dustaq edir. (Kitabın üz qabığında bu qalanın qalıqlarının fotoşəkli verilmişdir).
 
“Deməyin: O, Allahdan necə danışa bilər, o zaman ki Onun yaşı iyirmi beşdən çox deyil? Mənə qulaq verin. Yerin və göylərin Rəbbinə and olsun! Mən, həqiqətən, Allahın bəndəsiyəm. Mən uzun zamandan bəri gözlənilən Bəqiyyətullahın hüzurundan olan danılmaz dəlillərin Daşıyıcısı seçilmişəm. Budur, Mənim Kitabım sizin gözləriniz qarşısındadır, necə ki Allahın hüzurunda Ana Kitabda yazılmışdır. Həqiqətən, Mən harada olsam da, Allahın fəzli Mənimlədir və Yer üzündə sizlərin aranızda olduğum müddətcə O, Mənə dua etməyi və mətinlik göstərməyi əmr etmişdir.”
 
Dörd il ərzində Məhəmməd Şah Qacara (İranın 130 illik Qacarlar sülaləsinin azərbaycanlı şahı) və onun iş icraçısına üç dəfə məktubla müraciət edib və sonuncusuna ona axırıncı dəfə müraciət etdiyini bildirməklə bərabər onu kafir adlandırmışdır. “O kəs ki, Allahın Ali Qapısı Olanı inkar edir, Bizim tərəfimizdən gələn və Allahın ədalətli iradəsi ilə acı iztirablara məhkumdur” (Баб, Избранние из Писаний, Mockвa, 2006, с.43).

Natamamlıq Teoremi
Semiotika – işarələr və işarə

Natamamlıq Teoremi

Quran`i-Kərim, Ali-İmran surəsi, ayə 7: (Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur! Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası bəlli, hökmü bəlli), digər qismi isə mütəşabeh (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir.”

 

Qurani-Kərim

  • Əl-Araf (surə 7 ayə 34): Hər ümmətin əcəl vaxtı (tənəzzül vaxtı) vardır.  Yəni, “Hər ümmətin” müddəti!  Və ya

  • Əl-Hicr 15:21 “(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinəsi Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu qədər) endiririk.”

  • Ər-Rəd surəsi (13:38). “Hər dövrün bir kitabı  (Lövhi-məhfuzda yazılmış hökmü) var.... Zamanın, dövrün tələbinə və ehtiyacına görədir.

Bundan da aydın daha necə söyləmək olardı?

Bu məqamda Qurani-Kərimə edilən istinadlara münasibətdə bir haşiyəyə (ola bilsin ki, kimsə üçün tale yüklü ola) böyük ehtiyac vardır; Müasir məntiq nəzəriyyəsinin qurucusu, keçən əsrin ən güclü alimlərindən biri hesab edilən, Avstriya əsilli Amerikan məntiqçisi və riyaziyyatçısı ABŞ Prinseton Universitetinin professoru Kurt Qyodel (Kurt Friedrich Gödel 1906 – 1978) natamamlıq haqda 2 teoremin müəllifidir; 1-ci (zəif) teorem: “İstənilən formal aksiomlar (hökmlər) sistemi həlli mümkün olmayan fərziyyələri özündə ehtiva edir” (ilkin tərcümə - S.Ə.). Eyni məsələ ətrafında müxtəlif mülahizələr ola bilər ki, onların da bəziləri doğru, düz ola bilər, lakin bu mülahizələr arasında yeganə həqiqət ola bilər. Odur ki, bu və ya digər müəmmalı, sual doğuran məsələlərin həlli ücün Kurt Qyodel natamamlıq teoreminin 2-ci (güclü) teoremini sübut etmişdir: “İstənilən aksiomlar (hökmlər) sisteminin məntiqi tamamlığı  (və ya natamamlığı) bu sistem çərçivəsində sübut edilə bilməz. Bunun sübut və ya təkzib edilməsi üçün əlavə aksiomlar (hökmlər – sistemin gücləndirilməsi, qüvvətləndirilməsi) tələb edilir” !!! (ilkin tərcümə - müəllif). Müqəddəs Kitablar Allahın ən böyük elmidir. Odur ki, riyazi üsullarla sübut edilmiş bu məntiqə uyğun olaraq, bu və ya digər müqəddəs kitabın hökmlərinin mahiyyətinə yalnız növbəti kitab vasitəsi yiyələnib, kifayətlənmək olar...Məncə burada bununla da kifayətlənmək lazımdır.  

   

Bir çox dünyəvi dinlərin vahid ümumi bir atası Hz. İbrahimdir. Onun Saradan (birinci xanımı) olan övladları - yəhudilərin, Həcərdən (ikinci xanımı) olan övladları – ərəblərin və ömrünün sonuna yaxın evləndiyi (üçüncü və sonuncu xanımı) Hetturadan olan övladlarından biri, – İokşan isə, – bəhailərin peyğəmbəri Hz.Bəhaullahın nəsil ağacının kökünü təşkil edir.

Amma buna baxmayaraq, onların hər biri özünü mütləq həqiqət daşıyıcısı sayır. Yəhudilər Hz.Musanı (Kəlimətullah) bilavasitə Allahla söhbət etdiyindən “O, nadir bir məqama mallikdir.... “ deyirlər.  Öz növbəsində Xristianlar Hz.İsa peyğəmbəri “Allahın yeganə Oğlu“ adlandırır və Onun bütün başqa peyğəmbərlərdən uca və fərqli olaraq, həm də hələ də yaşadığını təkid edir və bunun da nəticəsində öz məxsusiliklərini daima diqqətə çatdırırlar. Bəzi müsəlmanlar isə İncildə bəzi obrazlı, müəmmalı və məcazla verilən sözlərin daxili mənalarına varmadıqlarından onları asanlıqla “səhv” adlandırıb, Hz.Məhəmmədin “sonuncu“ peyğəmbər və Qurani-Kərimin Allahın sonuncu Sözü olduğunu təkid edir və bununla da Allah sözünün qurtardığını sadəlövhcəsinə zənn edirlər.

Quran`i-Kərimin müvafiq surələrinə bir daha diqqətlə nəzər yetirsək:

  • Loğman (Surə 31, ayə 27: ”Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, Allahın sözləri (yazmaqla) tükənməzdi”

 

və yaxud eyni fikir digər izahatla:

  • Əl-Kahf (Surə 18, ayə 109: “Əgər Rəbbimin sözlərini yazmaq ücün dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənməzdən öncə onlar tükənərdi”-

 

Bir daha təkrar olaraq:

  • Ən-Nisa, (surə 4, ayə 171): “Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur.

 

Lakin bəziləri  İslamın tamamlandığı və bütün dinlərdən üstün, kamil və müstəsna olduğu qərarındadırlar. Bütün bunlar öz-özlüyündə təkcə adları çəkilən yox, digər dinlərin də nümayəndələrinə qarşı düşmənçilik mənbəyidir. 

Quran`i-Kərimdə əlif, lam, mim (və digər kəlmeyi-mütəşahabat) və 19 rəqəmi kimi gizli (indi artıq açıq) sirrlər,  əvvəlki müqəddəs kitabların sirlər, həmişə olduğu kimi, növbəti müqəddəs kitabda açılır.

Bu yerdə bir neçə Əkkə haqda olan hədislərdən, Hz.Əlinin kəlamlarından, İmam Cəfər Sadiqin  (Səudiyyə Ərəbistanında işlərkən təsadüfən Cəfəri təriqətindən olan bir mühəndislə dostluğum, –Məkkədən cəmi bir neçə yüz km aralıda, -bu məsələlərə bəzi aydınlıqlar gətirdiyini gördüm).  Qaimlə əlaqədar əlamətlərdən və s. danışmaq olardı, lakin bu başqa bir xüsusi mövzusudur və bizim məqsədimiz heç də teoloji məsələlərə aydınlıq gətirmək deyil, sadəcə sağlam düşüncənin cəlb edilməsi üçün bir qədər məlumat verməkdir.

Quran`i-Kərim:

  • Yunus surəsi (Surə 10, ayə 92) “Qiyamət günü ixtilafda olduğunuz dini məsələləri Allah sizə izah edəcək”.

 

Yuxarıda deyildiyi kimi,

  • Loğman surəsi (Surə 31, ayə 27): ”Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, Allahın sözləri (yazmaqla) tükənməzdi”.

 

Və yaxud eyni fikir digər izahatla İncildən olan bu kəlamın mənası “Və ilk əvvəl söz mövcud idi...” bu, məsələyə bir qədər də aydınlıq gətirir.

Quran`i-Kərimin müvafiq surələrinə bir daha diqqətlə nəzər yetirək:

  • Ər-Rəd surəsi (surə13: ayə 38). “Hər dövrün bir kitabı (Lövhi-məhfuzda yazılmış hökmü) var. Zamanın, dövrün tələbinə və ehtiyacına görədir”.

  • Qaf surəsi (50:41): “Carçının yaxın bir yerdən car çəkəcəyi gün deyilən sözü (Surun səsini) dinlə! ......Sizdən haqq-hesab istəniləcək və suru ikinci dəfə üfürəcəkdir”.

  • Əl-Araf ( 7: 34): “Hər ümmətin əcəl vaxtı (əzəldən müəyyən edilmiş) vardır. Onların əcəli gəlib, çatdıqda bircə saat belə nə yubanar, nə də tələsərlər”.

  • Əl-Araf (7:35): “Ey Adəm oğulları! Sizə içərinizdən Peyğəmbərlər gəlib, ayələrimi söyləyən zaman Allahdan qorxaraq pis işlərdən çəkinib, özlərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!”

  • Əz-Zumər (39:69): “Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab ortaya qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcək, onlar (bəndələr) arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir!”

  • Əl-Zilzəl (99: 4): “Məhz o gün yer öz hekayətini söyləyəcək”.

  • Əl-Zilzəl (99:5): “Allahın ona etdiyi vəhy ilə”.


Sonuncu ayə çox maraqlı və düşündürücüdür...  (Bu məqamda diqqətimi "Sonuncu" sözü cəlb etdi - məgər bu sözə yuxarıda toxunduğumuz məntiqlə yanaşsaq, "daha başqa ayə olmamalıdır və bununla tamamlanıb" deməkdir ?! "Sonuncu" sözünü belə interpretasiya etmək nə dərəcədə məntiqə uyğundur?).

Qiyamət Günü “Bir-birinin ardınca göndərilənlər” surəsi (77:13) “Haqla batilin ayırd ediləcəyi gün”.

“Onun izahını Allahdan və elmdə kamil olanlardan başqa heç kəs bilməz” - Ali-İmran surəsi (3:7).

 

Hz. İmam Cəfər Sadiq bu barədə yazır: “Elmdə kamil olanlar dedikdə, Hz. Mehdi Sahib -əz-Zaman və Onun əshabələri nəzərdə tutulur”.

 

Olduqca maraqlı Qurani-Kərimin surələrindən, bir daha təkrar da olsa:

İsra surəsi (17, ayə 104): İsrail oğullarına dedik: “Siz (Şam) ərazisində sakin olun. Axirət vədəsi (Qiyamət) gəlib, çatdıqda sizi bir-birinə qarışmış halda məhşərə gətirəcəyik.”

 

Bildiyimiz kimi, məhz 1844-cü ildə Osmanlı Sultanın fərmanı ilə ilk dəfə onlara birlikdə toplanmağa icazə verilib. Əvvəlki qadağa ləğv olunub və Fələstində toplanıblar.

 

Bir daha teoremə müraciət edib,amma fikirləşək:

  • “İstənilən formal aksiomlar (hökmlər) sistemi həlli mümkün olmayan fərziyyələri özündə ehtiva edir”

  • “İstənilən aksiomlar (hökmlər) sisteminin məntiqi tamamlığı  (və ya natamamlığı) bu sistem çərçivəsində sübut edilə bilməz. Bunun sübut və ya təkzib edilməsi ücün əlavə aksiomlar (hökmlər – sistemin gücləndirilməsi, qüvvətləndirilməsi) tələb edilir” !!!

 

Bütün bunları Qurani-Kərim də  təsdiq edir:

“Haqla batilin ayırd ediləcəyi gün”.  “Onun izahını Allahadan və elmdə kamil olanlardan başqa heç kəs bilməz” - Ali-İmran surəsi (3:7).

Gödeldən, – valideynlərimizin müasirindən, - öz müasirimizə, bizə daha yaxın olan, öz həmyerlimiz, azərbayzanlımız, riyaziyyatda dönüş yaratmış Lütfi Zadəyə müraciət edək.

Lütfi Zadə

(ing. Lotfi Zadeh; əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə) — azərbaycanlı alim, bir necə nəzəriyyənin, o cümlədən, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisidir. 

(https://az.wikipedia.org/wiki/Qeyri-s%C9%99lis_m%C9%99ntiq)

Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar iki yoldan birini seçməli idilər: ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlir. Bir çoxları, bu addımın gələcəkdə Lütfi Zadə fenomeninin formalaşmasında böyük rolu olduğunu qeyd edirlər. Çünki, o illərdə SSRİ-də kibernetika və genetika kimi elmlərə qarşı mənfi münasibət var idi və çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli gedə bilərdi.

Böyük alimin Amerika həyatı isə 1944-cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Bir müddət Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb.  Kaliforniya Berkli Universitetinin professorudur. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir.

Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır. 

Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəxri baş redaktorudur. Lütfi Zadə Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.

Qeyri-səlis məntiq nəzəriyyəsi

Nəzəriyyəni ilk olaraq iqtisadiyyatlarına yaponlar tətbiq etdilər. Hazırda Yaponiyada istehsal olunan texniki avadanlıqların böyuk əksəriyyətinin üzərində qeyri-səlis  məntiq nəzəriyyəsinə əsaslanaraq hazırlandığı bildirilir. Yaponlardan sonra amerikanlar həmin nəzəriyyəni öz ölkələrində tətbiq etdilər. Amerikanın hava hücumundan qorunmasının yenidən qurulması məsələsi gündəmə gələndə bu nəzəriyyəni tətbiq etməyi təklif ediblər. Trilyon dollarla vəsait sərfi ilə görülməli işi bu nəzəriyyə həll elədi. Nəzəriyyə Çinə ildə yüz milyardlarla dollar gəlir gətirir. 

[https://az.wikipedia.org/wiki/Qeyri-s%C9%99lis_m%C9%99ntiq]

Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəlmişlər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırmışdır. Bu gün Yaponiyanın  nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – "Honda" mükafatı ilə təltif olunub. Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın bir çox ən qabaqcıl şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) Lütfi Zadənin nəzəriyyələri əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.

Lütfizadə tərəfindən irəli sürülmüş Qeyri-səlis məntiq anlayışı klassik məntiq və çoxluq anlayışlarını ümumiləşdirir. Adi məntiqi məsələlərdə qiymət 1 və 0 olmalıdırsa, qeyri-səlis məntiqə aid məsələlərdə qiymətlər [0;1] intervalında olur. Rəmzi qeyri-səlis məntiqlə implikasiya, inkar və digər proporsional dəyişənlər üzərində həyata keçirilən əsas əməliyyatları müəyyən etmək imkanı yaranır.  

Məntiq idrak elmidir. Yunan filosofu Aristotelin belə bir fəlsəfi deyimi var: "Bir adamın dediyi ya doğrudur, ya yalan". Göründüyü kimi, Aristotel yalan və doğru kimi kateqoriyalar arasinda qalan aralıq dərəcələri qəbul etməyib. Amma ilk dəfə dünyada Lütfi Zadə Allahdan başqa hər şeyin dərəcəsinin olduğunu sübut etdi. Yəni dünyada qəti olaraq tam ağ və qəti olaraq tam qara deyilən şey yoxdur. Bu iki məhfum arasında minlərlə çalar dəyişikliyi - aralıq nyuanslar var. Aristotelin kəskinliyini Lütfi Zadə yumşaltdı. Başqa sözlə desək, həqiqətdə mövcud olan aralıq kateqoriyaları aşkarladı. Nəzəriyyənin mahiyyəti tolerantlığındadır. Bu nəzəriyyə arada qalaraq aşkardakı səhnədə görünməyən çalarların hüquqlarını tanıtdı və bərpa etdi. Həqiqətin aşkarlanması, konfliktlərin həll olunması, hesablamaların dəqiqliyi aralıq fazalara əhəmiyyət verilmədən aparıla bilməz. Aparılmış olarsa onlarda kifayət qədər qüsurlar mövcud olacaqdır. 

Qeyri-səlis məntiq nəzəriyyəsinin geniş mənada əsas anlayışı xarakterik funksiya köməkliyi ilə təyin edilən qeyri-səlis çoxluq anlayışıdır. Daha sonra çoxluqların birləşdiriliməsi, kəsişməsi və əlavə edilməsi, qeyri-səlis məntiq anlayışı daxil edilir.

Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar: "Aristotel məntiqi" ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, "Zadə məntiqi" isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Çünki, "Aristotel məntiqi" ikili (binar) məntiqdir, "Zadə məntiqi" çoxmənalı (kəsilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Lütfi Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər alır. "Zadə məntiqi"ndə real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur. Düz 20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanmışdır. Beləliklə, bu nəzəriyyə riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açmışdır. Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etmişdir. Getdikcə həmin nəzəriyyənin əməli gücü onun mücərrəd mahiyyətini üstələmişdir.

İnsanın beyni elə bir güclü qurğudur ki, insan bu qurğunun nələrə qadir olduğunu bilsə o bildikləri ilə  dünyamızı tamamilə dəyişə bilər. Əlbətdə ki, Uca Yaradan biz insanları yaradılışların ən mükəmməli olduğunu müqəddəs kitablarda dəfələrlə vurğulayıb. Bizlərin çoxu Allahın bizə bəxş etdiyi bu gözəl və mocüzəvi qurğudan nəinki istifadə etmək, hətda onun yaşamaq üçün ürəkdən belə vacib olduğunu bəzən dərk etmirik.

(http://www.celt.az/s%C9%99lis-insan/)

Ümumilikdə sadə dildə Qeyri-səlis məntiq nəzəriyyəsini necə anlamalı və sairə suallara cavab verməyə çalışaq. Lütfi Zadə Azərbaycanlıdır və biz onunla fəxr etməməliyik. Dünyada  ağıllı millətlərdən biri olduğumuzu indi onun bizə tövsiyə etdiyi yolla gedərək gəlib, Həqiqətə çıxdıqdan sonra bir daha doğrulda bilərik. Yeri gəlmişkən, Bəhai dini Azərbaycanda bu dinin doğuşundan bəri mövcud olmuşdur və bəhailər bu ölkənin inkişaf etdirilməsində digər həmvətənləri ilə çiyin-çiyinə çalışmışlar. Bu yeni dünya tarixində yazılan bir faktdır ki, 1840-cı illərdə yeni Vəhyi ilk tanıyanlar məhz Naxçıvanda on minlərlə azərbaycanlılar olmuşlar. Bu tarixi fakt dünya tarixçiləri tərəfindən etiraf olunmuşdur və bu dövr üçün Allahın yeni Elçisini qəbul etmiş ilk millət kimi bizim xalqımızın tarixində əbədi qalacaqdır. 

İndi “təəssübkeşlik” və yalnız kənardan müşahidə etməklə hansı yenilik və nailiyyətlərdən danışmaq olar!? 

Gözlərinizi Onun nurunu görməkdən məhrum etməyin ki, Əssiratu-l-müstəqimdə şərəflə addımlayanlardan olasınız. Həqiqətin müstəqil araşdırılmasına böyük ehtiyac vardır; Qoşa Zühurun araşdırılması həqiqətə gedən yolda əvvəllər toxunduğumuz məqamlardan əlavə səbr və zəhmət tələb edir. İndi seçim vaxtıdır. Ən böyük elm Allah elmidir. Sizə həyatınızın ən böyük və ən məsuliyyətli elmi araşdırmasında müvəffəqiyyətlər arzulayıram. 

Fəlsəfi əsərlərin ərəb dilinə tərcümə edilməsi Abbasilər zamanında başlamışdır (http://www.azerislam.com/?lngs=aze&cats=1&ids=2142). Müsəlmanları məntiq əsərlərini tərcümə etməyə sövq edən səbəb isə fəth etdikləri ölkələrdə müsəlman olmayan millətlərə qarşı öz etiqadlarını müdafiə etmə təşəbbüsləri olmuşdur. Belə ki, müsəlmanların fəth etdikləri ərazilərdə yaşayan xristiyan, yəhudi və sair kimi qeyri müsəlman millətlər öz dini etiqadlarını yunanlardan öyrəndikləri məntiq metodu ilə müdafiə edirdilər. Bunlarla qarşılaşan müsəlmanlar öz etiqadlarını müdafiə etmək üçün sistematik qaydalar qoymaq ehtiyacını hiss etdilər və bu da onları yunan məntiqini öyrənməyə sövq etmişdir. İslam aləmi fəlsəfə və məntiq kimi əqli elmlərlə tərcümə fəaliyyətləri nəticəsində tanış olmuşdur. İslam mədəniyyətində məntiq sahəsindəki araşdırmalar xəlifə Mənsur tərəfindən Aristotelin “Orqanon” adlı əsərinin ərəbcəyə tərcümə edilməsi ilə başlamışdır.   

                                                                  Aristotel
 
 

Yenidən Məntiqə Qayıtmaq Zamanıdır

Belə qəbul edilib ki, dolayısı və ya birbaşa olaraq Yunan intizamına məruz qalmayan zəka, düzgün təlim görmüş hesab edilə bilməz. Aristotelin məntiq “Orqanon”unu orta əsr təfəkkürü  üçün bir şablon, sxolastik fəlsəfənin tələbkar anası oldu. Sxolastik fəlsəfə faydasız doqmalar ətrafında cərəyan etsə də, gənc Avropanın intellektini mühakimə aparma sənətinə və zərif təfəkkürə öyrətdi.  Müasir elmin terminologiyasını, habelə, zəkanın yetkinliyi üçün baza yaratdı. 

Məntiq, sadəcə olaraq, düzgün təfəkkür metodudur. O hər bir elmin, fənnin, sənətin metodudur; Əgər qeyri-səlis məntiq nəzəriyyəsi süni intelellekt sahəsində yüz milliardlarla gəlir gətirmişdirsə, onda ümidvar olmaq olar ki,  təbii intelellekt sahəsində daha çox fayda, yeni məntiq və baxış, şüur və düşüncə, anlam və dərrakə, mühakimə və təfəkkür, və ən nəhayət fərasət və səmərə gətirəcəkdir. 

“Həqiqətən, bu Gün elə bir gündür ki, bəşər Vəd Olunmuşun Camalını görə və Səsini eşidə bilər.”  
Əz-Zumər (39:69): “Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab ortaya qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcək, onlar (bəndələr) arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir!” 

Əl-Araf (7:35): “Ey Adəm oğulları! Sizə içərinizdən Peyğəmbərlər gəlib, ayələrimi söyləyən zaman Allahdan qorxaraq pis işlərdən çəkinib, özlərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!”

Beləliklə, indi istənilən (!) yeniliyə “hə” və ya “yox”, “doğru” və ya “yalan”demək zəmanəsi deyil və bu cür mühakimələr dövrü artıq geridə qalmışdır. Əgər süni intellekt indi bizə bunu tövsiyə edirsə, onda təbii intellekt, ondan o qədər də çox dala qalmayıbsa, bizə nə deməli və bizi haraya yönəltməlidir? 

Allah təkcə bizim necə dua etdiyimizə yox, həm də əməllərimizə nəzər salır. 

bottom of page