top of page
Semiotika
İşarələr və İşarə

 

Semiotika – işarələr və işarə sistemləri haqqında elmdir ki, onun vasitəsilə istənilən şey işarə sistemi kimi istifadə edilə və onun mənasının şifri açıla bilər. Əbcət -digər daha mükəmməl sistemdir. Bizə məlum istənilən sistemdən istifadə etmək olar. Yüz, min il əvvəl yararlı olan bu gün də istifadə oluna bilər.  Biz bu günlərdə artıq bunun kompyuterlə necə edilməsinin şahidi oluruq ki, bu da, yuxarıda adı çəkilən kitab kimi, möcüzə kimi təqdim edilir. 

Semiotika Əbcət


Əgər dini (mənəvi) dilin bizim dilə açılışının şifrini bilsək, o zaman  Allahın nazil etdiyi Kitabların müdriklik, hikmət və bilik okeanı olmaları aşkar olar.  

Banisi Nəimi Fəzlullah olan hürufilik nəzəriyyəsi, hərf mistikası (əsasında mühakimələr meydana çıxarır) yeni pifaqorçuluqda, İsmailikdə və s. vardır. Azərbaycanın dahi şairləri Nəsimi (hürufi idi) və Füzulinin əsərlərində hürufilik motivləri vardır. Amma ilk dəfə bu məsələlərə, “Qüvvə olan yerdə rəqəm də ağalığa sahib olur, zira onun daha çox qüvvəti vardır” deyən Zərdüşt peyğəmbər, hələ 3000 il əvvəl, böyük diqqət və qiymət vermişdir.(Фридрих Нише, Tak говорил Заратустра, 2010, 177)
      
Alimlər və onların işlərinin üç qismə  bölünməsi kimi bir fikir mövcuddur: bəzi alimlər qarışqa kimi hər şeyi yalnız yığır, toplayır və təqdim edirlər. Digərləri hörümçək kimi hər şeyi özlərindən buraxır, icad edib yaradırlar. Üçüncü və ən mükəmməl növ bal arısı kimidir ki, o da müxtəlif çiçəklərdən, başqalarının görə bilmədiyi nektarı, böyük zəhmətlər hesabına hamılıqla və fədakarcasına tapıb, yığıb, onu daxilində emal etdikdən sonra bal kimi insan həyatı ücün əvəzolunmaz bir məhsula çevirib, təmənnasız bizə ərməğan edirlər.  *(Ömrüm boyu çalışmışam və çox istərdim ki, bu yazılardan ətrafımdakılara faydalı olan bir cövhər təqdim edə bilim. Ümidvaram ki, bu yazılar bir daha nəzərdən keçirilib, gələcəkdə daha dəqiq və geniş tədqiqat mövzusu və vasitəsi ola bilər. Mənim qızım  ixtisasca riyaziyyatçıdır. Əlbəttə ki, o, riyaziyyatı məndən yaxşı bilir. Mən dağ mühəndisiyəm və ixtisasım  neft və qaz quyularının qazılmasıdır. Amma mən dünyada ilk dəfə olaraq, fəza əyrisinin 3 parametrdən asılı tənliyini almış (əlbəttə ki, elmi rəhbərimin köməyi ilə) və əsasən bundan ötrü, alimlik dərəcəsinə layiq görülmüşəm. Deməli, əgər tələb olunarsa, elmdə qeyri- professional professionaldan da irəli gedə bilər, yüksək nailiyyət qazana bilər, çünki hər bir kəs əgər bütün fikrini yalnız vahid bir istiqamətə yönəldərsə, böyük nəticələrə nail olar. Eynilə də, hərçənd mən ilahiyyatçı deyiləm, lakin din məsələsi hər kəsə aidiyyatı olduğu üçün, həqiqətin araşdırılması ilə ciddi məşğul olan kəs danılmaz nəticələrə gəlib çıxa bilər.)
 
“Hər nə varsa, Allahdandır və hər şey də Ona qayıdır. O, hər şeyin mənbəyidir və Onda hər şey tamamlanır”. (“Жемчужины Истины”, Санкт-Петербург, 2001, Изда­тель­ство “Единение”, стр. 84)
 
“Bu Din, doğrudan da, Allahın nəzərində Həzrət Məhəmmədin Dininin cövhəridir; odur ki, səmavi Cənnətə və Tək Haqq Allahın hüzurunda Onun uca razılıq Bağına yetişməyə tələsin! Kaş ki, Allahın əlamətlərinin sübutları qarşısında siz səbrli və minnətdar olardınız”. (Bab, Yazılarından seçmələr, Moskva, 2006, s.43)
 
İsaak Nyutonun bu məsələ ilə əlaqədar fikirləri də olduqca maraqlıdır. İndi məlum olmuşdur ki, ölümündən iki yüz il sonra onun özünün əlyazma kitabı tapılmışdır və onun həyatının əsas məqsədi Allahı axtarmaq və Onu tapmaq olmuşdur. Etdiyi kəşflərin, planetlərin hərəkətlərinin qanunauyğunluqlarını vermiş, bütün bunların təməlinini – Yaradanın Allah olduğunu da göstərmişdir. Apokalipsis və onun baş vermə vaxtını tədqiq etmiş, Bibliyaya istinadən bunun elmi və dini əsaslarını araşdırmışdır. Çox maraqlıdır ki, Bibliyada rast gəlinən “zaman, zamanlar və yarım zamandan sonra” Zamanın sonuna aid kodla verilmiş məlumatları da açmağa müvəffəq olmuş və böyük dəyişikliklərin vaxtınını 1260-ci ilə (1844) təsadüf edəcəyini göstərmişdir.  (1260 + 800= 2060) isə başqa bir mövzudur.) Nyuton Bibliyaya ( Daniyelin Kitabına və Yühənnaya əsaslanaraq, yəhudilərin yenidən İsrailə - geriyə qayıdacağı günü də hesablamışdır. Həm Bibliyada, həm də Quran`i-Kərimdə toxunulan bu məsələnin bilavasitə həyata keçməsi Nyutonun kodları aça bilməsinin düzgünlüyünə cavab verməli idi. Doğrudan da, indi bu məlumatların düzgün şərh olunması təsdiqlənmişdir. Oleq Şişkin (22.06.2012 - TB3).
 
İslam yazılarında da 1260-cı ilin (1844) böyük hadisələr üçün vaxt olaraq göstərilməsi hər iki müqəddəs Kitabın bilavasitə Bəhai dininə işarə etdiyini görmək olur. Mühiddin-əl-Ərəbi öncədən xəbər verilmiş gözlənilən Zühurla əlaqədar : “Ğars ilində (Ğ +R+ S əbcətlə =1260) yer Onun işığı ilə nurlanacaqdır” demişdir.
 
Əzizə Cəfərzadə “İşığa doğru”: İmam Cəfər Sadiq: Əleyhüssəlamın Zühur duası: “Allahümməssəlükə, be bəhaikə, min bəhaikə...”(yəni Ey mənim Allahım Səndən diləyirəm, Sənin Bəhandan və Sənin Cəlalından”)
 
Bəhai təqviminin 19 aylarının adları da burada eynilə  təkrar olunur.
      
Bu kimi məsələlər olduqca incə və diqqət tələb edən, bəzilərindən hövsələ tələb edən və ümumiyyətlə, başqa bir kitabın mövzusudur....
 
Ümumiyyətlə, insan təbiətinə görə ən asan yolu seçməyə üstünlük verir. Bu səbəbdən bəzən Bibliyada mənasını anlamadığımız bir ayəyə rast gələndə “axı orada çoxlu dəyişikliklərə yol verilib və ya “əsl Bibliyanın” yoxluğunu”, deyib onun təhrif olunduğunu söyləyirlər. Xristianlar isə, ümumiyyətlə, Qurani-Kərimə heç də Allah tərəfindən nazil olunmuş kitab münasibəti bəsləmirlər. Bu səbəbdən də uzun müddət İlahi kitablar bir müddət tərcümə olunmurdular. Tərcümə olunanlar da, adətən, heç vaxt hamını qane etmirdi. Bəzən tərcüməni günah da sayanlar az deyildi. Bu səbəbdən ilk dəfə hələ təqribən 100 il əvvəl Azərbaycan dilinə tərcümə olunmuş Quran`i-Kərim (və bizim evdə ən mötəbər yerdə saxlanılan 4 cildlik təfsir) olduqca böyük bir iş görmüşdür. Sonralar təqribən 60 il sonra, ilk dəfə Sovet dövründə, bu  tərcüməyə müraciət edilmişdi (məncə qeyri-rəsmi olduğundan tamamlanmayıb Mir Əbdül Qəni & Əli Fəhmi, Namik Tarlan ilə birgə) və daha sonra yenidən 100 il əvvəl Azərbaycan dilinə tərcümə olunmuş Qurani-Kərim yenidən nəzərdən keçirilib, akademiklər tərəfindən böyük əmək sərf edilib və bu günlərdə bizə təqdim edilmişdir. Quran`i-Kərimin bu rəsmi tərcüməsi bir çoxlarının masaüstü kitabına çevrilmişdir. Amma bir neçə ildən sonra başqa bir alim-tədqiqatçı, yeni baxışla yeni bir tərcümədə Quran`i-Kərimi bizə təqdim etmişdir. Yəni ümumiyyətlə 4 tərcümə və 10 il ərzində isə Azərbaycanda Azərbaycan dilində 3-cü tərcümə. Məlum məsələdir ki, hər kəs bu İşin böyük məsuliyyətini başa düşərək, öz süzgəcindən keçirərək, belə bir müqəddəs kitabın məzmununu, özü başa düşdüyü kimi, bizə çatdırmaq arzusundadır. Əgər mütərcim bəsirət və gözüaçıqlıqdan məhrum olarsa, tərcümə onun anlayış və əndazəsinə uyğun sözlərlə ifadə edilir. 
 
Yəqin ki, bu səbəbdən uzun müddət Quran`i-Kərimi tərcümə etmək hətta günah sayılırdı. Bəlkə də ona görə ki, hər mütərcim öz fikrini son bir həqiqət kimi insanlara təqdim edir və həmin adamın hörmət və məqamından asılı olaraq rəsmi qəbul edilə bilir. Qurani-Kərimin bəzi ayələri hətta Hz.Məhəmmədə də gizli olub və onun açılma şərtləri də elə Quran`i-Kərimdə də verilir. Bir neçə müqəddəs kitablarda deyildiyi kimi, Allah Həqiqəti birdən açmır - O, Həqiqəti yavaş-yavaş hər peyğəmbər vasitəsilə, mütəmadi surətdə bizə çatdırır. Hər növbəti peyğəmbər və ya Allah Elçisi də hər dəfə yeni zaman və məkan şəraitinə uyğun olaraq bizə daima yeni, təzələndirilmiş Həqiqəti bir qədər də geniş çatdırırlar. Odur ki, hər yeni gələn ümmət əvvəlki Zühuru qəbul edir və başa düşür, amma əvvəlki özündən sonrakını qəbul etməkdə çətinlik çəkir.
 
Bəqərə surəsi (Quran`i-Kərim 2:136) “Biz Onun Elçiləri arasında heç bir fərq qoymuruq”
 
Biz Quran`i-Kərimin rəsmi tərcümə sayılan versiyasında, mütərcimin mündəricatda qeyd etdiyi kimi, mötərizə içərisində verdiyi öz şəxsı fikrinə, - daha peyğəmbər olmayacaq, axırıncıdır və yaxud İslam ən kamilidir və s., - ehtiyatla yanaşmalıyıq.

Yeni Zühurun qəbul edilməsində çətinliyin səbəblərindən biri də eyni kəlmənin müxtəlif mənalar və təsəvvürlər yaratmasıdır. Biz hər hansı təzəliklə və ya məlum mövhumun yeni miqyası ilə rastlaşanda hər şeyi öz təcrübəmizə əsasən qiymətləndiririk. Təcrübəmiz isə, məhdud olduğundan səhv etmə ehtimalı yüksək ola bilər.
 
Yenə də ərəb ölkələrindən olan iki misal bu məsələyə yeni bir yanaşmanı qəbul etməkdə kömək edə bilər. 50-60 il əvvəl İran bəhailəri təbliğ məqsədi ilə öz rahat evlərini qoyub, geridə qalmış ərəb ölkələrinə mühacirət etmişlər. Bu ölkələrdə banan gündəlik adi bir meyvə, bizim üçün adi tərəvəz olan xiyar isə orada o zaman tamamilə təzə ekzotik, qeyri-adi bitki idi. İlk dəfə məhsul yığımında olan ərəb yaşıl xiyarın dərildiyini görərkən İran bəhailərindən birinə “nə edirsən? qoy qalib yetişsin və saralanda dərərsən” demişdi. Yəni naməlum halda bananla paralel gətirən ərəbin anlayışına görə yaşıl xiyar da (banan kimi) saralandan sonra daha dadlı və yetişmiş olmalıdır. Deməli, nəinki xiyarı yaşıl ikən dərməli və saralmağa qoymamalıyıq, eyni zamanda da, bananı yaşıl ikən, saralmamış dərmək də məqsədəuyğun deyildir.
 
Beləliklə, xiyarın torpaq üzərində, bananın isə  ondan qat-qat yüksəkdə - ağacda bitməsinə baxmayaraq, bizim düşüncə tərzimiz ilk baxışda, zahirən onlar bir-birinə bənzədiklərindən, bizi aldada bilər. Yeniliyi və ya məsələnin mahiyyətini o bitkini öz vətənindən gətirərək becərib–yetişdirəndən soruşmaq daha məqsədəuyğun deyilmi? Ayağımızın asanlıqla toxuna bildiyi ilə başımızın çata bilməyəcəyi yüksəklikdə olan mövhumdan söhbət açırıqsa, bunun fərqinə varmalı deyilikmi?
 
Bütün mülahizələr təcrübəyə, müqayisəyə əsaslanır. Yəni sarı rəng kamillik rəmzi olmaqla yanaşı, qeyri-kamillik nişanəsi də ola bilər. Deməli xarici görünüş insanı aldada bilər, odur ki, mahiyyət araşdırılmalıdır.
 
Daha bir misal. İşdən qayıdarkən mənimlə görüşmək ücün ən müvafiq yerin meşənin yanı olduğunu deyərkən, mənim həmkarım məni neçə dəfə başa salsa da, mən təəccüblənmişdim. Axı necə ola bilərdi ki, hər gün getdiyimiz yolun kənarındakı meşəni mən görməmişdim? Sən demə, mənim kolluq saydığım bir məkan, harada ki, ən böyük kolun hündürlüyü elə mən boyda olardı, onun üçün meşə imiş. İndi əgər biz ikimiz başqa birisinə meşənin nə olduğunu ayrı-ayrılıqda başa salmaq istəsək, həmin adamın halını təsəvvür etmək heç də çətin olmaz...
 
Yəni bizim biliklərimiz nəinki nisbidir, hətta bəzən də təsəvvürə gələ bilməyən halda inkar olunmağa məhkumdur.  3 ölçülü fəzanı hamımız təsəvvür edə bilirik, amma 4 və daha yüksək ölçülü fəzani təsəvvür edib, mürəkkəb məsələləri həll etmək yalnız yüksək səviyyəli mütəxəssisə müəssər ola bilər. İndi Quran`i-Kərim kimi yüksək səviyyəli, mənəvi dildə və alleqoriya ilə yazılmış kitabı yalnız 3 fəza təsəvvürü olan kəs necə mənimsəyə bilər? Ən yaxşı halda yalnız gözlə görünəni qavraya bilər, amma yəqin ki, bəsirət də lazımdır.
 
İndi isə  9 və 19 rəqəmləri ilə bağlı Müqədəs Yazılardakı bəzi məqamları və bununla əlaqədar bəzi mülahizələri bölüşmək istərdim.
 
9 rəqəmi və uyğun olaraq, 9 güşəli ulduz da Bəhai Dininin simvollarıdır.
Bu simvolik məna 2 səbəblə izah edilir:
 
Əvvəla, 9 rəqəmi ən yüksək sadə rəqəmdir. Numerologiya, - nömrələr elmi ilə, - məşğul olanlar ücün vəhdət, tamamlama və mükəmməllik, kamillik simvoludur.
 
İkincisi, 9 rəqəmi əbcət hesabı ilə, ərəb dilində işlədilən, “Bəha” sözünün əbcətlə rəqəmli izharıdır.
 
İslamda 9-cu Ramazan ayı –12 ayın sultanı sayılır.
Axı, 9 həm də Kitabı olan 9-cu Bəhai Dininin simvoludur:
 
1. Sabeizm və ya paganizm - günəşə inam gətirənlər. Keçmişdə (5000 il əvvəl) Ərəb yarımadasının cənubunda, hal hazırda isə Türkiyənin cənub şərqində Mardin məbədləri indi də mövcuddur və Yunanıstanda onların rituallarını müşahidə etmək olar.
 
Paganizme mensup kişi için kullanılabilecek pagan veya İslam terminolojisindeki müşrik yani "Tanrı'dan başkasına tapan" terimine denktir. İslam terminolojisinde müşrik kullanılırken, özellikle Hıristiyanlık'ta pagan terimi kullanılır. http://tr.wikipedia.org/wiki/­Paganl%C4%B1k#G.C3.BCn.C3.BCm.C3.BCze_etkileri
 
2. Krişnaizm (təqribən eramızdan 2500 il əvvəl)
3. İudaizm (eramızdan 1310 il əvvəl)
4. Zərdüştilik (təqribən eramızdan 1000 il əvvəl)
5. Buddizm (eramızda 560 il əvvəl)
6. Xristianlıq (bizim eramızın əvvəli 1-ci il)
7. İslam (bizim eramız 622-ci il)
8. Babilik 1844-cü il  və
9. Bəhai Dini 1863-cü il.
 
Yeri gəlmişkən, Hz.Məhəmmədin əbcətlə və onun vacibliyi ilə əlaqədar çox maraqlı bir kəlamı yada düşür: ”Əbcət hesabını öyrənin- onda böyük kəramət var”. Hələ İudaizmdən başlanan əbcət hesabı Zərdüştilikdə inkişaf etmiş, sonralar İslamda ən böyük inkişafını tapmışdır. Hz.Məhəmmədin sözləri isə buna bariz nümunədir. Quran`i-Kərimin gizli mənaları onda olan açıq və bağlı kodlarla verilib. Aslan Həbibov (İslam alimi, cavan tədqiqatçı) “əbcət gələcək üçün sirlərlə dolu mənaları açmaq üçün böyük vasitədir” deməsi nəyə işarədir? Axı “gələcək” artıq gəlmişdir !!!....



 
Əbcət hesabı və ya http://www.zohoor.ir/images/Abjad1.jpg
 
Hərflərin rəqəm mənaları bir çox şairlər - Rumi, Nizami, Füzuli və s. tərəfindən əsərin yazılma tarixi, ləqəb seçimində və s.-də poetik vasitələrdən geniş istifadə edilmişdir. Məsələn, İslamda 1 - Vahid və eyni zamanda : ا - Əlif hərfi Allaha işarədir. Yeri gəlmişkən Numeroloqiyada – 5 (əbcətlə: Bab) yaradıcı insanı göstərir.

Bəhai Dinində olduğu kimi, İslamda da ən əziz sayılan 5 rəqəmi Hz.Məhəmmədin və Onun ailə üzvlərinə işarədir. Rəqəmlər kimi hərflər də İslamda böyük məna kəsb edir.
 
Hürufiliyin banisi olan Nəimi Fəzlullah “Cavidannamə” əsərində hərfləri “Quran-i-natiq”, yəni danışan Quran adlandırır.
 
Fatihə surəsi Quran`i-Kərimdə yeganə surədir ki, iki dəfə təkrarən nazil olub. Odur ki, söylənildiyinə görə, İslamda, Fatihə surəsi Quran`i-Kərimin cövhəri sayılır. Fatihə surəsinin cövhəri isə Bismillah Rəhmani Rəhimdir (19 hərfdən  ibarətdir). Öz növbəsində İslamda Bissimillah Rəhmani Rəhimin cövhəri isə “B” hərfi sayılır. Əbubəkr bu məsələyə daha geniş yanaşmış və bu haqda belə demişdir: “Hər surənin sirri onun başlanğıc hərflərindədir”. İndi isə dərindən düşünsək ki, Bəhai Dininin təməlini qoymuş hər iki peyğəmbərin adı “B” hərfi ilə başlayır, bu əvvəlcədən kodlaşmış informasiyalardan biri sayılmamalıdırmı?
 
19 rəqəmi də Bəhai Dinində simvolik rəqəmdir. Qurani-Kərim (74:31): “Onun üstündə on doqquz (nəfər gözətçi mələk) vardır. Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını (on doqquz) etdik ki, (bu,) kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın...” Bildiyimiz kimi 19 rəqəmi Qurani-Kərimdə möcüzəli bir rəqəmdir, orada bir çox əsas sözlərin sayı 19-un müxtəlif misli qədərdir və bu Bəhai Dinində də simvolik bir rəqəmdir. Bütün bunlar təsadüfmüdür, yoxsa simvolik bir rəqəmdir?  Vahid sözü  əbcətlə 19-a bərabərdir (yəni, Allaha işarədir).
 
Bəhai dinində multikulturalizm kimi, son illər böyük vüsət almış, həyati vacib ideyaların əsasını görməmək mümkün deyildir. Eyni zamanda, nəzərə alsaq ki, “Din vahid, sonu olmayan bir prosesdir” onda Bəhai dininə İslamın davamı, inkişafı kimi baxılması [axı, “Hər dövrün bir kitabı var... (Bunlar zamanın, dövrün tələ­binə və ehtiyacına görədir)” Qurani Kərim: “Ər-Rəd”(13:38)] daha düzgün və məqsədəuyğundur. Bəhai dininin zəmanəmizin digər ehtiyaclarına (dinlər arası dialoqun möhkəmləndirilməsinə, tolerantlığın bərqərar olmasına və ondan daha güclü vasitə olan sevgiyə çevrilməsinə) yönəlməsinin mümkünlüyü bu Təlimə olan diqqətin artırılmasını zəruri edir.

Yalnız informasiya toplamaq yolu kafi deyildir. Keçmiş və indiki zamanda əsasən hafizəkarliq təbliğ və təşviq edilir. Dini yazıların yalnız əzbərlənməsi – hafizlik heç də hər adamı hafiz səviyyəsinə gətirib çıxarmaz. Belə düşünmək sadəlövhlük olardı. Son illər zəmanə ilə  “ayaqlaşmaq” meylləri arasında (əyləncənin artması, incəsənət və ədəbiyyatın, xüsusilə musiqinin bayağılaşması) din sahəsində daha bir tendensiya müşahidə olunur. Bu da Quran`i-Kərimin gözəl səslə oxumaqda beynəlxalq müsabiqələrin təşkil edilməsidir. Həqiqət naminə deyilməlidir ki, belə oxunuşları dinlədikdə insan ruhu dincəlir, rahatlıq tapır. Bu nə qədər maraqlı və cəlbedici olsa da, oxunuşa və onun cilalandırılmasına yönələn səylərin heç olmasa, bir hissəsinin hər hansı bir ayənin araşdırılmasına və aydınlaşdırılmasına sərf edilməsi daha məqsədəuyğun olmazdımı? Yüksək təfəkkür mədəniyyətini inkişaf etdirib, ayri-ayri məqamları, ayələri əlaqələndirmək qabiliyyəti olmalıdır. Bu isə insandan müəyyən hazırlıq, bilik və qabiliyyət tələb edir. Müəyyən biliklər sistemli olmalıdır ki, beyin açıq, ruh azad, ürək təmizliyi şəraitində insan yeni ideyanı qavraya bilsin. Bu prinsip təkcə dini məsələlərə deyil, eynilə, mənəvi və digər elmi sahələrə də şamil olunur.
 
Həzrət Bəhaullah: “Həqiqətən, bil ki, bu rəmzlərin və sirli təşbehlərin daxilində qoyulmuş və Allahın Müqəddəs Əmrinin Məzhərlərindən gələn məqsəd və niyyət ondan ibarətdir ki, dünyanın insanlarını sınağa çəksin və yoxlasın, ondan ötrü ki, təmiz və aydın qəlblərin torpağını puç və bəhrəsiz torpaqdan ayırsın. Qədim zamanlardan bəri Allahın Öz yaratdıqları arasında yolu və üslubu belədir.”
 
“Ehtiyatlı olun ki, hansısa bir ad sizi bütün adların Malikindən uzaqlaşdırmasın və hansısa bir söz sizi Allahın bu Zikrindən, sizlərin arasında bu Hikmət Mənbəyindən ayırmasın.” (“Жемчужины Истины”, Издательство “Единение”,  Санкт-Петербург 2001, стр. 384).
      
Azərbaycan xalqı əsasən, müsəlmanlar, bütün peyğəmbərlərə böyük ehtiramla yanaşır - tolerantlığı ilə fərqlənir. Dünyada ən əziz saydıqları övladlarına ilk ən böyük hədiyyə kimi məhz Onların adlarını verirlər – İsa -İsus və Mariya - Məryəm (Xristian), İbrahim-Avraam, Musa - Moisey, Süleyman -Solomon, Əyyub - İov (Yəhudi), Bəhram (Zərdüşt) və s.
 
“Allahın Peyğəmbərləri insanların dərrakəsindən ölçüyəgəlməz dərəcədə yüksəkdir, onlara Peyğəmbərləri Onların Özlərindən kənar yolla dərk etməyə icazə verilməmişdir. Əgər seçilmişlər Onları Onların Özləri vasitəsilə tərif etməsələr, bu tərif  Onların şanına yaraşmır. Onlar insan dərrakəsindən ucadırlar.”
 
“O kəs ki, onu Əbədi Həqiqət olan Kəsdən insanların şəkk-şübhələrini ayıra bilmədi, və o kəs ki, dini və dünyəvi hakimlərin günahı üzündən baş verən iğtişaşlar Onun Müjdəsini tanımağa mane ola bilmədi – belə bir insan Allahın nəzərində Onun ən qüdrətli əlamətlərindən biri hesab ediləcək  və Uca Qələmin Onun Kitabında yazdığı adların arasında sayılacaq.”

 

bottom of page