Yenidən Dirçəlişi

 

Bəhai Dininin Azərbaycanda Yenidən Dirçəlişi

 

Otuzuncu illərin cəza tədbirləri SSRİ bəhailəri ilə yanaşı Azərbaycan bəhailərinə də aid idi. İki onillik keçdikdən sonra onlardan bəzilərinə bəraət haqqında sənədlər verilmişdi. “Xalq düşməni” ailələri, həmçinin, Bakıdan, Gəncədən, Salyandan, Balaxanıdan və Bərdədən olan başqa çoxsaylı ailələr kimi, qonşuların və əməkdaşların bu tənə, təhqir və damğasından azad edildilər. 1956-cı ildə, bəraətdən sonra tədricən qorxu keçdikdən sonra təzyiqlərə baxmayaraq, bəhailərin hamısı bir yerdə görüşməyə imkan tapmasalar da, müxtəlif mənzillərdə 10 nəfərə qədər yığışırdılar. Bakı Ruhani Məhfili fəaliyyət göstərməyə başladı. Seçkilər keçirməyə imkan yox idi. Ruhani Məhfilin üzvləri öz aralarında gizli səsvermə ilə əmələ gələn vakansiyalara üzvlər seçirdilər, müəyyən səbəblərə görə, onların sayı doqquza çatdırıla bilmirdi, ona görə də beş nəfərdən ibarət tərkib fəaliyyət göstərirdi. 

Yenidən 1982-ci ilin noyabrında qara buludlar göyün üzünü aldı və DTK tərəfindən bir günlük həbslər başlandı. Səriyyə Əsədova, İsmulla Qasimov və İzzəddin Əyyubovu iş yerindən birbaşa, xəbərdarlıqsız maşına oturdub aparmışdılar. Onları yeddi saat dindirib, Bəhai dini, Bakıda yaşayan, əsasən, gənclər (illər keçdikdən sonra onlar Bəhai dini icmasının müxtəlif təsisatlarına seçiləcəklər) haqqında on-səhifəlik izahat almışdılar. Onlar evə qayıdacaqlarını güman etmirdilər. Yenidən dostlarla görüşlər, həttə telefonda “Allah`u`əbha” sözünə qadağa qoyulmuşdu.  Sonralar SSRİ DTK sədri B. A. Kruçkov Mərkəzi Televiziya ilə çıxışlarının birində deyəcəkdi: Dövlət Təhlükəsizlik Komitəsi heç vaxt dini məsələlərə qarışmır.” Ruhani Məhfilin üzvü,  Bağbanzadə Ruhəngiz xanım bu həbslərdən sonra qorxu içərisində yaşayırdı ki, onun da aqibəti belə ola bilər. Bu stresslərin nəticəsində o, ağır xəstələnir və tezliklə xərçəng xəstəliyindən dünyasını dəyişir.

Azərbaycan Bəhailəri xarici aləm ilə əlaqədən məhrum olub, təcrid olunmuş halda yaşayırdılar. (Dini İdaərnin məlumatlarılnda, Moskva və SSRİ-nin BMT-na olan hesabatlarında bəhailər qeyd edilməmişdi). Bu zaman onların xaricdə yaşayan ruhani qardaşları fəal həyat tərzi keçirib daim əlaqə yaratmağa can atırdılar. 

Yenidənqurmadan sonra, SSRİ-nin ərazisindəki cəmiyyətlər arasında  və bəzi xarici ölkələrlə əlaqələr bərpa edildi. 1988-ci ildən Bəhailər Moskvada və Aşqabadda, həmçinin Bakıda fəallaşırlar. İlk icmalararası əlaqələr Moskvada və Aşqabadda, ilk qonaqlar – Naci Ə.M. Aşqabaddan, Namdar F. Finlandiyadan olmuşlar. İlk xarici səfərlər Finlandiyaya, Hindistana, İsveçrəyə və digər ölkələrə olmuşdur.  İlk mühacirlər isə, ABŞ, İran, İngiltərə, həmçinin, qısamüddətli qalma ilə İrlandiyadan, Türkiyədən, Yeni Zelandiyadan, Malayziyadan, Filippindən və İtaliyadan gəlmişdilər. 

Bakı bəhailəri. Uşaq əxlaq dərsinin iştirakçıları.   Aşaqa Bakı bəhailəri. Əyləşənlərdən (soldan 2-ci) Qafar əmi, tez-tez bizə gəldiyindən yaxşı xatirimdədir. Onun oğlu Azərbaycan Neft və Kimya İnstitutunun dosenti idi.

Dövrün ağırlığına baxmayaraq, bəhailər ümid və nikbinliklərini itirmirdilər, inanırdılar ki, biz azadlıq alacağıq və bizi unutmamışlar. Beləliklə, məsələn, 1963-cü ildə, birinci Beynəlxaql Bəhai Qurultayında, ilk dəfə Ümumdünya Ədalət Evi seçilmişdi və bir qədər sonra biz Bakıda bu hadisəyə həsr olunmuş slaydlara baxmışdıq. Altmışıncı illərdə, iyirmi illik ayrlıqdan sonra, Bəhiyyə xanım Məmmədova, İrana, qohumlarıgilə getmişdi və bu səfər bizi bəhai dünyası ilə birləşdirən yeganə əlaqə olmuşdu. Sonralar heç bir əlaqə olmayıb. Ancaq qohumların təsadüfi əlaqəsi, Finlandiyadan olan bəhai Müzəffər Namdar bir neçə dəfə Bakıya gəlmiş, lakin bizim təhlükəsizliyimizi düşünərək, heç kəslə görüşməmiş və zəng də vurmamışdı. Lakin bir dəfə sənaye sərgisində firmalardan birinin nümayəndəsi olan cənab Namdar təsadüfən, paltarında bəzək sancağı olan qadını (Sürəyya xanım) görür. Bəhailərin rəmzni, İsmi-Əzəmi tanıyıb, böyük ehtiyatla onun ardınca gedir. Onun evinin küçə qapısında Namdar onu  saxlayıb “Allah`u`Əbha” deyib ondan öz qohumlarıl olan Zərgərovları soruşur. Xoşbəxt təsadüfdən, Sürəyya xanım həmin Zərgərovların qızı idi. Sonra yenidən sükut, heç bir zəng, heç bir görüş olmayıb. Keçmiş SSRİ-dən olan mühacir-bəhailər, əsasən, Almaniyada yaşayırdılar və məhz onlar ilk dəfə olaraq Ümumdünya Ədalət Evi ilə keçmiş SSRİ bəhailəri arasında körpü yartatmışdılar. Yenidənqurmadan sonra İngiltərədən, İrlandiyadan, Almaniyadan ilk mühacirlər, həmçinin, Bəhayəddin Orucov Moskvada məskən salmışdı.

Aşqabaddan olan Naci Mirzə Ələkbər Müqəddəs Torpağı ziyarət etdikdən sonra Bakı icmasına baş çəkir və bir neçə gün  bizdə  qonaq olur. O, dinin tarixi, həbs və sürgündə keçirdiyi vaxt böyük dramaturqumuz Hüseyn Cavid haqqında bəzi məlumatlar haqqında söhbətlər edir. Biləndə ki, İzzəddin Əyyubovun xalası oğlu Bəhayəddin Orucov Ümumdünya Ədalət Evinin üzvü Əli Naxçvaninin qohumu Moskvada yaşayır, onunla  görüşür. Ağa Namdar ondan bizim telefon nömrəmizi alır və Bakıda olan zaman mehmanxanadan deyil, küçədən, avtomat telefondan bizə zəng vurur. Atam onunla öz evinin küçə qapısında görüşür. Onların bir-birini tanımaları üçün heç bir nişanə lazım deyildi. Nəhayət səmimi görüş, sevinc göz yaşları və xoşhallıq və təbəssüm... bizim evin divarında Islamda geniş tədqiq edilən və Bəhai dininin rəmzini – İsm`i-Əzəmi görəndə ağladı: Təzyiqlərə, qadağa və qorxuya  baxmayaraq, Bakı bəhailəri  Bəhai dininə olan məhəbbət və sədaqətlərini qoruyub saxlamışdılar. Cənab Namdarın gəlişi mənim və ailəmin həyatında böyük dəyişikliklər etdi. 

Ertəsi gün bizim mənzildə onun bəzi bəhailərlə görüşü oldu. Cənab Namdarın dəvəti ilə mən və həyat yoldaşım Moskvaya getdik və ilk dəfə, Almaniyadan, İngiltərədən, İrlandiyadan olan bəhailərlə görüşdük. O vaxta qədər mən elə düşünürdüm ki, bəhailər ancaq iranlı və azərbaycanlı ola bilərlər. Aşqabaddan gəlmiş bəhai Qulam və Olqanın evində 9 iyul 1989-cu il Həzrət Babın süudunun qeyd edilməsi dərin iz buraxdı. 

Bəhai Milli Gurltayı, o zaman hamı iştirak edirdi  - 1927

Sabirabad bəhailərindən Çəlləkçi Ələkbər (orta sırada sağdan birinci) təqribən 1965 –ci illərdə onun 120-dən çox yaşı olarkən bizim evdə qonaq qalmağı yadımdadır. Ortada ağ paltarda Ağa Seyyid Əsədullah, - İzzəddin Əyyubov Məşədi Hüseyn oğlunun qeydləri, onun əlyazmasından olduğu kimi verilir, - “o, Həzrət Əbdül-Bəha tərəfindən Əmini-Sandıq, yəni yığılan ianələri və Hüququllahın məsul şəxs idi” 

                                               Baki Bəhailəri                                                                                                      Balaxanı Bəhailəri

                                               Baki Bəhailəri                                                                                                      Balaxanı Bəhailəri

 

1989-cu il dekabrın axırlarında cənab Namdar məni və həyat yoldaşımı Finlandiyanın Hervante şəhərinə qış məktəbinə dəvət edir. Bu, bütün dünyadan məktəbə gəlmiş dostlar arasında unudulmaz on gün idi. Belə mehriban, səmimi münasibət  o vaxta qədər ancaq yaxın adamlarla idi. Bu səfərdən sonra mənim həyat yoldaşım dini qəbul edir. Finlandiyada bizi Milli Ruhani Məhfillə görüşə dəvət etdilər. Keçmiş SSRİ-dən Finlandiyaya gələnlər arasında birinci olduğumuzdan, bizi diqqət və qayğı ilkə əhatə etmişdilər. Bizim gəlişimiz haqqında Almaniya Milli Ruhani Məhfilinə, həmçinin teleqramla qış məktəbində işlərin başa çatması haqda Ümumdünya Ədalət Evinə məlumat verdilər. Bizim təhlükəsizliyimizi nəzərə alıb adlarımızı orada qeyd etməmişdilər. Hətta həmin müraciətin nüsxəsini bizə vermədilər.

Bakıya qayıtdıqdan sonra atamla məsləhətləşib qərara gəldik ki, Moskva və Aşqabad icmalarını örnək alaraq, rəsmi surətdə bizim də özümüzü bəyan etmək vaxtı çatmışdır. O, bu məsuliyyəti üzərinə götürərək (icmada əlaqəsizlik olduğundan) Nazirlər Soveti nəzdində Dini İdarəyə gedir. O vaxta qədər onun bu idarənin rəhbərliyi ilə yaxşı dostluq əlaqələri vardı, indi də o münasibətləri xatırlayırlar. İcmanın rəsmi qeydiyyatı uşun dəqiq siyahı və imza tələb edirlər. Siyahı tərtib edildi və 15-20 nəfərin imzası alındı. Siyahının tərtibi İzzəddin Əyyubova böyük zəhmət bahasına başa gəldi. Bu, 1990-cı ilin yanvarı idi. 

İmzaların rəsmi təqdimatı üçün hər şey hazır idi, lakin adların silinməsi üçün xahiş zəngləri edildi. Bəziləri elə güman edirdilər ki, hələ çox tezdir, başqaları isə iş yerlərini itirməkdən qorxurdular. Onda idarəyə gəlib və Bakıda rəsmi surətdə təsdiq edilmə üçün bəhailərin sayının kifayət qədər olduğunu yazılı surətdə təsdiq etməyimizi xahiş etdilər. Atam və İslam Əsədov dərhal getdilər. Bir dəfə mən atamı çaşqın gördüm; o, on nəfərin olmasının vacibliyi haqda mənə şikayət etdi. Bu yazının müəllifi üçüncü və sonuncu idi. ... Yadımdadır, həyat yoldaşım buna görə məni necə məzəmmət etdi və dedi: ”Sən uşaqlarının aqibətini düşünmürsənmi!?” Buna baxmayaraq proses getdi.. Bakı icması daha tez-tez yığışıb müqəddəs günləri qeyd etməyə başladı. 

Azərbaycanın başqa icmaları ilə əlaqə saxlamaq labüd idi. Lakin nə telefonları, nə də ev ünvanları vardı. İlk dəfə dəvət edilən, Salyandan şəhid  ailə - Mirzə Mikayıl Əhədovun oğlu və nəvəsi (Ziyaulla və Rafael) oldu. (Qızı Aliyyə xanım mənim anam Minəxanımla birlikldə işləyirdi).  Moskvadan gətirdiyimiz kitabları onlara verib xeyli dərdləşdik. 

Bakıda yaşayan Firuzə xanım vasitəsilə Bərdədə qardaşı Nüsrət Dünyamalıyevlə əlaqə yaratdıq.  Atamın onunla telefon söhbəti indi də yadımdadır. İndi də yadımdadır, onlar bir-birinə dəfələrlə və yalnız  "Allah`u`Əbha" deməklə, göz yaşları ilə, qəlblərində yığılan bütün xoş hissləri büruzə verirdilər. Mənim bibim Cəfərova Rövşənə xanım vasitəsilə biz asanlıqla Gəncədə yaşayan Ağayevlər ailəsi (Tohid və onun bacıları Kəmalə xanım, Səltənət xanım və b.) ilə əlaqə yaratdıq.

Balaxanı bəhailəri ilə əlaqə yaratmağı Nəzərov BabəliMərziyyə xanım Rzayeva öz üzərlərinə götürdülər. Balaxanıdan Maqsudovlar ailəsi (Qürrətüleyn xanım) başqa icmalardan olan və adları yuxarıda çəkilən ailələr kimi öz mənzillərini Bəhai mərkəzi kimi Bakıdan, Amerikadan, İrlandiyadan, Hindistandan, İngiltərədən olan və onlara baş çəkməyə gəlmiş ilk bəhailərə vermişdi. 

Nəhayət, 1990-cı ilin 16 dekabrında ikinci təşəbbüsdən sonra Bakı şəhərində Ruhani Məhfil secildi. Bu gün hadisələrdən otuz ilə yaxın vaxt keçdikdən sonra, Azərbaycanda Bəhai dininin dirçəlməsinə kömək edənləri böyük ehtiramla yad edirik.

Bir məsələyə də toxunmaq məqamı yetişmişdir. Bəhailər adətən ianə toplayaraq, nəinki icmanın gündəlik tələbatlarını ödəyirlər, həm də ehtiyacı olan ailələrə də kömək göstərirdilər. Müəyyən qədər vəsait (qızıl “onluqlar” və müqəddəs Yazılar) heç bir çətinliklərə baxmayaraq nəsildən-nəslə ötürülür. SSRİ vaxtında yalnız bir vərəq və ya qızıl pul aşkar olunsa idi, ailənin sürgün olunması və ya həbsi təmin olunardı. 1960-cı illərin sonunda Məhfil tərəfindən belə bir əmanət  bizim ailəyə (Məhfilin üzvləri anam Minəxanıma və atam İzzədinə)  həvalə edilmişdi. Mən həmin hadisəni və onunla müşayiət olunan söhbətləri nə qədər də böyük sirr altında  və him-cimlə danışsalar da, xatırlayıram. 

1970-cı illərdə, bir gün anam mənə müraciət edib “qızıl onluqları” etibarlı bir yerdə gizlətməyimi və gələcəkdə  zamanı gələndə isə Məhfilə təhvil verməyimi təvəqqe etdi. Görünür, onun bu işi özü edəcəyinə gümanı azalırdı. Bu məsələnin həlli isə yalnız bizim ikimizə bəlli olmalı idi. Yadımdadır, atam ona gələcəkdə oluna biləcək təzyiqə davam gətirməyəcəyindən ehtiyatlanaraq, uzaqgörənlik edib qızılın yerini öyrənmək istəmədi. Mən də gələcəkdə ehtiyaclarımın məni yoldan azdırmaması üçün onlara baxmadım, yalnız qabı anamın gözləri qarşısında əlçatmaz və möhkəm qapalı bir yerdə gizlətdim.

Digər qardaş və bacılarım bu işdən hali olmamalı idilər. Yalnız anam yaşlaşanda mən ondan xahiş etdim ki, bu barədə böyük bacım Lütviyyəyə də bildirək.  Xoşbəxtlikdən, valideynlərim bu işi özləri həll etdilər və əmanəti müqəddəs Bakı Məhfilinə təhvil verməklə bu imtahandan da şərəflə çıxdılar. Sonralar həmin pullar Bakıda Bəhai Mərkəzlərinin alınması üçün xərcləndi.

Digər qardaş və bacılarım bu işdən hali olmamalı idilər. Yalnız anam yaşlaşanda mən ondan xahiş etdim ki, bu barədə böyük bacım Lütviyyəyə də bildirək.  Xoşbəxtlikdən, valideynlərim bu işi özləri həll etdilər və əmanəti müqəddəs Bakı Məhfilinə təhvil verməklə bu imtahandan da şərəflə çıxdılar. Sonralar həmin pullar Bakıda Bəhai Mərkəzlərinin alınması üçün xərcləndi.

“EY VARLIQ OĞLU! 

Özünü bu dünya ilə məşğul etmə, çünki Biz qızılı atəşlə, bəndələri isə qızılla sınayırıq.”    

Azərbaycan Bəhailəri Milli Ruhani Məhfil, 1992-ci il,   -Soldan 5-ci Müşavir Məsud Xəmsi

Mirza Ələkbər Sabir 1909 Balaxanının müəllimlərləi arasında

Bakı Bəhai İcması

Və Azərbaycanda Sovet Hakimiyyəti

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına qədər və sonralar bir müddət bəhai icmaları heç bir təzyiqə məruz qalmamışdılar.  Məhəmməd Füzulinin şeirlərindən birində “Ey Allah“ kəlməsini  “Ey yoldaş“ ilə əvəz edən kommunist ideoloqları babilik ilə əlaqədar hadisələri də inqilabi hərəkat kimi qələmə vermişdilər. Ən təəccüblüsü isə odur ki, indi də yeni və müxtəlif informasiya və müasir Bəhai mənbələrinin mövcud olduğu bir dövrdə bəziləri hələ də KİV-də köhnə və bəsit məlumatlara arxalanaraq Bəhai Dini haqda həqiqətə uyğun olmayan fikirlər yurüdürlər. 

İnsan körpə çağında, öyrənmək həvəsi güclü olduğundan, çox qulaq asmaqla, eşitdiklərini təkrar edərək danışmağı öyrənir. Yaşa dolduqca isə, əsasən danışmağa güc verib, eşitsə də, təəssüf ki, dinləməyə (oxumağa) həvəs göstərmir...

 

Faciəli 1937-ci ildə, bütün mütərəqqi adamların NKVD tərəfindən təqib edilməsi və cəzalandırılması zamanı fəlakət bütün ruhanilər və eləcə də bəhailərdən yan keçmədi. SSRİ-də 40-a yaxın mövcud olan bəhai icmaları qanundan kənar sayıldı. 1937-ci il Oktyabrın 13-dən, başlayaraq iki-üç gecə ərzində Bakı Bəhai Ruhani Məhfili və Balaxanı Bəhai Ruhani Məhfili, beləliklə 16 Bəhai həbs edilmişdi. Bu günlərdə DTK-in arxivindən əldə etdiyimiz məlumatlara əsasən, bəhailər 20 il ərzində daima izlənib və mühakimə olunublar.  İki nəfərin hələ 20 iyun1929-cu ildə həbs edildiyi məlum olmuşdur. Bakı Bəhai Ruhani Məhfilinin sədri Zərgərov Əsədulla Abdul Əziz oğlu və katibi Xəlilzadə Mövsüm 1930-cu ildə mühakimə olunmaları və tutularaq 3 illiyə cəza düşərgəsinə göndərildikləri aydınlaşdırılmışdır. NKVD arxiv materiallarından birində deyilir: “Qayıtdıqdan sonra Zərgərov Əsədulla yenidən bəhailər arasında əks inqilabçı elementlərlə əlaqələrini bərpa etmişdir”. 

 

Sovet dövlət sistemi tərəfindən məhdudlaşdırıcı sərəncam verilmişdi. Bəhailərin fəaliyyəti ixtisara salınmış və sonra isə tamamilə qadağan edilmişdi. Bütün ruhani yığıncaqlar, məhfillər də daxil olmaqla, ləğv olmuşdu. 14-21 oktyabr 1937-ci ildə görkəmli icma üzvlərindən çoxu həbs olunmuş və Sibirə sürgün edilmişdilər (Əlavəyə, Qasimova-Əyyubova Minaxanımın tərtib etdiyi cədvələ bax), bəziləri isə Qazaxstana sürgün edilmişdi, onlar təqribən 37 gün ərzində şəhid olmuşdular. 1937-ci repressiya ilində bütün mülk və mal-dövlətləri müsadirə edilmiş, bir çox ailələr dağıdılmışdi.  

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Mirzə Ələkbər Sabir (1862-1911), Azərbaycanın görkəmli şairi, Balaxanı bəhailəri ilə sıx əlaqədə olmuş, məclislərdə iştirak etmiş, Kərbəlayi-İmran Cəfərovla Dinin prinsiplərini tez-tez müzakirə etmiş və Hədiqə Cəfərovanın söylədiyinə görə, bəhailiyi qəbul etmişdir. Kitabın sonunda bu məsələ daha geniş şəhr edilir.

Deyilənə görə Məşhur akademik Heydər Hüseynovun (Stalin mükafatı laureatı, Azərbaycan Marksizm-Leninizm İnstitutunun direktoru) "XIX əsr Azərbaycan fəlsəfi fikrinə dair" əsərində azərbaycan şairlərindən birinin Hz. Babı qəbul etdiyini göstərmişdir. Bu məsələnin əlavə araşdırılmaya ehtiyacı vardır.

 

Akademik Heydər Hüseynov atam (Əyyubov İzzəddin) Tibb universitetində oxuyarkən (1935 - 1939) ona fəlsəfə fənnindən dərs demiş və onun sayəsində vaxtıilə, Sovet dövrü üçün səciyyəvi olaraq, ateist kimi formalaşmışdır. Ikinci dünya müharibəsi zamanı cəbhədən qayıtdıqdan sonra atası Məşədi Hüseynin din dostu Bakıda, içəri şəhərdə yaşayan (dağlı) südçü Ağadadaş əmi (vaxtı ilə müəllim işləmiş, dərin dini və tarixi biliyi və bir çox dilləri bildiyindən, heç də dövrünün ziyalılarından geri qalmırdı və onun söhbətlərini dinləmək həmişə mənə də olduqca maraqlı idı) ilə rastlaşır və müharibənin gedişindən narahat olduğunu, alman əsgərlərinin hətta Qavqaza gəlib çıxdıqlarını müzakirə edirlər. İlk dəfə ondan Kitab`i-Əqdəsə əsasən bu müharibədə almanların məğlub olacaqlarını eşidir. 

Kitab-i-Əqdəsədə (K90 və səh.121-də izahı) müharibələrin tarixindən 80 il əvvəl göstərildiyi kimi, (Ey Reyn çayının sahilləri! Biz sizi qan içində gördük və qisas qılıncları sizin üstünüzə çəkilmişdir; və bu bir dəfə də olacaq. Və Biz Berlinin ah-naləsini eşidirik...) əvvəlcədən verilən xəbərin artıq bir hissəsi həyata keçmişdir. Bu məsələyə şübhə ilə yanaşsa da, Kitab-i-Əqdəsdəki bu Yazıların nə ilə nəticələnəcəyini gözləmək qərarına gəlir... Sonralar onun Bəhai Dinini qəbul etməsində bu uzaqgörənliyin də az əhəmiyyəti olmamışdı.

    

Əbdülxaliq Yusif, bəhai, xalq şairi Əliağa Vahidin müəllimi olmuşdur, “Vahid” ləqəbini ona Əbdülxaliq vermişdi. O zaman Qafqazın görkəmli şairlərindən biri, özünün həyat tərzi ilə nümünə idi. 

    

Hüseyn Cavid (1884-1941), - ədəbiyyatımızın görkəmli nümayəndəsi, şair, dramaturq, tarixi və fəlsəfi dramların müəllifi, əsərləri bəhai prinsiplərilə dolu bir mütəfəkkir - bəzi məlumatlara görə Almaniyada olduğu zaman Bəhai dinini qəbul etmişdi. Əsərlərində Bəhai prinsiplərini tərənnüm etmişdir ("Şeyx Sənan": "Din bir olsaydı dünyada əgər, daha məsud yaşardi cinsi-bəşər", “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü” söyləmiş və ya şerlərindən birini "...Nuri Bəha" ilə bitirmişdir). 

Üzeyir Hacıbəyov (1885-1948), Azərbaycanın professional musiqi incəsənətinin banisi, SSRİ Xalq Artisti, publisist, dramaturq, pedaqoq və ictimai xadim, akademik özünün əsərlərinin birində ("Ordan burdan") dərin hörmətlə Bəhai Dininin tərəfdarlarının maarifçilik meylini qeyd etmiş və tərifləmişdir.

 

Ağa Musa Nağıyev (1849-1919), mesenat, XX əsrin əvvəllərində adı Azərbaycanın məşhur 11 milyonçular sırasına düşən və onların arasında vətəninə xidmətdə öncül yer tutan, Bakının bəzəyinə çevrilmiş 98 bina, o cümlədən məktəb və 4 xəstəxana tikdirmiş və Şollar suyunun Bakıya çəkilmə xərcinin böyük hissəsini ödəmiş, məşhur milyonçu, bu kimi əməlləri 1908-ci ildə Rus İmperatoru tərəfindən yüksək qiymətləndirilmiş - orden və medallar ilə təltif edilmişdir. Neftdən əldə etdiyi gəliri millətin tərəqqisinə sərf edib. Məhz bu səbəbdən də Bəhai Dininin Azərbaycanda vusət almasinda onun böyük əməyi olmuşdur. O, Bəhai olmuş, hətta sonralar Bakı Bəhailəri Ruhani Məhfilinin fəxri üzvü olmuşdur.

Ağa Musa Nağıyevin nəvəsi Dilarə Fərəc qızı Nağıyeva ilə maraqlı arxiv materillarını araşdırarkən 1919-cu ildə Ağa Musa Nağıyevin vəfatı ilə əlaqədar onun ikinci arvadı gürcü qızı bəhai Liza Qriqoryevna (Cankorova) Nağıyevanın vərəsəlik iddiası ilə Bakı dairə məhkəməsinə müraciəti diqqəti cəlb etdi. (1905-ci ildə pul müqabilində azad etmək məqsədi ilə oğurlandıqdan 2 il sonra, yəni 28 mart 1907-ci ildə bəhai qanunlarına uyğun olaraq, Bakıda rəsmi bəhai kəbini– Hacı Qulam Hüseyn Kələndar tərəfindən şahidlər Kərbəlayi Ağakişi Əliyev, Məşədi Baba Səmədov və Mirzə Əli Əkbər Məmmədxanovun iştirakı ilə - kəsilmiş və 95 misqal qızılı xanımına vermişdi. Bəhai kəbin duası oxunduqdan sonra izdivac rəsmi elan edilmiş və həmin gündən ölənə kimi onlar birlikdə yaşamış və ictimaiyyətə qanuni arvadı kimi təqdim etmişdir. Dövrünün demokratik prinsiplərinə istinad etməsi - hər bir insanın maraqlarının məhz üzv olduğu dini icmanın qanunlarına uyğun olaraq araşdırılması və diğər vərəsələri nəzərə alınmaqla var-dövlətin bəhai Müqəddəs Yazılarına uyğun olaraq təxminən 1/6 hissəsinin, notariusun və şahidlərin iştirakı ilə (Mirzə Abdulla Xaliq Yaqubzadə və s.) iddia tələbinin təmin edilməsi təəccüb doğurmaya bilmir. 

Bakı Bəhai Ruhani Cəmiyyətinin (Çadrovaya 226 ünvanında – indiki Mirzağa Əliyev küçəsi) rəsmi blankında sədr M.Tahirov və katib Zərgərovun qolu çəkilmış sənəd iddia tələbini təsdiqləyir. Bundan başqa həmin dövrdə Hayfada Dinin başçısı olan həzrət Əbdül-Bəha Abbasın da iddia tələbini təsdiqləyən qol və möhürü olan sənəd öz növbəsində “İran İmperatorluğunun Konsulluq Agentliyi” tərəfindən İran İmperiyasının Vitse-konsulu tərəfindən təsdiqlənmişdir. Yalnız bu sənədin olması 16 iyul 1913-cü il Qanununa əsasən bəhai izdivacı təsdiqlənmış və vərəsəliyə iddia tələbi təmin edilmişdir.

Tiflis Məhkəmə 7-ci sahəsinin 25 iyun 1919-cu ildəki protokolundan bəhai Mirzə Əli Əkbər Məmmədxanovun bu məqsədlə Fələstinə səfəri və onun Ağa Musa Nağıyevlə 30 ilin tanışı olmaları, onun neft mədənlərinin müdiri və sonralar şəxsi katibi olması öz əksini tapmışdır. Yəni eyni məzmunlu izahatı olduqca maraqlıdır.Yeri gəlmişkən, 1914-cü il Tiflis polismeysterliyi reyestrindən çıxarılışa əsasən bəhailərə öz dini ayinlərinin sərbəst həyata keçirilməsinə icazə verilmişdir. 

Azərbaycan Məşihət İdarəsindən şəriət qanunları əsasında təqdim edilmiş sənəddə Bəhai dininin İslamla münasibəti tədqiq edilmiş (yəni müstəqil bir din olması), Bakı Qazılığının 2 sənədi ilə hələ 1919-cu ildə təsdiq olunmuşdu. 

 

Bakı Dairəvi Məhkəməsinin protokolunda qeyd edildiyi kimi, Rus hökumətinin icazəsi ilə Azərbaycanda bəhailər bütün vətəndaşlıq hüquqlarına malikdirlər, Bakıda öz ibadət evləri, Müqəddəs kitabları olan “Kitabi-Əqdəs” və öz qanunları olduqlarından bu din azaddır və dözümlülük statusuna malikdir. Bu isə Azərbaycan Respublikasında Rusiya İmperiyasının Qanunlar Toplumunun qüvvədə olmasını təsdiqləməsi nəticəsində mümkün olmuşdur. 

Birinci arvadı Ummu Salma xanım Kərbəlayi-Cəfər qızı Nağıyevadan fərqli vərəsəyə, şiyə qanunlarına uyğun olaraq, var-dövlətin 1/16 hissəsinə sahib olmuşdur. Daha bir maraqlı məqam isə 13 yanvar 1910-cu ildə Bakı Bəhailərinin “Ruhaniyye” Cəmiyyətinin təsdiq olunmuş Nizamnaməsində Musa Nağıyevin bu maarifçi cəmiyyətin təsisçisi kimi qolunun olması, Bütün bəhailərin siyahısının və bu adlar içərisində onun da adının göstərilməsi, 19 yanvar 1909-cu ildə Bakı Bəhai ibadət evinin təstiqlənmiş tikinti planının olması və s. Bakı Dairəvi Məhkəməsinin 17 fevral 1920-ci il qərarına əsasən Bəhai Dini müstəqil din kimi tanınmış və nəhayət iddia tələbi tam təmin edilmişdir. Bunu yaxşı bilən bəzi ruhani həmvətənlərimiz indiyə qədər (onun Bəhai olduğu üçün) nəslindən olanlardan belə bunun “qisasını” almaq istəyir – məsçiddə onlardan birindən nəzir belə qəbul etməmiş və bəhai nəvələrindən birini babi adlandırmışlar. O, kommunistlər vaxtı az incidilməmiş, indi də mollalar ondan əl çəkmirlər...

Atatürk Qazı Mustafa Kamal Paşa Həzrət Bəhaullahın oğlu Əbdü-Bəha Abbas ilə tanış idi. Onun mülahizələri Bəhai Dininin prinsipləri ilə dolu idi. O, sülhün yer üzərində bərqrar olması üçün "Vahid, dünyəvi, evrensel dinin" və hətta "Birləşmiş Dünya Dövlətinin" zəruriliyini qeyd etmişdir.  (Bax: Boyuk Nütuk, Child 2, səh. 322-323 və 713).

 

Şair Mirzə Əbdülqədir İsmayılzadə, şair Mikayıl Müşfiqin atası, 1860-cı ildə yeni təlimin Azərbaycanın Xızı kəndində, həmçinin, Bakıda yayılması üçün fəaliyyət göstərirdi (O, Müslüm Maqomayevin məşhur “Şah İsmayıl” operasının librottosunu yazmışdır). İran və Rusiya imperiyaları arasında bölüşdürülmüş Azərbaycanın Şimal hissəsində yeni dini rəğbətlə qarşılayırlar. Dinin görkəmli ardıcıllarının adları Şimali Azərbaycanla da bağlıdır. Məhz buna görədir ki, indi də dağlıların bir çoxu bu din haqda yaxşı məlumatlıdırlar. Maraqlıdır ki, cəmiyyətdə babilər haqqında yanlış fikirlər olmasına, böyük əksəriyyətin isə yeni dinin mahiyyətindən xəbərilərinin olmamasına,  müxtəlif əsassız şayiələrə baxmayaraq, babilərin (bəhailərin) maarifpərvər, mədəni, elmə və təhsilə qiymət verən olmaları, qadın azadlığını dəstəkləmələri onlara münasibətdə bir etibar yaratmışdı və hətta təəssübkeş insanlar belə onların tərəqqipərvər və maarifçi olduqlarını dana bilmirdilər. Bəlkə də buna görə idi ki, maarifçilik, təhsil və tərbiyə işində bəhailərin köməyindən imtina etmirdilər. Bunu yuxarıda qeyd edildiyi kimi, mütəfəkkir insanların yazıları və münasibətləri, həmçinin, Hacı Z. Tağıyev kimi bir mesenatın öz uşaqlarının tərbiyəsini bir bəhaiyə (şair Mirzə Əbdülqədir İsmayılzadə) etibar etməsi və ya bisavad olduğu üçün, yalnız Z və T hərflərini tanıdığından, qol çəkərkən ZT və 9 ədəd maili xətt (!) çəkməsi (Nəriman Nərimanovun sözü ilə desək “millətin atası”) sübut edir. 

Mənəvi sərvətlərimiz və örnək mənbəyimiz olan, keçən əsrin iki ən məşhur mesenat millionerlərimizdən birinin bəhai olmasi və digərinin isə (Zeynalabdin Tağıyev) övladlarının müəllimlərindən birinin (şair Mirzə Əbdülqədir İsmayılzadə) bəhai olmasi və yaxud Azərbaycanın və Türk aləminin ən qabaqcıl zəka sahiblərinin - fəxrimiz olanların bu Əmrə meylli olmaları və açıq və ya ürəklərində rəğbət bəsləmələri ən azı bizləri bir an da olsa şübhələri kənara qoyub (həmin şəxslərin əsərlərini və ya həyatlarını, əməllərini tədqiq etmək kifayətdir, bu isə müəyyən qabiliyyət və bacarıq, ən azı isə insaf tələb edir), bu məsələyə layiqincə qiymət vermək üçün məgər düşünməyə vadar etməməlidirmi !?

Lakin müasir mənəvi sərvətlərimiz sayılan, azı on akedemik və professorlarımızın bu Əmrdən məlumatının olması, bəzilərinin hətta bəhai ailələrindən olmasına baxmayaraq (bir neçəsi istisna olmaqla) bu məsələyə biganəliyi və ya bunu etiraf etməmələri, dünyanın və bizim öz cəmiyyətimizin yeni sivilizasiyaya doğru getməsi ümidlərinin nikbinlik dərəcəsini, təəssüf ki, azaldır.

100 il əvvəl düşünən beyinləri cəlb edən Bəhai dini indi, yüksək texnologiya əsrində, heç bir informasiya qıtlığı olmayan bir şəraitdə, təbliğ işində, bəs nə üçün o vaxtkı səviyyəyə yuksələ bilmir!? Bəlkə insanlarda mənəvi öhdəlik, əhdi-peyman, ədalət hissi ölməkdədir?

Azərbaycandan bir çox zəvvarlar müqəddəs Bəhai yerlərini - sürgün yerlərini, sonralar Fələstində (o vaxtlar indiki İsrail dövləti hələ yaradılmamışdı) Dinin mərkəzinə çevrilmiş Əkka və Hayfa şəhərlərini ziyarət etmişdilər. Onların arasında müəllifin babası Məşədi Hüseyn Əyyubov da olmuşdu. (Onu əslən Şamaxıdan olan, tacir Səmədov Hacı Baba, atam ömrü boyu ona bu savab işinə görə rəhmət oxuyardı, – sonradan milyoner Ağa Musa Nağıyevin kontorunda ən etibarlı və mötəbər maliyyə işçisi, həmçinin şair, mübəlliğ Mirzə İsmayıl Müşkat Tiflisdə olarkən təbliğ etmişlər). Məşədi Hüseyn Şəkidə bəhailiyi ilk qəbul edən şəxsdir (və sonradan əmisini, qaynatasını, əmisi oğlanlarını, qardaşlarını və digər qohumlarını da təbliğ etmişdi). Şəkildə onun yanında Balaxanıdan Kərbəlayi İmran (ilk Balaxanı bəhaisi) də vardı. 1914-cü ildə onlar Həzrət Əbdül-Bəha Abbası Əkkada ziyarət etmişdilər.

Babam Məşədi Hüseyn Əyyubov və dostları hər üçü eyni tipli avropasayığı geyimdədirlər. Azərbaycanın ilk bəhailərindən, onların önündə üzü Hz.Əbdül Bəhaya yönəlmiş, ən yaşlı, Bakıdan olan bəhai, Hz. Bəhaullahın katiblərindən biri olan Mirzə Talıbdır:

Mirzə Talıb- Hz. Bəhaullahın katiblərindən biri

 

1882-ci ildə Bakı Bəhai İcmasının yüzə yaxın bəhaisinin toplanıb öz etiqadlarını icra etmələri üçün Çadrovaya küçəsindəki (indiki M.A.Əliyev küçəsi) 216 nömrəli bina alınmışdı.

 

Bəhai Mərkəzi kimi fəaliyyət göstərən bu bina sonralar müsafirxana adı ilə tanınmışdır. Burada müntəzəm olaraq görüşlər, uşaqlar üçün əxlaq dərsi, mənəvi-ruhani mövzularda məşğələlər keçirilir, Dinin tarixi, Müqəddəs Yazılar və dualar öyrənilirdi. 

Məşədi Hüseyn Əyyubov və Kərbəlayi İmran Hayfa şəhəri Mart 1914-cü il. Həzrət Əbdül-Bəha və zairlər. Yuxarıdan (arxa sırada) soldan 4-cü (əllərini  bir-birinə birləşdirmişdir).  Yanında solda Balaxanı bəhaisi Kərbəlayi İmran!

Bir qrup bəhai, 1924-ci il 21 mart. Müsafirxananın həyətində, İzzəddin Əyyubov (ən aşağıda sağdan 3-cü – qeydlər onun əlyazmasından olduğu kimi verilir), onun çiyni üstə başı görünən qız Ruhəngiz Bağbanzadə, Kərbəlayi İbrahim (məşhur Dadaş əmi), onun yanındakı 4-cü Orucov Nurəddin Balağa oğlu, 7-ci Rizvan Muxtar oğlu (Ata ləqəbi ilə məşhur idi), onun başı üstə Bəhiyyə xanım Şərifova (Ağa Nəsirin gələcək həyat yoldaşı). Oturanlardan soldan 5-ci Rövşənə xanım Məşədi Hüseyn qızı Əyyubova, 3-cü Kitabullah. II cərgə: Cəfər Dadaşov (Çayçı Cəfər – məclisdə çay paylayardı), onun qarşısında oturan Dadaşov Əjdər Əlisoltan oğlu, 3-cü və 4-cü soldan II cərgədə: Kamil və Tofiq Əbdül Vahab oğlu Yaqubovlar (Kamil- Nadya xanımın yoldaşı), 6-cı Münəvvər xanım Yaqubova Əbdül Vahab qızı, yanındakı Ağa Cavad Bağbanzadənin (1937-ci ildə şəhid olub) qucağında oturan –Ruhiyyə xanım Ağa Məsum qızı (Gəncəli Tohidin, Səltənət xanımın və Kəmalə xanımın anası). Oturanlardan sağdan 5-ci Ağa Dadaş Əmi (İçəri şəhərli və ya südçü ləğəbi ilə məşhur olan, çoxlarının ruhani atası), 8-ci Çapçı Əli Abbas, şəhid olub. Ayaq üstə duran qızlar sağda I-ci Validə xanım Kasimova Əli Raqib qızı, 4-cü Nuriyyə xanım (Usta əli Əşrəf qızı), 6-cı Səyyarə Əyyubova Məşədi Hüseyn qızı (kəlayağıda), 8-ci İzzət xanım Orucova Mirzə Ağa qızı (gələcəyin kimya üzrə alimi, akademik), 9-cu Qüdrət xanım Yaqubova (gələcəyin həkimi), 10-cu Ruqiyyə usta Muxtar qızı (İrana sürgün edildi), 11-ci Zəbərcəd xanım (Gəncədə gələcəyin Məhvil üzvi), 15-ci Cavahir xanım Orucova, solda ən kənarda duran Məhfilin “xadimi” Ağa Tağı. Yuxarıda ayaq üstə duranlar sağdan 4-cü Əsədullah Yaqubov Əbdül Vahab oğlu (papaqlı), 6-cı Əli, 7-ci Ağa Hüseyn Kərimov Usta Əli Əşrəf oğlu. 12-ci İsmullah Yaqubov, 13-cü Kərimov İsmayıl Əli Əşrəf oğlu. Böyüklərin qucağında oturanlar –Sağdan II Bədiullah Bayram oğlu (İrana sürgün edildi), 5-ci qız Firəngiz Bağbanzadə Dadaş qızı, Südçü Ağa Dadaş əminin qucağında Fəxrəndə xanım (İrana sürgün edildi), 7-ci Orucov Münib Mirzə Ağa oğlu.

Fotoşəkildə indi də həmin binanın fraqmentlərindən müsafirxana tanınır. Həmin şəkildə gələcək kimyaçı-akademik və C.Cabbarlının “Sevil” filmində eyni adlı qəhramanın - azəri qızı İzzət Orucovanın (Müəllfin bibisindən solda 2-ci) da gənclik vaxtının surətini və onun qarşısında oturan ensiklopedik biliyə malik Dağlı Ağadadaş əmini görmək olar. Onun İcəri Şəhərdə olan evində dəfələrlə maraqlı söhbətlərini mən də eşitmişəm. Südçi Ağa Dadaş əvvəllər müəllim işləyib. Ən maraqlısı odur ki, adları çəkilənlərin əksəriyyətinin övladları, nəvə və nəticələri indi də bəhaidirlər....(Bəhai ailəsində böyüyən uşaqlar dini özləri sərbəst şəkildə on beş yaşından etibarən seçirlər). 

 

Müvvəqqəti Bakıda yaşayan, sonralar ən tanınmış şəhidlərdən olan, Əmrin Əli, Həzrət Bəhaullahın həvvarilərindən biri, Mirzə Əli Məhəmməd Vərqanı (ata və bala) da başqa şəkildə görmək olar –İzzəddin Əyyubovun qeydlərindən. 

Keçmiş Çadrovıy küçəsi 216 (indiki Mirzağa Əliyev), 

1882-ci ildən Bəhailərin Müsafirxanası

Uşaq və Cavanların Əxlaq-dərsi Heyəti

 

“1935-ci ildə 15 yaşlı Ətaullah valideynləri ilə birlikdə Kislovodskda istirahət edirdi. O, eşitdikdə ki, Emmanuel Lasker buraya gəlir, sonsuz dərəcədə sevinmişdi. Keçmiş dünya çempionu məşhur kurort şəhərinin parkında eyni zamanda oyun seansı verirdi. Onlarca adam Laskerin onların taxtasına yanaşacağı anı səbirsizliklə gözləyirdi. Bunlardan biri də gələcəyin professoru gənc Ətaullah idi. O, adlı-sanlı rəqibi ilə heç-heçə oynadı. O zaman bu görünməmiş müvəffəqiyyət idi”. (X.Ağayeva. Professor Qasımovun “Şahmat Oyunu” kitabı.  “İdman” qəzeti. 27.02.1980.) Ətaullah 1938-ci ildə artıq “Vışka” və s. mərkəzi qəzetlərin qalibi və mükafatçısi olur. O, aforizmlə danışmağı xoşlayardı.“...Biz daşdan möhkəm və güldən zərif olmuşuq” söyləyərdi.

 

Bakıda S.M.Kirovun (Azərbaycan Kommunist Partiyasının Birinci katibi) müavini, ən yaxın silahdaşı, sonralar Leninqrad Vilayət Komitəsinin Birinçi Katibi işləmiş (indi də Ukraynada onun adını daşıyan şəhər vardır),  sonralar 1937-ci ildə “xalq düşməni” kimi Sibirə sürgün olunmuş, Yusif Qasimovun əmisi (ona atalıq edib, məşhur Qori seminariyasına göndərib oxudan) Fərəc Qasimov Cəfərqulu oğlu (müəllifin babası), Bakı Ruhani Məhfilinin sədri, ilk şəhid edilənlərdən biri idi (Salyanın birinci bəhaisi olan Qədim Cavadın qardaşı oğlu). Ərəb və fars dillərini mükəmməl bilən Fərəc Qasimov bu dildə yazılmış orijinal Müqəddəs Yazıları oxuyub, sinxron tərcümə edərmiş və məclisdəkilər oxuduğu kitabın Azərbaycan dilində olduğunu guman edərmişlər. O, “Kitab-i-Əqdəs”i ilk dəfə olaraq Azərbaijan dilinə tərçümə etmişdir. 

Bu günlərdə DTK-nin (İndi Milli Təhlükəsizlik Nazirliyinin) arxivindən əldə etdiyimiz məlumatlara əsasən, rəsmi ittiham “xalq düşməni” – “ingilis cəsusu və ”Bakinskiy Raboçiy ” qəzetinə iftira atmaq” olmuşdur. Bəs bu axırıncı ittiham nə deməkdir? Həmin materiallardan məlum olub ki, bu qəzetdə 1937-ci ilin avqustunda bəhailərə qarşı məqalə çıxmışdır.  Rəsmi ittihamda “Sovet- partiya təşkilatına rəsmi ərizə yazıb, bəhailəri ifşa edən Sovet nəşriyyatına əks-inqlabi iftira atmışdır” göstərilmişdir. “Ədalət xatirinə” demək lazımdır ki, 16 Bakı və Balaxanı bəhailərinin (26 yaşından 87 yaşa qədər müxtəlif sənət sahibləri olan kişilərin adları kitabın sonunda verilir), bir həftə ərzində tutulduğu 1937-ci ilin oktyabr ayında üzərində tez-tələsik aparılan ittiham qərarlarında heç bir maddi sübutun olmadığı daima vurğulanmışdır ki, bu da yəqin ki, gələcəkdə, 1956-cı ildə, şəhid olmuş 16 Bakı və Balaxanı bəhailərinə bəraət qazandırılması ücün səbəblərdən biri olmuşdur. 

 Rusiya, Kislovodsk, müəllifin babası, nənəsi və dayıları

20 ilə yaxın Fərəc Qasimov haqqında heç bir məlumat yox idi. Oğlunun yüksək vəzifəli şəxslərə, hətta BMT-yə qədər bir çox məktublarından sonra prokurorluğa çağrılmışdı və ona bəraət haqqında sənəd verilmişdi. "Xalq düşməni"nin ailəsi Bakıdan, Gəncədən, Salyandan, Balaxanıdan və Bərdədən olan bir çox başqa bəhai ailələri kimi, bu qorxulu damğadan, qonşuların və iş yoldaşlarının istehza və məzəmmətindən azad edilmişdilər. Qorxmuş və üz döndərmiş qohumlar isə yavaş-yavaş əlaqələrini bərpa etməyə başlamışdılar... 

 

Çox xarakterikdir ki, qabaqcadan nəzərdə tutulmuş həbslərdən bəhailər gizlənməyib, hətta onlara - həbs olunanlara qibtə edirlər. Rəsul Xasiyev həbs olunanların ailələrinə baş çəkərkən, deyərmiş ki, "xoşbəxt o adamdır ki, bu Din naminə həyatlarından keçmişdir", bir çoxları kimi o özü də səbirsizliklə o günü gözləyirdi. Bir aydan sonra o da həbs edilmişdi. Çoxları həbs edilərək, Sibirə göndərilmiş, ya da itkin düşmüşdülər. 1938-ci ilin oktyabrında Bakı Bəhai Mərkəzinin binası (XIX əcrin rəsmi sənədləri indi də qorunub, saxlanılır) dövlət tərəfindən müsadirə edilmişdir. (Bax: Manaf Suleymanov "Eşitdiklərim, oxuduqlarım, gördüklərim, Azərnəşr, Bakı, 1996). Hal-hazırda, yuxarida fotosu verilmiş, həmin binada uşaq bağçası yerləşir.

 

Məşhur yazıçı və alim Manaf Suleymanov kitabında (“Eşitdiklərim oxuduqlarım gördüklərim” Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1987, c.319) həmin bina haqda məlumat verməklə bərabər Musa Nağıyevin də Bəhai olduğunu qeyd etmişdir. (Binanın bəhai mülkü olması haqda XIX əsrə aid olan notarial təstiq edilmiş rəsmi sənədlər indi də qorunub saxlanılır). Onunla, söhbətlərimizin birində (Biz həmkar idik, eyni institutda, Azərbaycan Neft və Kimya İnstitutunda işləyirdik) kitabında Bəhai dini və icmasına aid bəzi məqamların qeyri-dəqiq olduğunu söylədikdə o, mənə mülayimlə və gülə-gülə kitabının adının birinci sözünü yada salmağı məsləhət görmüşdü.... 

1956-ci ildə verilən ümumdövlət bəraətindən sonra tədricən qorxu hissləri azalır və müəyyən təzyiqlərə baxmayaraq, bəhailər hamılıqla bir yerdə görüşməyə imkan tapmasalar da, müxtəlif mənzillərdə 10 nəfərə qədər yığışırdılar. Sonralar Bakı Ruhani Məhfili fəaliyyət göstərməyə başlayır. Seçkilər keçirməyə hələ imkan yox idi. Ruhani Məhfilə öz aralarında gizli səsvermə yolu ilə (əmələ gələn boş yerlərə) yeni üzvləri təyin edirdilər. Məlum səbəblərə görə Məhfil üzvlərinin sayını 9 nəfər deyil, az seçmək məcburiyyətində qalırdılar. Məhfil üzvlərinin sayı 5 olardi ki, başa düşən olmasın ki, məhfil toplanmışdır. Bayramlar böyük qorxu altında keçirilirdi qonşulara da yığıncaqların səbəbinin ad gügü olduğu deyilərdi. Bizim ailəmiz dayım və nənəmlə bir həyətdə Bakıda (Arsen Amiryan küç., 88) keçmiş Parkovıy, indiki M.Hüseyn küçəsində yaşayırdıq. Yadimdadır 1962-64-cü illərdə, hələ uşaq ikən (9-11 yaşlarımda), bəhailəri çoxsaylı qonşuların nəzərindən gizlətmək üçün küçənin o biri tərəfində toplanıb, ğələn qonaqları kiçik grup halında münasib vaxtda həyətə girməyə işarə edərdim. Həmin illər Londonda I Beynəlxalq Bəhai konqresindən (Ümumdünya Ədalət Evinin ilk seçkisinə həsr olunmuş) hazırlanmış slaydlara neçə maraqla baxmağımız yadımdadır. 

1981-ci ilin noyabrında qara buludlar yenidən bəhailərin üstünü aldı və DTK tərəfindən bir günlük həbslər başlandı. Dosent Qasimov İsmulla Fərəc oğlunu (müəllifin dayısı) Moskvadan gələn xüsusi bir məktub əsasında, Məhfil sədri kimi, həbs edirlər. Tam araşdırma aparmaq üçün onu birinci dəfə polkovniklə 8 saatlıq yazılı izahat aldıqdsan sonra şərti olaraq evə buraxmışdılar, sonradan ikinci dəfə də generalla görüşdürüb, heç bir səbəb olmadığından yenə də azad etmişlər. Dosent Əsədova Səriyyə  və Dr. Əyyubov İzzəddini iş yerindən birbaşa, xəbərdarlıq verilmədən maşına oturdulub aparırlar. Onları 7-8 saat dindirib 10-12 səhifəlik izahatlar yazdırmışdılar. Onlarda bir  daha evə qayıtmayacaqları hissləri yaranmışdı (!). Onlara bu həbs haqqında bir adama da olsun söyləməyi qadağan etmişdilər. Yenidən dostlarla görüşləri, hətta bəhai qohumlarının evinə getməyə və telefon vasitəsilə "Allahu-Əbha" kəlməsi ilə salamlamağa qadağa qoyulmuşdu.. Atam Izzəddin edilmiş hədə-qorxular nəticəsində uzun müddət həmin məsələnin üstünü açmadı (baxmayaraq ki, mən valideynlərimlə bir mənzildə yaşayırdıq) yalnız bir neçə il sonra bu sirri açmışdı. Mən həmin gün onun pərişan və narahatlığını, verdiyi sualları (məni təbliğ edib-etməməsini - səbəbini deməsə də) indi də xatırlayıram. Bir müddət sonra SSRİ DTK-i sədri V.A.Kruçkov Moskvadan Mərkəzi televiziyə ilə çıxışlarından birində deyəcək: "Dövlət Təhlükəsiz Komitəsi heç bir vaxt dini məsələlərə qarışmır"(!?).  

 

Yenidənqurma dövründən sonra, SSRİ ərazisindəki cəmiyyətlər arasında və bəzi xarici ölkələrdəki Bəhai İcmaları ilə əlaqələr bərpa edildi, 1988-ci ildən bəhailər Moskvada  və Aşqabadda, həmçinin Bakıda və Kievdə fəallaşırlar. İlk cəmiyyətlərarası əlaqələr Moskvada (Bakıdan olan bəhai Bəhaəddin Orucov vasitəsilə)  və Aşqabadda, ilk qonaqlar -- Mirzə Ələkbər Naci, Aşqabaddan (o, Hüseyn Cavidlə sürgündə yaxın olmuş, onun fikirlərindən, güzəranından bizə bəzi məlumatlar söyləmişdir) və Muzəffər Namdar, Finlyandiyadan  - olmuşlar.

 

Müzəffər Namdar İranda ona təklif edilən neft nazirliyindəki məsul vəzifədən imtina edib, övladları ilə xaricə - təbliğ məqsədi ilə yad ölkədə min cür əziyyətlə yaşamağa- getmişdir. Bu günlərdə DTK-in arxivindən əldə etdiyim məlumatları araşdırarkən daha bir maraqlı məlumat əldə etdim; 1937-ci ilin iyulunda Bakı Bəhai icmasına Moskvadan İran səfirliyinin işçisi iranlı bəhai – Nusrətullah Namdar gəlib. O, içərişəhərdə, bacısının evində qonaq qalıb. Atası rus qadınla (səhv etmirəmsə, fransiz dili müəlliməsi ilə) evlənib, sonra İrana qayıdıbmış. Deməli, 51 il əvvəl həmin adamın atası insan həyatı ücün belə bir qorxulu zamanda Bakıya gəlir... Belə görüşlər Azərbaycan icması ücün Bəhai Dünya mərkəzi ilə yeganə əlaqə vasitəsi, ümid və sevinc mənbəyi olurdu... 

İlk xarici səfərlər - Finlyandiyaya, Hindistana, İsveçrəyə, Türkiyəyə və minlərlə bəhailərin  yaşadığı başqa yerlərə olmuşdur. İlk mühacirlər ABŞ-dan,  İrandan, İngiltərədən, İrlandiyadan, Yeni Zelandiyadan, Malayziyadan, Filippindən, Türkiyədən və İtaliyadan olmuşdular.

 

Bakı Bəhai İcmasının Azərbaycanın Dini İşlər İdarəsi ilə ilk əlaqəsi 1980-ci illərin axırlarında olmuşdur. O vaxtlar Bakıda 50 nəfərdən artıq bəhai  və bəhaizadə yaşayırdı. Onlar qərara alırlar ki, Bakı bəhailərinin Ruhani Məhfilini təsis etsinlər. Yaxşı yadımdadır, 1990-ci ilin 16 dekabrında, ikinci cəhddə, 50 illik intizardan sonra, yenidən bütün Bakı bəhailərinin iştirakı ilə Bakı Ruhani Məhfilinə seçkilər keçirilir.

60-cı illərdə fəaliyyət göstərən Bakı Məhfilinin yeganə üzvü İzzəddin Əyyubov (Müəllifin atası - Şəkildə mərkəzdə əlində Ism`i-Əzəm) sanki, bir estafet kimi Allah Əmrinin İşini, bu vaxta qədər yığılmış əmanətlərlə bərabər, yeni seçilmiş məhfilə çatdırdı. Heç olmasa o, nəinki bu günü gördü, hətta yaşınin bu ahıl çağında, gənclik həvəsi ilə, bilavasitə bu işlərdə ən böyük fəallıq göstərdi. Yadımdadır, yeganə rus millətindən olan üzv Yaqubova Nadejda xanım (Semyonovna - 1-ci sıra sağdan 2-ci) digər bir bəhai ilə eyni səs toplamışdılar və bəhai qanununa görə məhz buna görə yenidən yalnız bu iki nəfər arasıında seçki aparılmadı və üstünlük milli azlıq təşkil edən icma üzvinə verildi. Onlar bu günün gələcəyini əminliklə bilir və gözləyirdilər. 

 

Sonra bir neçə ay müddətində Gəncə və Bərdə şəhərlərində də seçkilər keçirilir və Yerli Ruhani Məhfillər bərpa edilir. Bir ildən sonra Salyanda və Balaxanıda, sonra isə Naxçıvanda Ruhani Məhfillər seçilərək fəaliyyət göstərirlər. Balaxanı qəsəbəsində qədim bəhai qəbrləri indi də mövcuddur. 1990-cı ildə onlar bəhaizədələrlə əlaqələr yaratmaqda yardımcı olmuşdurlar - qəbr daşlarının üzərində Tahirə xanımın (Qurrət-ul-Eynin) məşhur şeirlərindən biri ərəb əlifbası ilə nəfis surətdə yazilmışdır – foto şəkillər son səhifələrdə verilir.

1990-cı ilin noyabrında Moskvada, Azərbaycandan geniş tərkibli bəhai nümayəndələrinin də iştirak etdiyi SSRİ bəhailərinin qurultayı keçirilir. Qurultayda Bəhai Dünya mərkəzindən nümayəndə, Allahın Əmrinin Əli cənab Əli Əkbər Fürutən maraqlı çıxışları ilə qarşıda duran vəzifələrə toxunub, hazırkı cəmiyyətdə bu ideyaların nə qədər həyati və vacib olduğunu vurğulamışdı. 

Bakı Ruhani Məhfilinin üzvləri, 1990

Əmrin Əli Dr. Fürutən bir neçə dili, o cümlədən azərbaycan dilini bilən tarixi bir şəxsiyyətdir. O, Aşqabadda yaşamış (bir müddət də Bakıda olmuşdur), sonra  Moskva Dövlət Universitetini 1937-ci ildə bitirmiş,  tədqiqatçı - alim, uşaq psixiologiyası üzrə mütəxəssis, bir neçə kitabın, o cümlədən, bir neçə dillərə tərcümə olunmuş məşhur “Analar, atalar və uşaqlar” kitabının müəllifidir. Bəhai olduğuna və dini söhbətlərinə görə ölkədən İrana departasiya edilmişdir. Sonralar İran bəhailərinin Milli Məhfilinin katibi seçilmişdir. 1988-ci ildə Bəhai Dünya Mərkəzindən bir nəfərin SSRİ-yə gəlməsi xəbəri Bakıya çatanda (o vaxt təyyarəyə bilet bir ay əvvəl alınardı) dərhal hava limanına yollanıb, ilk dəfə onunla Aşqabadda tanış olmuşdum. O zaman Azərbaycanda keçmiş bəhailərin və bəhai övladlarının yaşaması faktı onu çox sevindirmişdi. Axı o, 1930-cu illərdə bir neçə il Bakıda yaşamışdı.

 

Qurultayda SSRİ bəhailərinin birinci və sonuncu ruhani məhfili seçilir ki, onun da tərkibində Azərbaycandan iki nəfər seçilir. SSRİ-in dağılması ilə əlaqədar sonrakı illər Ümumdünya Ədalət Evinin göstərişinə uyğun olaraq, Azərbaycan istisna olmaqla, bütün keçmiş respublikaların daxil olduğu beş Regional Məhfil seçilir,  Azərbaycan isə hələlik yeganə ölkə olur ki, onun öz Milli Ruhani Məhfili seçilir.  Bu məqsədlə tarixdə ilk dəfə olaraq, Bəhai Dünya Mərkəzindən -Hayfadan- cənab Məsud Xəmsi təşrif buyurdı və Azərbaycanda ilk Milli Ruhani Məhfil yenidən seçilir.

Tarix təkrar olunur. 1993-cü ildə Azərbaycan bəhailərinin II Qurultayının gedişi zamanı Amatul-Bəha Ruhiyyə Xanım Rəbbaninin (Bəhai Dininin Vəlisi Şövqi Əfəndinin həyat yoldaşı) şəxsində Dünya Bəhai Mərkəzinin nümayəndəsinin iştirakı ilə Almaniyadan, Hollandiyadan, Fransadan, ABŞ və başqa ölkələrdən gələn qonaqlarla görüşün keçdiyi yerə fanatiklər dəstəsi basqın edir. “Allahu Əkbər”-lə zala soxulanlar bizdən də “Allahu Əkbər” cavabını eşidəndə çaşıb-duruxmuşdular... Orada qarşılarına çıxan qadınlara isə hücüm çəkmək təşəbbüsündən belə çəkinməmişdilər. Bu hadisədə çox maraqlı bir məqamlar üzə çıxdı… Bizim tanıdığımız fanatiklərin bəzilərinin sonrakı acı aqibəti isə çox ibrətamizdir.

Əmrin Əli Ruhiyyə Xanım yaşınin bu ahıl çağinda istirahət etmir, o bütün qitələrdə olmuş, illərlə Afrikada neçə-neçə ölkələrdə yaşamış, dünyanın 180 ölkəsində müsafir olmuş, mötəbər rəsmi görüşlərdə Bəhai Dünya Mərkəzini təmsil etmişdir. Keçmiş ADU, indiki Bakı Dövlət Universitetində (Rektor, professor-müəllim heyyəti ilə, daha sonra tələbələrlə) və Sumqayıt Sənaye və Energetika İnstitutunda geniş və maraqlı görüşlər təşkil edilmişdir. Onu Bakıda olarkən müşaiyət etmək və mütərcimlik etmək şərəfi müəllifə qismət olmuşdu.

Sonralar Bakı, Gəncə, Bərdə, Sumqayıt,  Şəki, Quba, Naxçıvan və Muxtar Respublikanın 4 yaşayış məntəqəsində, Balaxanı və Bakixanov qəsəbələrində Ruhani Məhfillər fəaliyyət göstərirlər.  Şamaxı, Astara, Oğuz, Ordubad, Culfa, Suraxanı, Əmircan, Lokbatan, Şərur, Şahbuz, Nehrəm, Qarababa, Şıxmahmud, İsmayıllı, Ərəfsə, Sis və bə'zi ərazilərdə isə bəhailər yaşayırlar. Azərbaycan Bəhai İcması öz sıralarında 1000-dən çox bəhaini - müxtəlif sənət adamlarını və millətlərin nümayəndələrini Həzrət Bəhaullahın Çadırı altında birləşdirir.

1992-ci ildə Azərbaycan bəhailərinin  Seçki Qurultayı - Bakı, Bərdə və Gəncədən iştirak etmişdi.

1999-cu il may ayının 5-də ABŞ-ın Prezidenti Bill Klinton daha üç nəfəri Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komitəsinin üzvü tə'yin etmişdir. Ağ Evdən verilən məlumata (THE WHITE HOUSE, Office of the Press Secretary title: // OLK217 A: / News from internet htm) görə, "Xarici dövlətlərdə dini azadlığın himayə edilməsi Bill Klinton siyasətində birincidir" və "Dini azadlıq Prezident administrasiyasının  xarici siyasətinin ayrılmaz hissəsi olmaqda davam edir". Ümumdünya dinlərinin doqquz nəfər nümayəndələrindən biri də Yel Universitetinin professoru, ABŞ Bəhailəri Ruhani Məhfilinin Xarici işlər üzrə katibi, tarix elmləri doktoru, professor Firuz Kazımzadədir (Kaliforniya). O, xarici ölkələrdə bəhailərə qarşı dini zəmində törədilən repressiyalar mövzusunda, həm Ağ Evdə (Beynəlxalq əlaqələr), həm də Senatda (Beynəlxalq münasibətlər komitəsi) etdiyi çıxışları ilə məşhurdur. Maraqlıdır ki, bu yaxınlarda bir həftə ərzində Azərbaycan rəsmiləri tərəfindən Bakıya dəvət almış 86 yaşlı alim (11.11.2011.), onun “Qafqaz uğrunda mübarizə” adlı kitabı böyük maraq oyatdığından Bakıda rus dilinə tərcümə edilmiş, bilavasitə Azərbaycan Diplomatiya Akademiyasında və s. yerlərdə tələbələrlə ünsiyyəti onun biliyindən bəhrələnməyə imkan yaratmışdır. Bakı Bəhai mərkəzində keçirilən görüşdə onun bizim bəhai tariximizi də dərindən bildiyi məlum olmuş və Şovqi Əfəndi ilə gənc (16) yaşlarındakı ünsiyyəti və xatirələri böyük marağa səbəb olmuşdur. 

Firuz Kazımzadənin atası Kazım Kazımzadə onlarla dilə tərcümə edilmiş “Bəhai Dini Tarixi” kitabının müəllifidir. Kazım Kazımzadə 1918-1919-cu illərdə Bakıda yaşamışdır, o burada universitetə daxil olmaq istəyirmiş. İrandan qayıtdıqdan sonra Şovqi Əfəndinin “Dünya bəhailərinə müraciət” məktubunu və Bəhai Dini tarixinə aid bir kitabı da Əsədulla Zərgərova, o da öz növbəsində bunları Movsum Xəlilzadəyə çatdırmışdır. 

Halbuki əsrimizin əvvəlində onun qızı ilə görüşdə Turan xanım mənə bu haqda heç bir məlumatı olmadığını dedi (digər tərəfdən axı atasi həbs olunanda o, məktəb şagirdi idi...). Bu görüş rəsmi bir görüş deyildi, iki dost - Ərtoğrul və Ətaulla və onların ailə üzvləri haqqında oldu. Hüseyn Cavidin oğlu Ərtoğrul dayım Ətaulla Qasimovun ən yaxin dostu olub. Həmin o Ətaulla ki, atası Fərəc Qasimov, – məktəbdə müəllim işləyirdi, uğurlu işinə görə Stalin pul mükafatı ilə təltif olunub və onu uşaq evinə hədiyyə edib. Ərəb və fars dillərini mükəmməl bilirdi - sonralar şəhid olub (bir qədər sonra bu məsələyə toxunaçağıq). "Xalq düşmənlərinin" iki oğlu, iki dost! Ərtoğruldan danişarkən professor Ətaulla Qasimov həmişə onun çox zəkalı, bilikli olduğunu deyərdi, gözləri də həmişə yaşarardı. İndiki Bakıdakı Nəriman Nərimanovun heykəlinin arxasındakı Hüseyn Cavid ailəsinin yaşadığı yeni yaşayış yerini - komani mənə təsvir edərkən ürəyi sıxılardı.....

 

Professor Rafael Huseynovun "Vaxtdan uca" (Bakı, 1988) kitabında göstərildiyi kimi, dramaturqun həyat yoldaşı Müşkünaz xanıma bəhailərin bir-birini salamlayarkən "Allah-u-Əbha" (Allah Cəlallıların Cəlallısıdır) deməsi çox maraqlidir... 1989-cu ildə bizim evdə Aşqabaddan musafirimiz olan azərbaycanlı Mirzə Ələkpər Naci, bəhai olduğu ücun Leninqrad Universitetindən tələbə ikən Sibirə (evlərində onun getdiyi yolun marşrutu olan xəritə indi də xatirimdədir) sürgün olunmuşdur. Sürgündə o Hüseyn Cavidlə bir çarpayının alt və üst mərtəbələrində yatmışdılar. Nacinin gözəl xətti olduğu üçün onu dəftərxanada işlədirmişlər və faktiki olaraq bu da onu Sibir soyuğundan xilas etmişdi.

 

O, barak yoldaşı olan Hüseyn Cavid haqda öz xatirələrini ailəmizə və mənə söyləmiş və bu məlumatları xöşbəxtlikdən, gec də olsa, mən Turan xanıma catdirmişdim. Mətin xanım təəssuratı yaratmaqla o, məndə indi də onun dəyanətinə böyük qiptə etməklə bərabər, soyuqqanlığına heyran olmuşdum. Görünür həyat onu o qədər sıxmışdı ki, məndən fərqli olaraq, onun ücün bizim görüşümüz xırda bir iş idi. Hər halda məndə belə bir təəssurat yaranmışdı. Çox səmimi kecən bu ilk görüş köhnə gohumların görüşünü xatırladırdı... 

Məşədi Hüseyn Əyyubov və Kərbəlayi İmran Hayfa şəhəri Mart 1914-cü il. Həzrət Əbdül-Bəha və zairlər. Yuxarıdan (arxa sırada) soldan 4-cü (əllərini  bir-birinə birləşdirmişdir).  Yanında solda Balaxanı bəhaisi Kərbəlayi İmran!

1882-ci ildə Bakı Bəhai İcmasının yüzə yaxın bəhaisinin toplanıb - Çadrova küçəsi

216 nömrəli bina.  Bu küçəni söküblər

 

Heydər Əliyev və Azərbaycanda Din Siyasəti

 

Gercəklər və Perspektivlər adı altında keçirilən beynəlxalq konfransda (Bakı, 3-4 Aprel 2007-ci il) digər dinlərin nümayəndələri ilə bərabər, Azərbaycan tarixində ilk dəfə olaraq, bəhai icmasinin nümayəndələri də bu mötəbər konfransa dəvət almış və iştirak etmiş, bu sətrlərin müəllifi "Dinlərarası münasibətlər – yeni yanaşmalarin zəruriliyi" mövzusunda çıxış etmiş və bu faktın özü 27 xarici ölkədən gəlmiş dini, elmi, diplomatik, siyasi, ictimai və digər təşkilatların nümayəndələrinə bütün dünyaya  tolerantlıq və dini dözümlük mühitinin Azərbaycanda neçə həyata keçirildiyinə bariz nümunə olmuşdur. Bəşəriyyətin birliyinə nail olmaq ücün müxtəlif dinlərin nümayəndələrinin özlərinin üstün olması - dini istisnalıq tezisindən əl çəkməli olmalarinin vacibliyi – çıxışın ana xəttini təşkil edirdi.

 

Əgər hər-hansı bir ölkədə Allaha və ətrafındakı yaxınlarına olan sevgi yox olub gedərsə, o zaman o insanlar nifrət və ədavət, xürafat və mövhumata qurşanırlar. Onlar insanların ürəyindən Allahı və Allah xofunu çıxarıb, boş qalan yeri özlərinin uydurduqları yalançı allahlara – irqi, milli, sinfi və dini istisnalığa verir və daha bu kimi qorxunc ideyalara sitayiş edirlər. Bu qeyri-sağlam və dağıdıcı ideyalar cücərib baş qaldırarsa, o zaman bir millət digərinə hakim kəsilər, dərisinin bir rəngi olan insanlar digər rəngi olan insanlardan asılı olar və s. Bu bir sinfin imtiyazlılığının əsaslandırılmasına və digər, qalan insanlar üzərində mütləq hakimiyyətinə gətirib çıxarır. Onlar insan hüquqlarını asanlıqla pozub, insan ləyaqətinə ziyan vuraraq azad seçim hüququnu unudur və dini azadlığı pozurlar. Bu dəhşətli və insanları ucuruma aparan təhlükəli yol insanlara nəinki şərəf gətirmir, sonradan gələcək nəsillərin, milyonlarla insanın utanc yerinə çevrilir. II Dünya Müharibəsindən 65 ildən artıq keçməsinə baxmayaraq (mən bunu Almaniyada olarkən bilavasitə müşahidə etmişəm) almanlar “sanki bizi dəyişdirmişdilər” deyə izah verməyə belə çətinlik çəkib, usanıb, xəcalət çəkirdilər. Belə, əsl insana xas olmayan  hərəkətlər, misallar təəssüf ki, keçmiş SSRİ və ÇXR, İran və digər ölkələrdə müşahidə edilməkdədir.   

 

Atatürk Mərkəzində (19.05.07 BMT-in Azərbaycan nümayəndəliyinin yaxından iştirakı ilə) Dünyada Mədəniyyətlərin Müxtəlifliyi Dialoq və İnkişaf Gününə həsr olunmuş dəirmi masada dövlət qurumları, Milli Məclis, Milli Elmlər Akademiyası, Ali məktəblər, Konservatoriya, Yaradıcı İttifaqlar, beynəlxalq təşkilatlər və fondların, səfirliklər, dini təşkilatlar, KİV-nin nümayəndələri Azərbaycan kimi həssas bir yerdə son aylarda belə görüşlərin aparılması vaxtında təşkil olunmuş tədbirlərdən olduğu və Azərbaycanın düzgün yolda olması qeyd edilmişdir. Bəhai icmasının da nümayəndələrindən birinin (bu sətirlərin müəllifinin) çıxışında Azərbaycanımızda gedən bu müsbət dəyişikliklər qiymətləndirmiş, yüksək amallarla yaşamağın vacibliyinin əhəmiyyətini vurğulamışdır. Burada vurğulunan dəyərlərin Bəhai Dinində 165 il (!) əvvəl nə qədər vacib olduğu göstərilmiş və həmin dəyərlərin artıq, nəinki kiçik bir model kimi bəhai icmalarında həmçinin müxtəlif ölkələrin konstitusiyalarında, öz əksini müvəffəqiyyətlə tapması göstərilmişdir. Məhz Atatürkün adını daşıyan Mərkəzdə Atatürkün də vaxtı ilə diqqətini cəlb etmiş və yazılarında müracıət etdiyi Bəhai prinsip və dəyərlərinin olması həm yerli həm də xarici ölkə nümayəndələrinin böyük marağına səbəb olmuş, bunun da nəticəsində ən çox suallarla müşahidə olunan çıxışlardan biri olmuşdur.

 

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar cəmiyyəti, Vətəndaş Cəmiyyətinin beynəlxlaq Mədəniyyət Forumunun təşkil etdikləri mütəmadi seminar və görüşlər son illər Azərbaycanda təşkil olunan ən əhəmiyyətli mədəniyyət hadisələrindəndir. SIMURG Assosiasiyasının Prezidenti Culturoloq-Professor Fuad Məmmədovun (bir çox beynəlxalq və milli akademiyalarının üzvi) yüksək səviyyəli çıxışları Dünya miqyaslı Azərbaycan ziyalılarının ənənələrinin davamçısı olmaqla bərabər, Dövlət qurumlarının, Milli Elmlər Akademiyasının, Ali Məktəblərin rəhbərlərinin, Vətəndaş Cəmiyyəti Beynəlxalq Mədəniyyət Forumunun, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin, Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvlərinin, müəllimlər, məmurlar, sahibkarlar, Milli QHT-nin, Yaradıcı və Həmkarlar İttifaqlarının, Bələdiyyələrin, Beynəlxalq təşkilatlər və fondların, Səfirliklərin, Din təşkilatlarının, KİV-nin nümayəndələrinin də cəlb olunması seminarlarda toxunulan yüksək insani ideyaların tədricən cəmiyyətimizdə kök salacağına ümidlər yaradır. 

Professor Fuad Məmmədov, son kitabı (Культура Управления, Баку, «Апостроф» Çap evi, 2009) müasirlərimizə oxumağa ən çox tövsiyə etdiyim kitablardandır. Yarandığı gündən 20 il ərzində cəmiyyətimizin mənəvi inkişafında olduqca böyük işlər görməkdə olan “SIMURG” Assosiasiyası, məsələn, seminarlarından birini “Həyatımızın məqsədi”nə həsr edilmişdi. Müxtəlif sənət sahibləri və alimlər tərəfindən, müxtəlif fikirlər irəli sürüldü, amma bir cümlə ilə, sadə və bizi xəlq edən Allahın Kiçik Namazdan olan Sözünü catdırmağımız, məncə, yerinə düşdü; “Ey mənim Allahım, Səni tanımaq və Sənə ibadət etmək üçün məni yaratdığına şəhadət verirəm”

 

“Hər bir insanın ürəyinin dərinliyində belə bir inam var ki, həyatın yaşayış uğrunda mübarizənin xaricində daha ayrı bir mənası var. Və belə bir sual qaçılmazdır: doğrudan da, bizim mövcudluğumuzun əsl məqsədi nədir? Mövcudluğumuzun məqsədini bilmək üçün biz ilk növbədə insan varlığının həqiqi təbiətini başa düşməliyik. Biz “insanın təbiəti” frazası üzərində düşünəndə ağlımıza nə gəlir? Bu nəsə müsbət və yaxud mənfi bir şeydirmi? Biz sadəcə instinktlərin, tamahların, ehtiyacların və emosiyaların cəmindənmi ibarətik, yoxsa nəsə ayrı bir şeyi də ifadə edirik? Bizi heyvanlardan fərqləndirən bir şey varmı?

 

Maddi mövcudluğa aid olan çoxly xüsusiyyətlər vardır ki, bu bizdə və heyvanlarda ümumidir. Lakin bizim ruhani təbiətimiz də var, onu bəziləri qəlb adlandırılar, və məhz bu ruhani təbiətdir ki, bizim həqiqi məqsədimizi müəyyən edir. Hər bir fərdin həyatının məqsədi ruhani keyfiyyətləri və kamillikləri inkişaf etdirmək və Allaha tərəf getməkdir. Bu inkişaf boş ibadətlə baş vermir. Nə də ki buna dünyəvi arzulara həsr olunmuş bir həyatla nail olmaq olar. Bir insanın həyatının məqsədinə nail olmaq - bu da Allahı tanımaq və Ona ibadət etməkdir – bəşəriyyətin kollektiv həyat səhnəsində fəaliyyət göstərməyi tələb edir; bu, cəmiyyətə fədakarcasına xidmətə çağırır. 

                                          © 2016  Səlahəddin Əyyubov                                        Bütün Hüquqlar Qorunur  

 

Zəhmət olmasa bu Vebsayt haqqında təklif və suallarınızı bizim xidmət poçtumuza göndərin!  GosaZuhur@gmail.com 

    

  • Facebook Basic Black
  • Twitter Basic Black
  • Instagram Basic Black