top of page

Həzrət Bəhaullah

Bəhai Dininin müstəqil dünya dini kimi yaranma tarixi 1863-cü ildən sayılır. Həmin ildə Hz. Bəhaullah (Mirzə Hüseyn Əli, 1817-1892) elan etdi ki, haqqında bütün dinlərin müqəddəs kitablarında xəbər verildiyi, Həzrət Babın Öz Yazılarında daim “Allahın Zahir Edəcəyi Kəs” kimi istinad etdiyi Vəd Olunmuş Kəs Odur. İran şahı və ruhaniləri tərəfindən təqib edilməsi nəticəsində O, 40 il (!) bir ölkədən digər ölkəyə sürgün edilmiş, uzun müddət zindanda dustaq edilmişdir. Dövlətli və adlı-sanlı Mazandaran zadəganlarından olan, İran şahının baş vəziri Mirzə Abbasın (daha çox Mirzə Buzurq kimi tanınan) oğlu idi ki, o da Yeşayanın nəslindəndir.

Həzrət Bəhaullahın Məqamı


Onun nəsil ağacının kökü bir tərəfdən Hz. İbrahim və arvadı Hetturadan olan oğlu İokşan tərəfdən, digər tərəfdən isə Hz.Zərdüşt, həmçinin, Sasanilər sülaləsinin son şahı Yəzdəgird tərəfdəndir. (Уильям Сирз, “Kak Taть ночью”, ИМПАКС, Санкт-Петербург, 1993, с.160. İncildən çox maraqlı tədqiqatlar aparmış müəllif orada gələcək nəslinin yanında (İokşanın oğlanları Şava (və ya Sava) və Dedanın yanında şimaldan gələn Fars tacirlərilə birgə aslanların olduğunu da göstərmişdir ki, bu da digərlərinin fikrincə Hz.Əbdül-Bəha Abbasa işarədir. Abbas – həm də Onun babasının adı olub, fars dilindən tərcümədə aslan deməkdir. Həmin mənbəyə istinadən Britaniya israilşünaslarının və digər İncil tədqiqatçlarının fikrincə, bizim günlərin Məsihası öz kökünü Hetturadan, Hz. İbrahimin son və 3-cü arvadından törəyəcəkdir).

Hz. Bəhaullah həyatında əzab, əziyyət, böhtan və aclıq, xəyanət, satqınlıq görmüşdür. Onun həyatının və etiqadının tarixi son dərəcə dramatikdir. Atası dünyasını dəyişdikdən sonra, o dövrün adətlərinə uyğun olaraq və özünün qeyri-adi istedad və biliyinə görə (14 yaşlarında O, artıq böyüklərlə dini söhbətlərdə iştirak edir və bəzi məsələlərdə də Onun müdrikliyi saray əhlinin təəccübünə səbəb olurdu), Şah tərəfindən Ona edilən vəzir vəzifəsini tutmaq təklifindən imtina etmişdir. İranın iki ən dövlətli şəxslərindən biri idi.
 
Həzrət Bəhaullahın Bağdaddan sürgün edilməsi xəbəri Babi icmasını silkələdi. Dostlar kədərə qərq olmuşdular və ilk öncə heç kim nə yata bilir, nə də yemək yeyə bilirdi. Tədricən Həzrət Bəhaullah mehriban və nəvazişli sözlərlə onları sakitləşdirdi və çoxlarının sürgününün növbəti mərhələsində Onu müşayiət etmək zövqündən məhrum olacaqlarını qəbul etdilər. Öz sevgisinin nişanəsi kimi O, şəhərdə yaşayan dostların - qadın, kişi, uşaq - hər birinə əlyazısı ilə bir lövh bağışladı.
 
Bağdad kənarında qızılgüllərlə dolu bir bağ var idi - qızılgül Həzrət Bəhaullahın sevimli gülü idi. 1863-cü il aprelin 22-də günorta vaxtı O, şəhəri tərk etdi və həmin bağa gəldi. Dostlar və Bağdad əhalisinin çox hissəsi qəmə batmışdı. Həzrət Bəhaullahın nəvazişli qayğısı ilə dirçəlmiş Babi icması növbəti böhrana düşmüşdü. Yeganə Ümidinin, ardıcıllarının əksəriyyətinin olduğu yerdən bu qədər uzağa sürgün edildiyi bu gənc Dinin gələcəyi necə olacaqdır? Onu yola salmaq üçün toplaşmış qəlbisınıq babilərin gözlədikləri cavab çox mühüm idi. Həzrət Bəhaullah Onun Həqiqi məqamını insanların gözündən gizli saxlayan pərdəni qoparıb atacaq və açıq şəkildə elan edəcəkdi ki, O, bütün zamanların Vəd Olunmuş Kəsidir.
 
Həzrət Bəhaullah, İstanbula sürgün olunmazdan əvvəl bu gün Rizvan Bağı kimi tanınan həmin bağda on iki gün yaşadı. Düşmənlər Onu möminlərin əksəriyyətindən ayırmaqla Onun Əmrinə məhvedici bir zərbə vurmaq istədilər. Lakin, Allah vidalaşma mərasimini sonsuz sevinc dolu hadisəyə çevirdi. Onun Missiyasının elanı Onun yoldaşlarının qəlbində yeni bir həyat yaratdı. Bu Həzrət Babın onları hazırladığı Günlərin Günü idi. Həzrət Bəhaullah Özü buyurmuşdu ki, həmin gün “bütün yaradılanlar saflıq dənizinə qərq oldular.” Təəssüflər olsun ki, Həzrət Bəhaullahın Rizvan Bağında qəbul etdiyi müsafirlər dalğası ilə apardığı söhbətlərin təfsilatları barədə çox az şey məlumdur. Tarixçi Nəbilin aşağıdakı sözləri o günlərin cəlalına kiçicik bir nəzərdir:
 
“Hər gün, dan yeri söküləndən qabaq bağbanlar bağın dörd xiyabanında sıralanmış qızılgülləri toplayar və Onun mübarək çadırının tən ortasına qoyardılar. Gül topası o qədər iri olardı ki, Onun dostları Onun hüzurunda səhər çayını içməyə toplaşdıqları zaman bir-birini görə bilmirdilər. Həmin qızılgüllərin hamısını Həzrət Bəhaullah öz əlləri ilə səhər hüzuruna buraxdığı adamlar vasitəsi ilə Onun adından şəhərdəki ərəb və fars dostlara göndərirdi... Bir gecə, yeni doğmuş, bədirlənmiş ayın doqquzuncu gecəsində Mən Onun mübarək çadırının yanında keşik çəkənlərlə birlikdə idim. Gecəyarısı yaxınlaşan zaman Mən Onu çadırdan çıxaraq bir çox dostların yatdığı yerlərdən keçərək bağa getdiyini və ay işığına qərq olmuş, güllərlə bəzənmiş xiyabanlarla var-gəl etdiyini gördüm. Hər iki tərəfdə bülbüllər o qədər ucadan oxuyurdular ki, yalnız Onun yaxınlığında olanlar Onun səsini eşidə bilərdilər. O, gəzişməsinə davam etdi və bu xiyabanlardan birinin ortasında dayanaraq buyurdu: “Bu bülbüllərə nəzər salın. Onların güllərə sevgisi o qədər böyükdür ki, axşam alatoranlıqdan dan yeri sökülənə qədər öz mahnılarını oxuyur və yanar bir ehtirasla eşqlərini pərəstiş etdiklərinə izhar edirlər. Bəs onda Məhbubun Gül qoxulu Gözəlliyinin sevgisi ilə alovlandıqları iddiasında olanlar necə yata bilərlər?” Üç uğurlu gecədə mən Onun mübarək çadırı ətrafında keşikdə oldum və onun ətrafında dolandım. Hər dəfə Onun çarpayısının yanından keçərkən Onu oyaq gördüm və hər gün səhər tezdən axşam keçənə qədər o, Bağdaddan arası kəsilmədən gələn müsafirlər dalğası ilə söhbətlə məşğul olurdu. Heç vaxt Mən Onun səsində cüzi də olsa, yorğunluq əlaməti hiss etdirdiyini sezmədim.” (Nəbil Zərəndi, “Dan Yerinin Şəfəqləri”, Bakı, 2001, 480).

Bu gün bütün dünya bəhailəri 21 apreldən 2 maya qədər on iki günü (xüsusilə, birinci, doqquzuncu və on ikinci günü), Rizvan Bayramı kimi qeyd edirlər və bu ən müqəddəs və ən mübarək Bəhai bayramıdır.

Hz.Musa Misirdən öz xalqını 40 il səhradan keçirərək, nəhayət, Müqəddəs Torpaqda xilas etdiyi kimi, Müqəddəs yazılarda, İncil və Tövrat müxtəlif ölkələrdən olan bir çox tədqiqatçıların yazılarlnda Məsihanın (Xilaskarın) da Günlərinin 40 il müddətində olacağı göstərilir. (Уильям Сирз, “Kak Taть ночью”, ИМПАКС, Санкт-Петербург, 1993, с.152).
 
Həqiqətən də, Hz. Bəhaullah Öz ailəsi, dostları və şagirdləri ilə birlikdə 40 il mühacirətdə, sürgün və dustaqlıqda keçirmiş və Suleymaniyyə dağlarına tənhalığa (1854-1856-cı illər) çəkilib, uzaqlaşmış (əvvəlki peygəmbərlərə xas olan xüsusiyyət, – Hz. Budda – şah oğlu idi və ilk dəfə saraydan kənara çıxanda ətrafdakı zəlaləti görüb, təəccüblənərək təsirlənib və 10 il meşələrdə tərki-dünya olub, Hz. Zərdüşt 30 yaşında ikən 10 il dağlarda tənhalıqda yaşamışdır və s.) və 2 il zahid kimi yaşamıdır. Onun yerini hətta ailəsindən belə heç kəs bilmirdi, bu haqda olan hədis, – hətta Onun əbasının qırmızı rəngdə olacağını göstərmişdir,- tamamilə həyatda təsdiqini tapmışdır. 1852-ci ilin avqustunda ilk dəfə Tehranın “Siyah Çal” dustaqxanasında, çirkab sularının saxlanması ücün nəzərdə tutulmuş, yeraltı anbarda, ən qatı cinayətkarlar və canilərlə birgə saxlanılarkən, yuxusuz gecələrin birində Ona ilk Vəhy gəlir... Bu məqam sonralar Onun yazılarında təsvir edilir. Hz. Məhəmmədin ilk Vəhy anı ilə böyük oxşarlıq vardır. Sonra İrandan müxtəlif ölkələrə (İraq - Bağdad, Türkiyə - İstanbul və Ədirnə (Adrianopol, –din tarixində ilk dəfə idi ki, peyğəmbər Avropaya ayaq basırdı - və Fələstin - Əkka) sürgün edilmişdir. O Öz Missiyasını dünyasını dəyişənə - 1992-ci ilədək 40 il müddətində davam etdirmişdir.
 
“Biz zilləti izzət köynəyi və bəlanı Sənin heykəlinə zinət etmişik, Ey aləmlərin Fəxri”.
 
“Mən şəhadət verirəm ki, məxluqatın gözü Sənin kimi Məzlum görməyib. Sən bütün ömrün boyu bəlalar dəryasında qərq olmusan. Bir zaman Sən zəncir və qandal altında idin; başqa bir vaxt düşmənlərinin qılıncları Səni təhdid edirdi. Bununla belə, Alim və Hikmətli Allahın Sənə buyurduqlarını bütün insanlara çatdırdın ki, onlara əməl etsinlər”.

Hz. Bəhaullah Dinin ən böyük faciəsini onda görür ki, insanlar Göndərilən Şəxsi –Elçini xatırlayırlar, amma Göndərilən Müraciəti isə yox.

“Necə şirin idi, nifaq əhli arasında Sənin Əhdi-Peyman üfüqündən parlamağın və Sənin Allaha şövqün, Ey aləmlərin Eşqi”.

Tövrat ilə İncilin bir çox yerində “Orduların Rəbbi” adı ilə Hz. Bəhaullah müjdələnmişdir.

Yeşayanın Kitabında Hz. Bəhaullahın həm yeni bir isimlə çağırılacağından, həm də insanlıq aləminin birliyini gerçəkləşdirəcəyinə belə işarə edilir:

Yeşaya (62/2) – “Millətlər Sənin salahını və bütün krallar Sənin İzzətini görəcəklər ve Rəbbin təyin edəcəyi yeni bir adla çağrılacaqsan.”

Yeşaya (66/18) – “Bütün millətləri və dilləri bir araya toplayacağam və gəlib Mənim İzzətimi görəcəklər.”

Hezekiel (1/28) – “Yağmur günü buludda olan yayın görünüşü nasılsa, çepeçevre parıltının görünüşü öyle idi. Rabbin İzzetinin görünüşü bu idi.”

Hezekiel (3/12) – “Rabbin İzzeti kendi yerinden mübarek olsun diye büyük bir gürleme sesi işittim.”

Çox maraqlıdır ki, Hz. Bəhaullah Hayfa şəhərində Karmel dağinda “Karmel Lövhünü” oxuyarkən Onun gur səsi, həqiqətən də, ətrafa yayılıbmış. Karmel – İvrit dilində Allahın Dağı deməkdir.

Hz. İsanın adı, “Vəhy 1:11”-də, həmin dövrdə işlədilən yunan əlifbasına uyğun olaraq, alfa və omeqa – başlanğıc (birinci) və son (axırıncı) kimi adı çəkilir. Buradan maraqlı suallar doğur: Bəs Ondan əvvəl göndərilən peyğəmbərlər necə olsun? Və ya əgər Hz.İsa sonuncu idisə, onda nə üçün Hz.Məhəmməd göndərilib? Bunun mənasını dərk edə bilmədiklərinin səbəbindən xristianlar indiyə kimi bu möhtəşəm Elçini, Allahın Rəsulunu qəbul edə bilməmişlər. Bunun səbəbindən də son illər Avropa və Amerikada məlum karikaturalar (ayıb bilmədən) meydana çıxıb... Əlbəttə ki, bütün bunlar savadsızlıqdan və dar dünya görünüşündən əmələ gələn səbəblərdir. Odur ki, illər boyu isə bir çox ölkələrdə, ən çoxu da bizim şimal qonşularımız, kilsələrin başında qoyulan xaçların aşağısında, İslamdan üstünlük simvolu kimi, aypara yerləşdirirlər. Hələ 40 il bundan əvvəl, məktəb şagirdi olan vaxtlarımda ailəvi, Rusiyada Volqaboyu səyahətimizdə, müxtəlif şəhərlərdə tikilmiş kilsələrdəki bu durum, məni ən çox düşündürən ilk dini məsələlərdən biri idi. Başqa bir sual isə -əgər İsa peyğəmbərin Sözləri dəyişilməməlidirsə, yəni onların düşündüyü kimi, daimidirsə, onda nə üçün Quran`i-Kərim nazil olub? Bütün bu mürəkkəb sualların cavabını, asanca səhvən, “İncilin dəyişiklərə uğradığı” səbəbi göstərilir. Yəni milyonlarla insanlar belə bir “səhvi” görmürlər ki? Bütün bu sualların cavabını Quran`i-Kərimdə tapmaq olar:

Bəqərə surəsi (2:136) “Biz Onun Elçiləri arasında heç bir fərq qoymuruq”. Odur ki, “birinci” sözü düşünmək üçün kifayət qədər maraqlıdır və bu, “axırıncı” sözünə də aydınlıq gətirməyə kömək edir.

Quran`i-Kərimin ayələrinin mənasının hələ də açılmadığını çox adam təsdiq edir. Bunun açılma şərtləri elə Quran`i-Kərimdə də verilib. Daha dərinlərə getməmək, kontekstdən çıxmamaq naminə, bu kitabın araşdırma mövzusu olmadığından, bu şərtlər göstərilmir. Bu şərtlərdən biri 1844-cü ildə həyata keçmişdir. Odur ki, 1400 il mənası qapalı olan məqamlar indi daha aydındır. Bəzən insan, təəssüf ki, yalnız görmək və eşitmək istədiyini görür və eşidir. Yəni dərindən və heç bir təəssübkeşlik olmadan maraqlanan hər bir insan burada heç bir müəmmanın olmadığının şahidi ola bilər. Bu ona bənzəyir ki, Quran`i-Kərimdə göstərilən, lakin mənası başa düşülməyən məqamlar, elmi təsdiqini tapdıqdan sonra çox asanlıqla mənası başa düşülür və qəbul edilir.

Biz isə, ilk addım kimi, sadəcə olaraq bir qədər düşüncə tərzimizə kənardan baxmağı öyrənməliyik. Həmçinin Quran`i-Kərimin və başqa səmavi Kitabların dilinin də səmavi, məcazi mənalarla dolu, fiziki deyil, mənəvi olduğunu yaddan çıxarmamalıyıq. Bəzi məqamları adi gözlə deyil, daxili gözlə görməyi bacarmalıyıq. O zaman Allah tərəfindən “Onun Elçiləri arasında heç bir fərq”in olmadığı təqdirdə, Onlara olan münasibətlərimizi, biz də, dəyişdirməli,“heç bir fərq” qoymamalıyıq. Bütün müsəlmanların yeganə sübut kimi Quran`i-Kərimdən gətirdikləri “Əl-Əhzab surəsi (33:40) “...xatəmül-Ənbiya” kəlməsini də məhz həmin bu cəhətdən nəzərdən keçirmək lazımdır. Burada hələ bu yeganə “sübutun” kontekstinin, – nazil olma şəraitinin, - nədən ibarət olduğunu qeyd etmirik, (həm də onlarla surədə isə gələcəkdə dini yeniliklərin olacağı haqda məlumatlara da hələ toxunulmur), və belə bir mühüm ruhani, taleyüklü məsələ həmin kontekstin müzakirə obyekti ola bilərmi?
 
Əl-Əhzab surəsi (33:40, Quran`i-Kərim) “...xatəmül-ənbiya”nin bir mühüm aydınlaşdırılası məqamı da vardır. Din tarixinə nəzər salsaq görərik ki, həmişə Nəbilər (kitab nazil olunmayan peyğəmbərlər) olmuşlar ki, Onlar kitabı olan peyğəmbərlərin İşini davam etdirib, yayıb və mühafizə ediblər. Nəbi sərbəst deyil, O, dini təbliğ edən və mühafizidir.
 
Əl-Həcc surəsində (22:52) Rəsul və Nəbi (peyğəmbər) arasında olan fərq verilir; Rəsul – şəriət sahibi olan və Nəbi - şəriət sahibi olmayan, lakin Rəsulun ardınca gedən peyğəmbərdir. Məsələn Hz.Musa Allahın Yeni Qanununu və Yeni kitab gətirib və Dini təbliğ edib. Harun Nəbi isə Hz.Musanın İşinin davamçısı olmaqla həm də Dini həm mühafizə edib, həm də yaymışdır. Peyğəmbərlər: Harun, İyeremiya, Danyel, Yeşaya və b. Hz.Musanın xələfləridirlər, davamçılarıdırlar.
 
Qurani Kərimdən başqa surələrə də nəzər salmağın məqamıdır:  “İbrahim” surəsi (14:4) – Hər peyğəmbər yalnız öz millətinin dilində danışır ki, Allah Əmrlərini izah edə bilsin.
 
Allahın Rəsulları Hz.İbrahim, Hz.Musa, Hz.İsa, Hz.Məhəmməd, Hz.Bab və Hz.Bəhaullahdır. Allahın zühuru sonsuzdur. Allahın Sözü (bütün dənizlər mürəkkəb və bütün ağaclar qələm olsa belə yazılmaqla) qurtaran deyil. Quran`i-Kərimdə bir neçə dəfə bu məsələlərə  toxunulur:
• “Əl-Kəhf” (18:109),
• “Loğman surələri” (31:27)
 
Yəni Həqiqəti bahar yağışı kimi insanlara yağdırmır, sirləri, qanunları tədricən açır.
 
Xatəmül-ənbiya xatəmül-rəsul deyildir. Çox dərinə getmədən, Quran`i-Kərimə əsasən, peyğəmbər (İsa) gəlməlidir. Qoy adlar bizi çaşdırmasın. İncilə əsasən O, başqa adla özü də qərbdən (!) gəlməlidir.
 
Bizim məqsədimiz yalnız Mövlamızın Yazılarına uyğun olaraq, “...ancaq bu aydın müraciəti sizə çatdırmaqdır. Kim istəyir, qoy bu nəsihətdən üz çevirsin, kim istəyirsə, qoy Öz Rəbbinə gedən yolu seçsin”. Qoy onlar bu görünməz səmavi məqama can atsınlar - “O məqam ki, orada Rəbb öz Camalının Alovu ilə ölümsüzlük ağacında işıq saçmışdır; Alqışlar olsun mənim Əbha Rəbbimə!”
 
“Budur, Cənnət Bülbülü Əbədiyyət Ağacının budaqları üzərində müqəddəs və şirin avazla oxuyur. Təmiz qəlblilərə Allahın yaxınlığından müjdə verir, Allahın Birliyinə inananları Səxavətli Allahın Hüzuruna çağırır, inqita edənlərə Sultan, Cəlallı, Bənzərsiz Allahın nazil etdiyi bu müraciətdən xəbər verir və aşiqləri Müqəddəslik Məqamına və bu nurlu Camala doğru yönəldir..”

“Peyğəmbərlərin məqsədi bəşəriyyəti cəhalət qaranlığından azad etmək, onu irfan işığına yönəltmək və bəşəriyyətin sülh və əmin-amanlığını təmin etmək üçün lazımi vasitələri təklif etməkdir.”

Qurani-Kərim:
• Ər-Rəd surəsi (13:38) “Hər dövrün bir kitabı (Lövhi-məhfuzda yazılmış hökmü) var. Zamanın, dövrün tələbinə və ehtiyacına görədir”.
• Yunis surəsi (1:50(49) “...Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə nə geri qalar, nə də irəli keçərlər”.
• Əs-Səcdə surəsi (32:5) “O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınız (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) Ona doğru (Allahın dərgahına) yüksələr”.
• Əl-Ğafir surəsi (40:34) “ And olsun ki, daha öncə Yusif sizə açıq-aşkar dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk edib dururdunuz. Nəhayət, (Yusif) vəfat etdikdə: “Allah ondan sonra əsla peyğəmbər göndərməyəcəkdir!” – dediniz. Allah (küfr etməkdə) həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar!”

Məşhur “Kitab`i-İqan”-da (“Yəqinlik Kitabı”, “Göy Türk”, Bakı, 1998, səh.119) Həzrət Bəhaullah İslamda əsrlər boyu dərk edilməsi müşkül olan bir çox məsələlərə aydınlıq gətirmişdir. İslam və Bəhai dinlərini bir-biri ilə əlaqələndirən, əvvəlki dinlərin müqəddəs kitablarındakı kəlmə və işarələrin, əsrin din rəhbərlərinin və alimlərinin mübahisəsinə səbəb olan məsələlərin, izahını, açarını tapmağa imkan verən, bu fundamental əsər Hz.Babın dayısı Hacı Seyid Məhəmmədin böyüdüb ərşə gətirdiyi bir Gəncin məqamını qəbul etməməsi ilə əlaqədar Hz.Bəhaullaha verdiyi suallara cavab olaraq yazılmışdır; Hacı Seyid bu sözlərlə Həzrət Babın zühuruna münasibət bildirir: “Biz Mehdi Sahib-əz-Zaman haqqında çox vəsflər, təriflər eşitmişik, məsələn, zahiri səltənət, məmləkətləri fəth etmək və s. Onun mübarək adını eşitdikdə daim təzim etmişik. Lakin indi deyirlər ki, O mövcud olan Qaim bizim bacımız oğludur...”. Dayısı Kitab`ı-İqanı oxuduqdan sonra bu Əmrə iman gətirir. Maraqlısı odur ki, eyni ilə, Hz. Məhəmmədin əmisi Həmzə əvvəldə Onu Peyğəmbər kimi qəbul etməmişdi, sonralar Onun yolunda ilk şəhidlərdən olmuşdu və bu hadisə –“Həmzə ölü idi, sonra dirildi”- bu dəfə Hacı Seyid Məhəmmədin simasında təkrarlanmışdı. Bu fikrin əsas qayəsi belədir:

Hər bir əsrdə Allah Öz iradəsini və insan həyatının mənasını seçilmiş adamlar vasitəsilə aşkarlayır. Beləliklə də, dinlərin ardıcıl surətdə inkişafı baş verir. Vaxt keçdikcə mənəvi nöqteyi-nəzərdən insanın Allaha olan münasibəti dəyişilmir, əksinə, saflaşır və təmizlənir. Hər bir əsrdə cəmiyyət həyatının qanunları müəyyən dəyişikliklərə uğrayır, həyat tərzinin özünün şərtləri dəyişir. Həzrət Bəhaullahın insanların ümumi ruhani irsinə gətirdiyi ilk heyrətamiz töhfə dinin təkamülü barədə anlayışdır. Allahın Elçisi, yəni əsl İlahi Vəhyin daşıyıcısı olan Həzrət Bəhaullah "Kitabi-Əqdəs”də yeni qanunların göstərişlərini və tövsiyələrini ifadə etmişdir. Peyğəmbərin məqamı Elçinin məqamından, yəni əsl İlahi Vəhyin daşıyıcısından sonsuz dərəcədə fərqlidir. Vəhy - yaradıcı Allah Kəlamının səhvsiz və bilavasitə qəbul edilməsidir.

“Ruhani tərbiyə Allahın Səltənətindən qaynaqlanır: bu ilahi məziyyətlərin əldə edilməsindən ibarətdir və bu həqiqi tərbiyədir....İndi bizə belə bir mürəbbi lazımdır ki, o eyni zamanda həm maddi, həm humanitar və həm də ruhani tərbiyəçi olsun və onun nüfuzu bütün hallarda təsirli olsun...”

“Beləliklə, aydın və aşkardır ki, insana mürəbbi lazımdır və bu mürəbbi sözsüz və şübhəsiz, hər cəhətdən kamil olmalıdır və bütün insanlardan ucada dayanmalıdır. Əks halda, əgər o da qalan bütün insanlar kimi olsaydı, onda o, onların mürəbbisi ola bilməzdi, xüsusən də ona görə ki, o, eyni zamanda həm onların maddi və humanitar, həm də ruhani mürəbbisi olmalıdır, bu o deməkdir ki, o, insanlara maddi məsələləri təşkil etməyi və yerinə yetirməyi öyrətməli, əməkdaşlıq və qarşılıqlı yardım qurmaq üçün sosial qaydalar müəyyən etməlidir ki, maddi işlər istənilən şəraitdə təşkil oluna və nizamlana bilsin. Eynilə də, o insanın humanitar tərbiyələnməsini həyata keçirməlidir - bu o deməkdir ki, o, əql və zəkanı elə tərbiyələndirməlidir ki, o, tam inkişafa çatsın. Belə ki, biliklər və elm artsın, şeylərin həqiqi gerçəkliyi, varlıqların sirləri və aləmlərin xüsusiyyətləri aşkar edilsin ki, idarəetmə üsulları, ixtiralar və ictimai təsisatlar günbəgün mükəmməlləşə bilsin; görünən və duyğularla qavranılan şeylərdən hissiyyat vasitəsi ilə əldə edilmiş məlumat ilə rasional nəticələr çıxarılsın.

O, habelə, elə bir ruhani təlim verməlidir ki, əql və idrak metafiziki aləmə nüfuz edə bilsin, Müqəddəs Ruhun paklandırıcı nəsimindən bəhrələnə bilsin və Ali Mələkutun Əhli ilə əlaqəyə girə bilsin. O, insanın mahiyyətinə elə təsir etməlidir ki, o, ilahi təzahürlərin mərkəzi olsun, elə bir dərəcədə ki, Allahın keyfiyyətləri və adları insanın mahiyyətinin güzgüsündə parlasın və “Biz insanı Öz surətimizdə və oxşarımızda yaradarıq” müqəddəs ayəsi gerçəkləşsin”. (Əbdül-Bəha, “Bəzi suallara cavablar”, “Nurlan” nəşriyyatı, Bakı, 2005, səh.17) “
 
Vay! Vay! Ey nəfsi-həva aşiqləri! Ruhani Sevgilinin yanından şimşək kimi keçmisiniz və şeytani xəyallara könül vermisiniz. Xəyala səcdə edərək adını haqq qoymusunuz. Tikana baxırsınız, amma adını gül qoymusunuz. Sizdən nə bir azad nəfəs gəldi, nə də könüllərinizin bağında inqita nəsimi əsdi. Sevgilinin şəfqətli nəsihətlərini yelə verərək könlünüzün səhifəsindən silmisiniz və heyvanlar kimi şəhvət və arzu çəmənliyində eyş-işrətlə məşğulsunuz”. (Həzrət Bəhaullah, Gizli Kəlamlar, 45, fars dilində)

Hz. Bəhauəllahın məhz üç böyük din üçün müqəddəs olan yerə sürgün olunması da maraqlı faktdır. Ona görə ki, bu barədə əvvəlcədən İncildə (Yeşaya və Hezekiel) xəbər verilib və indi həmin torpaq artıq dörd din üçün müqəddəs olan yerdir:

• Yeşaya (62/2) – “Millətlər Sənin salahını ve bütün krallar Sənin İzzətini görəcəklər və Rəbbin təyin edəcəyi yeni bir adla çağrılacaqsan.”

• Hezekielin Kitabında, - Hezekiel (43/2),- Hz. Bəhaullahın isminə işarə edən və hətta Müqəddəs Topraqlara hansı yoldan gələcəyini belə bildirən ifadələr mövcuddur: “…Allahın İzzəti şərq yolundan gəldi.” Yeşaya (35/2) - “Kərmilin ve Şaronun əzəmətli təntənəsi Ona verilecek, Rəbbin İzzətini, Allahımızın Əzəmətini görəcəklər.”
 

bottom of page